Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    “Beynəlxalq təşkilatlara inanmamalıyıq”
    Rəbiyyət Aslanova: “Nə BMT qəbul etdiyi dörd qətnamənin həyata keçməsi üçün məsuliyyət daşıyır, nə də ən xırda prosesləri belə izləyən Avropa Şurası bu məsələdə bir qətiyyət göstərir”

    Milli Məclisin İnsan Haqları üzrə Daimi Komitəsinin sədri Rəbiyyət Aslanovanın müsahibəsi

    - Rəbiyyət xanım, bu gün dünyada insan haqlarının pozulmasına səbəb olan mövcud neqativ hallar, bir çox hallarda ədalətin deyil, güclünün müdafiə edilməsi dünyanı hara aparır? İşğala məruz qalan Azərbaycan ictimaiyyəti hansı baryerləri aşmalıdır?
    11.03.10 Məqaləni oxumaq
     
    Bakıda keçiriləcək “AITF 2010” sərgisində 100-dən çox şirkətin iştirakı gözlənlir
    Cari ilin 28-30 aprel tarixlərində Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində “AITF 2010” - “9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi” keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən məlumat veriblər. Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçiriləcək tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən də rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq “AITF 2010” sərgisində Türkiyə tərəfdaş ölkə qismində çıxış edəcək.
    11.03.10 Məqaləni oxumaq
     
    TürkPA-nın Baş katibi Ramil Həsənov TBMM-nin yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya gedir
    Martın 13-15-i tarixlərində Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) Baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankarada səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türk PA-nın Baş katibliyindən bildiriblər. R.Həsənov səfər zamanı TürkPA-nın gələcək fəaliyyəti və perspektivlərini müzakirə etmək üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə görüşəcək. "Yubiley tədbirləri zamanı Baş katibin Türkiyə Parlamentinin Baş katibi Alı Osman Koca və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə də görüşləri nəzərdə tutulub".
    11.03.10 Məqaləni oxumaq
     
    Bahar Muradova ABŞ Konqresinin qəbul etdiyi qondarma erməni soyqırımı qətnaməsinə münasibət bildirib
    “Soyqırım məsələsinin parlamentdəki müzakirəsi ümumilikdə tarixi hadisələrə siyasi pəncərədən baxış və buna uyğun siyasi münasibətlərin qurulmasına gətirib çıxarır ki, bu da xalqlar, dövlətlər arasında münasibətlərin yaxşınlaşmasına yox, pisləşməsinə səbəb olur". KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qondarma “erməni soyqırımı” qətnaməsinə münasibət bildirərkən deyib. B.Muradova əlavə edib ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma soyqırımla bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan çox kəskin münasibət bildirib. Vitse-spiker qeyd edib ki, Azərbaycan sona qədər öz mövqeyində qalacaq və bu məsələyə kəskin etirazını bildirəcək.
    11.03.10 Məqaləni oxumaq
     
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib
    Bu gün MTN-nin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov rəhbəri olduğu qurum haqqında məlumat verib. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığı, fəlakətlər zamanı davranış qaydaları, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyətli rol oynayıb. Cəmiyyətimiz heç bir maddi maraq güdmədən öz fəaliyyətini bu gün də davam etdirir. Ümumiyyətlə, son illərdə Azərbaycan Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin qayğısı sayəsində cəmiyyətimiz dinamik inkişafdadır”,-deyə N.Aslanov bildirib.
    11.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanda “Fəxri gənc” mükafatı təsis edilib
    AR Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi “Fəxri gənc” mükafatının növbəti təqdimat mərasimini keçirəcək. KƏLAMİNFO xəbər verir ki, cari il martın 11-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq mərasimdə 12 nominasiya üzrə qalib gəncə mükafat veriləcək. “Fəxri gənc” mükafatı istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə təsis edilib. Burada beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin ölkəmizin milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi də nəzərdə tutulub.
    11.03.10 Məqaləni oxumaq
     
    “Miss Azerbaijan-2010”a start verilib
    Bu gün Bakıda “Miss Azerbaijan-2010” gözəllik müsabiqəsinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Həmçinin bu gündən bu layihəyə sənəd qəbulu da başlanılıb. KƏLAMİNFO xəbər verir ki, konfransda “Miss Azerbaijan 2010” haqqında məlumat verən layihənin Baş prodüsseri Nazim Səmədov layihənin beynəlxalq standartlara uyğun keçiriləcəyini bildirib. “Müsabiqə haqqında ətraflı məlumat layihənin martın 16-dan etibarən hər gün “Lider” kanalında efirə gedəcək gündəliyində öz əksini tapacaq. Burada iştirakçılar haqqında, müsabiqəyə hazırlıq və digər məlumatlar öz əksini tapacaq. Sənəd qəbulu bu gündən etibarən hər gün “Park İnn” otelində həyata keçiriləcək və martın 25-dək davam edəcək.
    10.03.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi tərəfindən keçirilən sınaq imtahalarında yüksək nəticə əldə olunub
    İndiyədək Təhsil Nazirliyi tərəfindən yalnız Bakı, Sumqayıt və Abşeron rayonunda mərkəzləşdirilmiş sınaq imtahanları keçirib. KƏLAMİNFO xəbər verir bu barədə məlumatı təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında verib. Nazirin sözlərinə görə, bu bölgədə IX və XI siniflərdə keçirilən sınaq imtahanlarının nəticələri ötən ilkindən xeyli yüksəkdir. “Xüsusən IX siniflərin nəticələri daha ürəkaçandır. Lakin ciddi narahatçılığa əsas yoxdur. XI siniflərdə ötən ildəkindən 7-8% yüksək nəticə əldə olunub”,-deyə, təhsil naziri vurğulayıb.
    10.03.10 Məqaləni oxumaq
     
    “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
    Bu gün Təhsil Nazirliyində “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Memorandum təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və UNİCEF-in ölkəmizdəki rəsmi nümayəndəsi Mark Herevard arasında imzalanıb. İmzalanmadan əvvəl çıxış edən M.Mərdanov bildirib ki, bu layihə iki il əvvəl dövlət başçısı tərəfindən təsdiqlənmiş “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı” çərçivəsində hazırlanıb. “İki il əvvəl bu işə başlarkən ölkədə 55 internat evi vardı.
    10.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
    Bu gün prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. İraqda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə daha fəal olacağına ümidvar olduğunu bildirib. Səfirə uğurlar arzulayan dövlət başçısı əminliklə qeyd edib ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək. Ə.Ö.İsmayıl Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan xalqının timsalında yaxşı dost qazandığını deyən diplomat gələcək fəaliyyəti dövründə də xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərinin əsirgəməyəcəyini bildirib.
    10.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031