Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
    Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın yerinə yetirilməsi istiqamətində komissiya və aidiyyatı dövlət təşkilatları bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər.
    11.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə “İNTERSAFETY” Terrorizim, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeninin təqdim olunması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) MDB üzrə nümayəndəsi Vəli Yusifov bildirib ki, beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, tolerantlığın təmin edilməsinə, həmçinin Qafqazda dinlərarası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhvələrə görə A.Paşazadə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninə layiq görülüb.
    11.03.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
    “Birləşmiş Millətlər Təşkilatı dünyada narkotik vasitələrin üç tranzit marşrutunu öz hesabatına daxil edib. Bunlar Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Azərbaycan-Orta Asiya və Əfqanıstan-İran-Azərbaycan marşrutlarıdır. BMT Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olmasını bilsə də, bunu öz hesabatlarına daxil etmək istəmir. Bu gün ermənilərin nəzarətində olan Dağlıq Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanı hesab olunur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov çıxış edib.
    11.03.10 Məqaləni oxumaq
     
    Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
    Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. A.Paşazadə qeyd edib ki, bu sammit aprelin 27-29-u tarixlərində təşkil olunacaq. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün hazırlıq prosesləri davam etdirilir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bütün Qafqazın Şeyxi tədbirdə 150-dək dini liderin iştirak edəcəyini bildirib. “Onların hər biri müxtəlif dövlətlərdə milyonlarla insanı öz ətrafında birləşdiriblər.
    11.03.10 Məqaləni oxumaq
     
    ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
    ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Bosniya-Herseqovinadan olan Dunya Miyatoviç təyin olunub. Üç il müddətinə bu vəzifəni icra edəcək D.Miyatoviç bu postda Mikloş Haraştini əvəzləyəcək. Xatırladaq ki, D.Miyatoviç kütləvi informasiya vasitələri haqqında qanunvericilik sahəsində mütəxəssisdir. Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. D.Miyatoviç bu posta seçilən ilk qadındır. O həmçinin media eksperti qismində Ermənistan, İordaniya, Serbiya, Qaradağ, Sloveniya, Avstriya, Mərakeş və İraqda da çalışıb.
    11.03.10 Məqaləni oxumaq
     
    Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
    Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Yasamal rayonundakı 60 nömrəli orta məktəbdə tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən veriblər. Tədbirdə çıxış edən məktəbin direktor müavini Qorxmaz Şükürov kollektiv adından MTN-nin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.
    11.03.10 Məqaləni oxumaq
     
    Məktəblərdə mətbuat katiblikləri yaradılır
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə mətbuat katiblikləri yaradılır. Bu məqsədlə BŞTİ-də Nəsimi rayonunda yerləşən məktəblərin direktor və mətbuat katibləri ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Pilot kimi həyata keçiriləcək bu layihədə məqsəd mətbuatla məktəblərin əməkdaşlığını formalaşdırmaq, təhsil müəssisələrinə müraciət edən mətbuat orqanlarının qeydiyyatını aparmaq, məktəbin nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
    11.03.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələrin nizama salınmasında təsir mexanizmləri var”
    “Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən söyləyib. Ə.Əhmədov bildirib ki, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən günə artmaqdadır. Ona görə də, bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır.
    11.03.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır”
    Yüz il əvvəl baş vermiş hadisələri müzakirəyə çıxaran ABŞ Konqresi yaxın keçmişdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımına da qiymət verməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, bu məsələ nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara, ümumiyyətlə Cənubi Qafqazdakı vəziyyətə mənfi təsir göstərə bilər. “Hesab edirəm ki, Konqresdə birtərəfli qətnamə qəbul edilib. Ermənistan Azərbaycanın 20% torpağını işğal edib və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır”,-deyən nazir bunun regiondakı təhlükəsizliyə böyük zərbə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır.
    11.03.10 Məqaləni oxumaq
     
    İsveç parlamenti qondarma “erməni soyqırımı”nı müzakirə edəcək
    Bu gün İsveç parlamentində qondarma “erməni soyqırımı” iddiasına baxılacaq. KƏLAMİNFO xəbər verir ki, müxtəlif partiyalardan olan millət vəkillərinin tələbi üzərinə ermənilərin iddia etdikləri və “ermənilərə qarşı soyqırım” kimi adlandırdıqları 1915-ci il hadisələri İsveç parlamentində müzakirə ediləcək. Qeyd edək ki, 2 mart 2010-cu il tarixində sözügedən müzakirələr İsveç parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılsa da bunun həqiqətə uyğun olmadığı qənaətinə gəlinib və rədd edilib.
    11.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031