Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Təhsil naziri Misir Mərdanov sərt danışdı
    Bəzi adamlar, hətta bəzən dövlət məmurları da Azərbaycanın ali məktəblərində heç bir iş getmədiyini, ölkə gənclərinin savadsız olması barədə fikir yaratmağa çalışırlar. Guya bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Bu fikirlərin hamısını əsassız hesab edir və özümə qarşı atılmış güllə sayıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında səsləndirib. M.Mərdanov rektorlar, deputatlar, müəllimlər, nə də ki, gənclərin bu cür fikirlərə qarşı çıxmadığından təəssüfləndiyini söylədi. “Bu yaxınlarda parlamentdə hökumətin hesabatı dinlənildi. Bizim MM-in üzvü olan bir neçə rektorumuz var, onların bəziləri komitə sədridir. Akademiklərin də hamısı Bakı Dövlət Universitetinin kafedra müdiridir. Bir adam təhsil haqqında heç nə danışmadı. Kənd təsərrüfatına baxan kənd təsərrüfatından, energetikaya baxan isə öz sahəsindən danışdı, amma təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmadılar.
    20.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri orta məktəblərdə mətbuat katibliyinin yaradılmasını məqbul saymır
    Düşünürəm ki, orta məktəblərdə mətbuat katibliyinin yaradılmasının heç bir əhəmiyyəti olmaz. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsində mətbuat xidmətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Mərdanov bildirib ki, bu strukturlardan yetərincə məlumat almaq olar. “Biz fikirləşirik ki, nazirlikdə bu işi qaydaya salmaq üçün “qaynar xətt” xidməti yaradaq. Yəni, nazirlikdə ola bilər şöbə və şöbədən də kiçik bir qurum yarada bilərik. Ora biz “Azərcell”lə danışıb bu xidmətdən pulsuz istifadə edilməsinə imkan yaratmaq istəyirik.
    19.03.10 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağ mövzusunda güzəştlər iki müstəviyə keçmək ərəfəsindədir
    Hazırda Dağlıq Qarabağ (DQ) mövzusunda güzəştlər iki müstəviyə keçmək ərəfəsindədir. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O, qeyd edib ki, hazırkı danışıqlar prosesinin birinci müstəvisi DQ tərəfdən güzəştlərin Ermənistana aid olmasından ibarətdir. Politoloqun fikirncə, ikinci müstəvidə olan güzəştlər Azərbaycan tərəfdən kommunikasiya və enerji layihələrinin Ermənistan üzərində keçmə məsələləridir. “Bu çox ciddi bir prosesin başlanğıcıdır. Fikrimcə, Ermənistan Nabukko məsələsinə razılıq verməklə hələki oyun oynayır. Yəni, onlar ümüd edir ki, bu yolla danışıqları yubada bildilər. Əslində Ermənistan xarici siyasəti gen-bol yalanlardan istifadə etmək əvəzinə bu prosesdə siyasi iradə nümayiş etdirməlidir”,-deyə politoloq vurğulayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin qəbul planı Nazirlər Kabinetinə təqdim edilib
    Ali məktəblərin qəbul planı Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. Cari ilin qəbul planında yeniliklərlə bağlı məsələyə münasibət bildirən M.Mərdanov qeyd edib ki, bu il bakalavr və magistr pilləsində elə bir ciddi dəyişiklik yoxdur.
    19.03.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “İran Azərbaycanla sərhədyanı əməkdaşlıq qurarsa, bu Ermənistan üçün ciddi sonluqla nəticələnə bilər”
    Bu gün İran Ermənistanla sərhədyanı əməkdaşlığı normallaşdırmağa çalışır. Lakin İranın xarici siyasətini izlədikdə proqnoz vermək olar ki, o, bundan sabah Ermənistanın əleyhinə də istifadə edə bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, İran bu əməkdaşlığı sabah Azərbaycanla da qurarsa, proses Ermənistan üçün ciddi nəticələrə gətirib çıxara bilər. “Azərbaycanın İranla sərhəddinin müəyyən hissəsi də işğal olunmuş torpaqlarımızın ərazisinə düşür. İranın əgər Azərbaycanla bu cür sərhədyanı əməkdaşlığı baş tutarsa, bu çox uzun müddətli perspektivə hesablanmış bir siyasət ola bilər. Nəzərə alsaq ki, Azərbaycanın çox çevik və mobil siyasəti var. Bu kimi şanslardan yararlanmaq ehtimalımız da güclüdür”,-deyə M.Əhmədoğlu açıqlayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri alimlərin əsasən yaşlılardan ibarət olmasından narahatdır
    İndiki alimlərin əsasən yaşlılardan ibarət olması və bu sırada gənclərin azlığı narahatçılıq doğurur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. Gənc alimlərin sayının çoxaldılması və onların stimullaşdırlmasına böyük ehtiyacın olduğunu diqqətə çatdıran M.Mərdanov gənc nəsil alimlərin sayının beynəlxalq səviyyəyə uğunlaşdırmağın zəruriliyini qeyd edib. O, bunun üçün müvafiq qurum, o cümlədən Ali Attestasiya Komissiyası ilə birgə müvafiq işlərin görülməsinə eyhtiyac olduğunu söyləyib. M.Mərdanov həmçinin əlavə edib ki, ali təhsil müəssisələrində elmin inkişafı üçün ciddi iş görülməlidir.
    19.03.10 Məqaləni oxumaq
     
    M.Mərdanov: “Elm və təhsilin bir qurum tərəfindən idarə edilməsinə qərarı dövlət verməlidir”
    Milli Məclisin Elm və təhsil komtəsinin sədri, millət vəkili Şəməsəddin Hacıyevin məqaləsində qeyd olunan müəyyən fikirləri alqışlamaq olar. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov Ş.Hacıyevin matın 16-ı “Azərbaycan” qəzetində işıq üzü görən “İqtisad elmi zaman müstəvisində” adlı məqaləsində qeyd olunan elm və təhsilin bir qurum tərəfindən idarə edilməsi təklifinə münasibət bildirərkən söyləyib. Həmin məqalə ilə tanış olduğunu diqqətə çatdıran M.Mərdanov bildirib ki, bu məsələyə dövlət və hökumət tərəfindən baxılmalı və hansısa qərar qəbul edilməlidir. “Biz təklif verə bilərik, qərarı isə qəbul edən dövlətdir”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib. Qeyd edək ki, həmin məqalədə bir sıra postsovet məkanını nümunə göstərməklə Azərbaycanda da Elm və Təhsil Nazirliyinin yaradılması məsələsi qeyd olunub.
    19.03.10 Məqaləni oxumaq
     
    Belçikada "Novruz gecəsi" keçirilib
    Belçika Azərbaycan Evi və Gənc Azəri Türkləri Orqanizə Heyətinin təşkilatçılığı və dəstəyi ilə Belçikada "Novruz Gecəsi" keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Belçika Azərbaycan Evindən veriblər. "Entrepôt" restoranında təşkil olunan gecədə çox sayda Azəri və Osmanlı Türkləri, Belçikadakı İğdırlı diaspor nümayəndələri, gənclər və müxtəlif Avropa ölkələrindən dəvət edilmiş qonaqlar iştirak ediblər. Gecədə milli musiqimizin müşayiəti ilə milli xörəklərimiz və Novruza xas şirniyyatlarımız da qonaqlara təqdim edilib. Sonda BMT-nin "Beynəlxalq Novruz Günü" adlı qətnaməsi qonaqlara oxunub.
    19.03.10 Məqaləni oxumaq
     
    Doktorant və gənc tədqiqatçılar mükafatlandırılıb
    Bu gün Təhsil Nazirliiyndə doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ötən ilin 4-5 dekabr tarixlərində doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirildiyini söyləyib.
    19.03.10 Məqaləni oxumaq
     
    Avropa Şurası Dağlıq Qarabağ probleminin həllində “müvəqqəti komissiya” yaradılmasını təklif edir
    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağ probleminin həllinə dəstək məqsədilə “müvəqqəti komissiya” yaradılmasını təklif edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qazaxıstanda səfərdə olan AŞPA sədri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, son zamanlar ATƏT-in Minsk Qrupu və Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib. M.Çavuşoğlu vurğulayıb ki, bu prosesə dəstək vermək üçün Avropa Şurası da “müvəqqəti komissiya” yaradılmasını təklif edir. O, əlavə edib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır. Bu qurumlar, ATƏT-in Minsk Qrupu və Türkiyənin də olacağı, komissiyanın işində iştirak edəcəklər.
    19.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031