Rusiya dünyaya nüvə enerjisi ixrac edəcək
|
Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyi Sibirdə uranı zənginləşdirmək – nüvə yanacağı istehsal etmək üçün yeni mərkəz qurulması ilə bağlı Saziş imzalayıblar. KƏLAMİNFO xəbər verir ki, Sazişi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin derektoru Yukiya Amano və Rosatom Dövlət Agentliyinin rəhbəri Sergey Kiriyenko imzalayıb.
Sazişə görə, Anqarskda qurulacaq mərkəzdə istehsal edilən yanacaq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edən və özü uran zənginləşdirməyən ölkələrə satılacaq. Mərkəzdə 120 tona qədər nüvə yanacağı istehsal ediləcək.
|
30.03.10 Məqaləni oxumaq
|
|
|
Həmsədrlər İrəvanda müzakirələrə başlayır
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) bazar günü qondarma Dağlıq Qarabağa səfər ediblər. KƏLAMİNFO news.ama istinadən xəbər verir ki, səfər zamanı vasitəçilər separatist rejimin lideri Bako Saakyanla görüşüblər.
Həmsədrlər bu gün Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaqlar.
|
30.03.10 Məqaləni oxumaq
|
|
|
Dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək
|
Aprelin 2-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər.
Bundan sonra Milli Kitabxananın oxucuları Rusiya Dövlət Milli Kitabxanasının 350 min nüsxədən artıq dissertasiya və avtoreferatlarının tam elektron mətnindən istifadə etməklə yanaşı, respublikamızda müdafiə olunan dissertasiyaların 2000 min nüsxədən artıq resursunun elektron mətnindən istifadə etmək hüququ əldə edəcəklər.
|
30.03.10 Məqaləni oxumaq
|
|
|
Moskva metro stansiyasında bir-birinin ardınca iki partlayış baş verib
|
Bu gün səhər Moskva Metropolitenin "Lubyanka" stansiyasında partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 26-dan artıq insan həlak olub. Onlardan bir qisminin qatarda, digərləri isə platformada öldüyü bildirilir.
Partlayışın qatarın 3-cü vaqonunda baş verdiyi bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə isə, müəyyən olunmayan partlayıcı qurğu saat 07:50 radələrində stansiyanın platformasında işə düşüb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedisilər fəaliyyət göstərir. İnsident yerinə onlarla təsili tibbi yardım maşını cəlb olunub.
Metropolitenin mətbuat xidmətinin rəhbərinin müavini Pavel Suxarnikovun sözlərinə görə, “Lubyanka” stansiyası hazırda çıxış və giriş üçün bağlıdır.
“Lubyanka” stansiyasında baş verən partlayışdan 30 dəqiqə sonra Moskva metrosunda ikinci partlayış baş verib. Partlayış "Park kulturı" stansiyasında olan qatarın ikinci vaqonunda qeydə alınıb.
Qeyd edək ki, partlayışlar nəticəsində 46 nəfərin həlak olduğu bildirilir.
Xatırladaq ki, partlayışların terrorçu-komikadze tərəfindən törədildiyi ehtimal olunur.
|
30.03.10 Məqaləni oxumaq
|
|
|
“50 Cent” Bakıda konsert verəcək
|
Aprelin 11-də dünyanın ən məşhur reperlərindən olan “50 Cent” “Buta” sarayında geniş konsert proqramı ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, reper bakılı pərəstişkarları qarşısında yeni işıq üzü görən “Before İ Self Destruct” albomundan hitləri ifa edəcək.
Həmin gün “Buta” sarayının səhnəsində “50 Centlə” yanaşı, “G-Unit” qrupunun da çıxışı gözlənilir.
Artıq konsertin biletləri satışa çıxarılıb.
|
30.03.10 Məqaləni oxumaq
|
|
|
|
Rusiya yay-qış vaxtına keçid qaydalarını ləğv edir
|
Qonşu Rusiya yay-qış vaxtına keçid qaydasını ləğv edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatları bəyanat veriblər.
Bəyanatda qeyd olunub ki, cari ildən etibarən qış və yay vaxtlarına keçid qaydalarına son qoyulacaq. Deputatlar gələn il yay və qış vaxtlarına keçidin, saat qurşaqlarının ixtisara salınmasının ləğv olunması barədə qanun qəbul edəcəklərini də bildiriblər. Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Yevgeni Fyodorov bildirib ki, hökumət deputatlarla birlikdə zaman və saat qurşaqlarının yeni standartlarına keçid üzrə vahid qanun layihəsi üzərində işləyir. Qanun layihəsi iyunun sonlarına qədər birinci oxunuşda qəbul olunacaq və gələn ildən qüvvəyə minəcək.
|
29.03.10 Məqaləni oxumaq
|
|
|
Deputat Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edir
|
Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Büdcə və Audit Komitəsinin iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər.
İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri müzakirə olunacaq.
Səfər zamanı təşkilatın Beynəlxalq Katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə görüşü nəzərdə tutulub. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 1-də başa çatacaq.
|
29.03.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Gəmiqayırma Zavodunun təməlqoyma mərasimində iştirak edib
|
Bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə prezident İlham Əliyev iştirak edib.
Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
|
20.03.10 Məqaləni oxumaq
|
|
|
Ombudsman ATƏT-in Azərbaycan nümayəndəliyinin şöbə müdirini qəbul edib
|
Ombudsman Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi qəbul edib. Görüşün məqsədi ATƏT-lə Ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər.
Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
M.Martinez təmsil etdiyi qurumun Müvəkkilin təklifini dəstəkləyərək Ombudsman təsisatının əməkdaşları üçün maarifləndirici təlim keçirməyi planlaşdırdığını söyləyib.
E.Süleymanova ardıcıl keçirilməsi məqsədəuyğun olan bu mühüm tədbirlərdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq mütəxəssislər, həmçinin milli insan hüquqları institutları nümayəndələrinin də ekspert qismində iştirakının zəruriliyini vurğulayıb.
|
20.03.10 Məqaləni oxumaq
|
|
|
|