Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin müzakirəsini davam etdirir”
    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin yenilənmiş variantının müzakirəsini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “Madrid prinsiplərində Azərbaycanın mövqeyi ədalətlidir. Bu sənəd imkan verir ki, Azərbaycan danışıqları davam etdirsin. Ermənistanla Azərbaycan arasında Madrid prinsipləri üzrə razılaşma nə qədər tez olarsa iki ölkə arasında müharibə litorikası da aradan qaldırılar”,-deyə E.Məmmədyarov vurğulayıb.
    16.03.10 Məqaləni oxumaq
     
    “Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Regionların İnkişafı İctimai Birliyinin dəstəyi, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov və Kərim Şükürovun müəllifliyi ilə 4 cilddə işıq üzü görən “Azərbaycan: beynəlaxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov açıb və kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib. Y.Mahmudov isə son vaxtlar Azərbaycan elmi ictimaiyyətinin Tarix İnstitutunun fəaliyyətinə böyük maraq göstərdiklərini söyləyib. Ölkəmizin tarixi və diplomatiyasından bəhs edən Y.Mahmudov bildirib ki, Azərbaycanın 5 min illik tarixi var və o, indikindən böyük əraziləri əhatə edib.
    16.03.10 Məqaləni oxumaq
     
    Sabahdan sınaq imtahanlarına yazılış başlanır
    Sabahdan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi sınaq imtahanlarına abituriyentlərin yazılmasına start veriləcək. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk sınaq imtahanının aprelin 4-də keçirilməsi nəzərdə tutulur. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 16-da saat 10:00-dan etibarən Komissiyanın internet saytının müvafiq səhifəsinə daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar.
    16.03.10 Məqaləni oxumaq
     
    “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib
    Səbail rayon İcra hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə 189 saylı orta məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər. Tədbiri giriş sözü ilə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Bela Cəlilova açaraq müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail rayon Məhkəməsi, Bakı şəhər Narkoloji Dispanseri, QİÇS-lə Mübarizə Mərkəzi, rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların Profilaktika işinin təşkili və Narkomaniya ilə Mübarizə bölmələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
    16.03.10 Məqaləni oxumaq
     
    DQDK daha 30 dini icmanı qeydiyyata aldı
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) daha 30 dini icmaya qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQDK-nın mətbuat xidmətindən veriblər. Şəhadətnamələri təqdim edən komitə sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliklərə əsasən, hazırda dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.
    15.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə bildirilir: “Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca bizləri yeni xoş əməllərə, nəcib və xeyirxah işlərə rövnəqləndirir. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz dövlətimizin və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
    15.03.10 Məqaləni oxumaq
     
    Novruz Məmmədov: “Münaqişənin ədalətli həlli Ermənistana daha çox lazımdır”
    “Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutaraq məsələyə son qoymaq niyyətində deyil. Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib. N.Məmmədov qeyd edib ki, ermənilər gələcək talelərini düşünməli və faciələrinin qarşısını almalıdırlar. Onun sözlərinə görə, Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutaraq münaqişənin həllinə təminat verməkdir.
    15.03.10 Məqaləni oxumaq
     
    ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır”
    Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş çıxış edib. “Ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi iradə göstərəcək. Çox qəti addımlar atılmalıdır. İnanmaq istəyirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”,- deyə Joao Soareş bildirib.
    15.03.10 Məqaləni oxumaq
     
    Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib
    Bu gün Bakıda, “Grescent Beach” otelində İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa media məsələləri üzrə yerli və beynəlxalq mütəxəssislər, yerli media qurumlarının rəhbərləri, millət vəkilləri qatılıb. Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman bildirib ki, inkişaf edən media demokratik dövlətlərin ən vacib sahələrindən biridir. O, Azərbaycanda medianın inkişafını ölkənin demokratikləşməsi və stabilliyi üçün önəmli olduğunu vurğulayıb. Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın da ikişafı özünü qabarıq biruzə verib.
    13.03.10 Məqaləni oxumaq
     
    Film Fondu Azərbaycanın 100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir
    Dövlət Film Fondunun (DFF) yeni istifadəyə verilən binası müasir standartlara uyğun formalaşdırılıb. Yeni binada 300 min saxlama vahidinə bərabər 18 saxlama boksu yaradılıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Fondun direktoru Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, yeni yaradılan struktur Azərbaycanın təxminən 80-100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir. “Hazırda Fondda 64 mindən çox saxlama vahidinə bərabər filmlər saxlanılır. Bura müxtəlif növ filmlər, film materialları, neqativ, pozitiv və s. tipli kinolentlər daxildir”,-deyə C.Quliyev vurğulayıb. O, həmçinin qeyd edib ki, yaxın bir-neçə ay müddətinə Fransadan DFF-a müasir tələblərə cavab verən xüsusi kino arxivləri üçün istehsal olunan bərpa avadanlıqları da gətiriləcək. C.Quliyev bu avadanlıqlarla əksər sıradan çıxmış müxtəlif növ filmlərin bərpasını həyata keçirməyin mümkün olacağını bildirib. “Son iki ildə isə DFF təxminən 27-ə yaxın müxtəlif filmləri bərpa edərək Fonda daxil edib.
    13.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031