|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
Akademik Fərəməz Maqsudovun anadan olmasının 80 illik yubileyi ilə bağlı konfrans keçirilib
|
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akdemik Fərəməz Maqsudovun anadan olmasının 80 illik yubileyi ilə bağlı konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov mərhum akademikin həyat və yaradıcılığından bəhs edib. O qeyd edib ki, F.Maqsudovun Azərbayan elminin dünya elmi ilə əlaqələndirilməsində böyük rolu olub. Onun sözlərinə görə, F.Maqsudov irsi, onun yaratdığı məktəb və ideya bu gün də yaşayır və gələcəkdə gənc nəsil tərəfindən davam etdiriləcək.
Akdemik Akif Hacıyev də F.Maqsudovun yaradılcılıq fəaliyyətinə nəzər salıb. O bildirib ki, F.Maqsudovun Azərbaycan elminin inkişafında mühüm rolu olub, həmçinin onun rəhbərliyi ilə çoxsaylı alimlər yetişib.
Qeyd edək ki, konfransda iştirak edən digər natiqlər də mərhum akademikin geniş yaradıcılıq fəaliyyətindən bəhs ediblər.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistlər üçün müsabiqə elan edib
|
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin mövzusu “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” olacaq.
Məqalə 7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Başqa müsabiqələrdə iştirak edən yazılar qəbul olunmur.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qanun layihəsi hazırlanır
|
Milli Məclisdə “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib.
H.Rəcəbli bildirib ki, bu gün gənc ailələrə qayğı dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən qanun layihəsi üzərində iş aparılır, bu istiqamətdə dünya təcrübəsi öyrənilir. Komitə sədri qeyd edib ki, sənəddə gənc ailələrə bir sıra sosial güzəştlər nəzərdə tutulur.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Bütün ölkə üzrə “Azərbaycan Kino Həftəsi” keçiriləcək
|
Cari il aprelin 6-10-u arası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə “Azərbaycan Kinosu Həftəsi” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Həftə “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi “Niyyət” bədii filminin Heydər Əliyev Sarayında təqdimatı ilə başlayacaq. Ölkənin bir sıra regionlarında, o cümlədən Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə və Yevlaxda son iki ildə müxtəlif studiyalarda çəkilmiş bədii filmlər tamaşaçılara təqdim olunacaq. Son illərdə gənclərin yaratdıqları qısametrajlı bədii filmlərdən bir neçəsi Sumqayıtda, eləcə də Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdiriləcək. Həftənin proqramına uşaq evlərində, hərbi hissələrdə baxışlar daxil edilib.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatı arasında Qrant Sazişi imzalanıb
|
Bu gün Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişinin imzalanması mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, üç il müddətində həyata keçiriləcək layihənin məqsədi pilot seçilən Əzizbəyov rayonunda nativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Onun sözlərinə görə, layihə çərçivəsində himayədar ailələr və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşmə mexanizmləri hazırlanacaq. Layihənin icra müddəti ərzində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlər içərisindən 50 ailənin seçilməsi və onlar üçün treninqlərin təşkilinin nəzərdə tutulduğunu vurğulayan M.Mərdanov bildirib ki, layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Bakıda yanan 67 saylı orta məktəbin təmiri ilə bağlı Baş nazirə müraciət edilib
|
Təhsil naziri Misir Mərdanov Bakının Sabunçu rayonunda yanan 67 saylı orta məktəbin binasının təmiri ilə bağlı Baş nazir Artur Rasizadəyə müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə M.Mərdanov söyləyib.
O qeyd edib ki, bu gün Baş nazirə göndərilən məktubda yanan orta məktəbin bərpası üçün vəsait lazım olduğu qeyd edilib. “Yəqin ki, müvafiq vəsait ayrılacaq və biz həmin məktəbi bərpa edəcəyik”,-deyən
M.Mərdanov bildirib ki, haqqında bəhs olunan orta məktəbdə təhsil alan şagirdlər yaxınlıqdakı peşə məktəblərində və orta məktəblərdə yerləşdiriləcəklər.
Qeyd edək ki, 67 saylı orta məktəbdə martın 10-da yanğın baş verib. Yanğın məktəb binasının 500 kv.metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Milli Məclisdə hökumətin hesabatı dinlənilir
|
Bu gün Milli Məclisin növbəti iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.
Sonra AR Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında Azərbaycan hökumətinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıb.
Spiker Oqtay Əsədov bildirib ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və İcra Hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.
O.Əsədov qeyd edib ki, ötən il dünyada iqtisadi böhran başlasa da, böhranın Azərbaycana təsiri olmayıb. Spiker 2009-cu ildə ölkənin 9,3 faiz iqtisadi inkişafa nail olduğunu, nəzərdə tutulan bütün iqtisadi layihələrin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu iqtisadi inkişaf əhalinin rifahına təsir göstərib, orta əmək haqqı 8,6 faiz artaraq 298 manata çatıb.
|
17.03.10 Məqaləni oxumaq
|
|
|
Təhsil naziri tələbələrin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirdi
|
Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, M.Mərdanov bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışdığını söyləyib.
O qeyd edib ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi davam etməyənlər də var və ADNA-nın 5 tələbəsi artıq 10 gündür dərslərə getmir. “Hər ali təhsil müəssisəsinin daxili qaydası var ki, uzun müddət üzüsüz dərs buraxan tələbəni ali məktəbdən xaric etsin.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
Xırdalandakı məcburi köçkünlər məskunlaşan binada yanğın baş verib
|
Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 2000 kv.m. olan birmərtəbəli ət kombinatının inzibati binasında məskunlaşan ayrı-ayrı məcburi köçkünlərə məxsus binada yanğın baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər.
Nəticədə məcburi köçkünlərin yaşadığı ümumilikdə 150 kv.m evlərin yanar konstruksiyaları yanıb. Hadisə zamanı binada olan 45 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
GVB “Novruz Bayramı Birlik qardaşlıq bayramıdır” mövzusunda tədbir keçirib
|
Gənc Vətənpərvərlər Birliyi (GVB) “Novruz Bayramı Birlik qardaşlıq bayramıdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.
Tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, müşavirlər, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən GVB-in sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur. M.Əliyev Novruz bayramının bir cox Türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M.Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|