Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    “Dövlət və din” ictimai fikir toplusunun ilk sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və din” ictimai fikir toplusunun 2010-cu ildə 1-ci sayı işıq üzü görüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Toplunun “Rəsmi guşə”si pezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə müraciəti ilə başlayır. Bölmədə prezidentin Milad bayramı münasibətilə pravoslav xristian icmasına təbriki yer alıb. Nəşrdə “20 Yanvarın Şəhidlik fəlsəfəsi”, “Bakı İslam mədəniyyətinin mərkəzlərindən biri kimi”, “Azərbaycanın qədim sakinlərinin dəfn adətləri – e.ə. II minilliklər”, “Ərəb işğalları nəticəsində Azərbaycan tarixi coğrafiyasında baş verən dəyişikliklər”, “Sovetlər dövründə Azərbaycanda məhərrəmlik” və digər mövzulu yazılar yer alıb. Qeyd edək ki, topluda bir sıra məqalalər də əks olunub.
    02.03.10 Məqaləni oxumaq
     
    Dövlət qeydiyyatından keçən dini icmaların 12-si qeyri-islam təmayüllüdür
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yenidən və ilkin dövlət qeydiyyatından keçmək üçün 700-dən çox sənəd daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-dən veriblər. Qeyd olunub ki, 2009-cu ilin dekabr ayının 31-dək 150 dini icma yenidən və ya ilk dəfə dövlət qeydiyyatına alınıb. Onlardan 12 dini icma qeyri-islam təmayüllüdür. Məlumatda bildirilib ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Qeyd edək ki, dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
    02.03.10 Məqaləni oxumaq
     
    Bakıda MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir
    Bu gün Bakıda, Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan dövlət informasiya agentliklərinin rəhbərləri, habelə Müstəqil Dövlətlər Birliyi, onun İcraiyyə Komitəsi, Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin və Beynəlxalq Humanitar Əməkdaşlıq işləri üzrə Federal Agentliyin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak edirlər. İclasda Böyük Vətən Müharibəsində qələbənin 65 illik yubileyinin işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu məsələyə həsr olunmuş əsas məruzə ilə Şuranın sədri, İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko çıxış edib.
    02.03.10 Məqaləni oxumaq
     
    Fərhad Məmmədov. Neyratron layihəsi
    I. İLK ŞAHİD

    - Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı

    - Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...

    - Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
    02.03.10 Məqaləni oxumaq
     
    Bu gün AzərTAc-ın 90 yaşı tamam olur
    Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökuməti - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və Əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb. 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edib.
    02.03.10 Məqaləni oxumaq
     
    Serj Sarkisyan Gürcüstanda səfərdədir
    Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük səfərə gedib. KƏLAMİNFO gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili həmkarını Batumidə qarşılayıb. Prezidentlərin görüşündə ikitərəfli münasibətlərə və Gürcüstan-Rusiya sərhəddinin açılması məsələsi müzakirə olunub. M.Saakaşvili Gürcüstanda xeyli sayda erməninin yaşadığını bildirib və onların Gürcüstanın tamhüquqlu vətəndaşları olduğunu qeyd edib. M.Saakaşvili iki ölkə arasında əlaqələrin dinamik inkişaf dövrü yaşadığını dilə gətirib və ölkəsinin Ermənistanın uğurlarına sevindiyini vurğulayıb. S.Sarkisyan isə iki ölkə arasında əlaqələrin inkişaf edəcəyini vurğulayıb. “Min illər ərzində biz qardaş xalqlar olmuşuq, bu qardaşlıq bundan sonra da yaşayacaq”,-deyə Sarkisyan vurğulayıb.
    02.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Çili Respublikasının prezidentinə baş sağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının prezidenti, zati-aliləri xanım Mişel Baçelet Xeriyaya baş sağlığı verib. KƏLAMİNFO xəbər verir ki, baş sağlığı məktubunda bildirilir: Hörmətli xanım Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
    02.03.10 Məqaləni oxumaq
     
    AzərTac-ın 90 illik yubileyi qeyd edildi
    Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) yaranmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasim iştirakçılarına prezident İlham Əliyevin təbrikini çatdırdı və bildirdi ki, bir neçə gün öncə ölkə rəhbərliyinin müvafiq Sərəncamı ilə Agentliyin 19 əməkdaşı dövlət mükafatları ilə təltif edilib. AzərTac-ın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olduğunu diqqətə çatdıran Ə.Həsənov mətbu orqanın keçdiyi yola diqqəti çəkdi və bildirdi ki, AzərTac fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. O bildirdi ki, Agentlik bütün dövrlərdə Azərbaycan ictimaiyyətini dünyada, eləcədə ölkədə baş verən ictimai-siyasi, mədəni və digər xəbərlərlə yaxından tanış edib və məlumatlandırıb.
    01.03.10 Məqaləni oxumaq
     
    PA rəsmisi: “İranla Azərbaycan arasında münasibətlərin normal olmasını istəməyən qüvvələr var”
    İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Ə.Həsənov qeyd edib ki, İranla Azərbaycan qonşu ölkələrdir, onların mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxındır və iki ölkə arasında müştərək dövlətçilik var. O, İran tərəfində də, iki ölkə arasında münasibətlərin normal olmasını istəməyən müəyyən qüvvələrin olduğunu diqqətə çatdırıb. “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”,-deyən Ə.Həsənov İranda baş verənləri dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb.
    01.03.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək
    Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib. İclasda yeni ombudsmanın seçilməsi məsələsi də müzakirə olunacaq. Deputatlar Azərbaycan və Fransa hökumətləri arasında imzalanan diplomatik pasporta malik şəxslərin viza rejimindən qısa müddətə azad edilməsi, iki ölkədə mədəniyyət mərkəzlərinin təsis edilməsi və fəaliyyət göstərməsi haqda sazişləri, Silahlı Qüvvələrdə daxili xidmət haqda qanuna dəyişiklik edilməsi, konstitusiya referendumu aktının tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi haqda layihələri müzakirə edəcəklər. İclasın gündəliyində cinayət yolu ilə əldə edilən pul vəsaiti və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi və ikinci oxunuşda “Məhkəmələrin fəaliyyəti haqda informasiya əldə etmək barədə” Qanun layihəsi də var.
    01.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031