|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
GVB “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib
|
Gənc Vətənpərvərlər Birliyi “Xocalı - XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda tədbir keçirib. GVB-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyəti, rayon şöbələrinin müdirləri, İdman Federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar, birliyə üzv olan təşkilatların, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə bütün şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GVB-in sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev bildirib ki, birliyin qərarı ilə fevral Xocalı faciəsi ayı elan olunub. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu məqsədlə yaradılan Təşkilat Komitəsi tərəfindən respublika üzrə silsilə tədbirlər keçiriləcək.
M.Əliyev 1992-ci il fevralın 25-dən 26-a keçen gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı 613 dinc əhalinin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın amansızlıqla öldürüldüyünü söyləyib.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsi haqqında braşuralar paylanıb və Xocalı abidəsi yad edilib.
|
13.02.10 Məqaləni oxumaq
|
|
|
TQDK tələbə qəbulu qaydalarını təsdiq etdi
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən tələbə qəbulu qaydaları təsdiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ölkə Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına uyğun olaraq təsdiq olunub.
Qeyd edək ki, bu qaydalar TQDK orqanı olan “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
|
13.02.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda Milli Etalon Mərkəzi açılacaq
|
Cari il aprel ayının ortalarında Azərbaycanda Milli Etalon Mərkəzinin açılışı planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, komitənin nəzdində yaradılan mərkəzdə qüvvə, təzyiq, sıxlıq, özlülük, elektrik kəmiyyətləri və temperatur üzrə dövlət etalonları laboratoriyaları qurulub. Əlavə olaraq isə bir sıra 2-ci səviyyəli etalonlar alınıb. Komitə sədri bildirib ki, göstərilən istiqamətlərin tam komplektləşdirilməsi məqsədilə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən Twinniq Layihəsinin maliyyə dəstəyi ilə 1 mln. avro həcmində alınan avadanlığın respublikaya gətirilməsi və quraşdırılması cari ilin aprel ayında yekunlaşacaq.
Vaxt etalonunun alınaraq Azərbaycana gətirilməsinə münasibət bildirən R.Həsənov bunun strateji etalon və siyasi bir məsələ olduğunu, bu səbəbdən də bir çox iri ölkələrin bunda maraqlı olmadığını qeyd edib. O, cari ildə vaxt etalonunun daxili vəsaitlər hesabına alınaraq Azərbaycana gətiriləcəyini vurğulayıb.
|
13.02.10 Məqaləni oxumaq
|
|
|
MM-də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi müzakirə edildi
|
Milli Məclisin (MM) bugünkü iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə edildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova əlavə və dəyişikliklərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Qanuna, Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna təklif olunduğunu bildirdi. Komitə sədri əlavə və dəyişikliklərin Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn məsələlər olduğunu söylədi.
Onun sözlərinə görə, dəyişikliyə əsasən QHT-lər öz nizamnamələrində qeyd edirlər ki, dövlət və qeyri-dövlət özünü idarə orqanlarının səlahiyyətlərinə aid olan məsələlər, dövlət nəzarəti, sanksiyalar, yoxlamalar həyata keçirə bilməzlər. Eyni zamanda QHT-lərin adında görkəmli şəxslərin adlarından yalnız onların yaxın qohumlarının icazəsi olan halda istifadə edilə bilər.
|
13.02.10 Məqaləni oxumaq
|
|
|
Parlamentdə ölkədə yaranan enerji böhranı müzakirə olundu
|
Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən millət vəkilləri Bakıda qarlı hava şəraiti ilə əlaqədar yaranan enerji böhranını müzakirə ediblər. Deputat İqbal Ağazadə Bakıda hava şəraiti ilə bağlı yaranan problemlərin ciddi qüsur yaratdığını bildirdi. O, müvafiq qurumların səlahiyyət bölgüsünü apara bilməməsindən sadə vətəndaşların əziyyət çəkdiklərini söylədi. Millət vəkili təklif etdi ki, Bakı şəhərinin kommunal təchizatı ilə bağlı məsələ bələdiyyələrin sərəncamına verilməlidir və Bakı şəhər bələdiyyəsi yaradılmalıdır.
|
12.02.10 Məqaləni oxumaq
|
|
|
“Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi
|
Bu gün Mediya Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Araz Tədqiqatlar Mərkəzi tərəfindən nəşr olunan “Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən kitabın müəllifi Araz Aslanlı bildirdi ki, kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin kökləri, bu günkü vəziyyət, problemin həllinə dair əsas prinsiplər və digər mühüm məsələlər əks olunub. O qeyd etdi ki, Nazim Cəfərsoyun elmi redaktorluğu ilə 1000 nüsxə nəşr olunan kitab Azərbaycan və ingilis dillərində işıq üzü görüb və kitabın digər xarici dillərdə nəşri də nəzərdə tutulub.
Millət vəkili Cəmil Həsənli isə bildirdi ki, Qarabağ problemi Azərbaycana sovetlər hakimiyyəti illərində gətirilib. Qarabağla bağlı xarici dillərdə nəşr olunan kitablarda “Naqornı Qarabağ” ifadəsinin işlədilməsini düzgün hesab etməyən C.Həsənli təklif edib ki, bu cür həssas məqamlardan bəhs edən kitablarda maliyyə mənbəyi olan təşkilatın adının qeyd olunması düzgün deyil. Onun sözlərinə görə, beynəlxalq aləmdə hansısa təşkilatın maliyyə dəstəyi ilə nəşr olunan kitablar tərəfli kitablar hesab olunur.
|
12.02.10 Məqaləni oxumaq
|
|
|
Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür
|
Bu gün - 11 fevral vergi işçilərinin peşə bayramı günüdür. KƏLAMİNFO xəbər verir ki, bu münasibətlə Vergilər Nazirliyin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar. Daha sonra vergi orqanlarının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 11 fevral 2005-ci il tarixində prezident İlham Əliyev vergi işçiləri gününün təsis edilməsi haqqda Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i tarixi “Vergi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir.
Bu gün həmçinin, Azərbaycan Respublikası prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılıb.
|
12.02.10 Məqaləni oxumaq
|
|
|
“Ailə həkimi haqqında” Qanun layihəsi hazırlanır
|
Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən “Ailə həkimi haqqında” Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Komitənin sədr müavini Musa Quliyev verib.
M.Quliyev bildirib ki, bu qanunun məqsədi əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaqdır. Onun sözlərinə görə, dünya ölkələrində də belə təcrübə mövcuddur.
Milli Məclis tərəfindən ümumilikdə səhiyyə ilə bağlı 20-ə qədər qanun qəbul olunduğunu xatırladan M.Quliyev vurğulayıb ki, “Ailə həkimi haqqında” qanunun hazırlanıb qəbul edilməsi də sosial sifarişdir.
|
12.02.10 Məqaləni oxumaq
|
|
|
Fərdi yolla Quran öyrədilməsi qadağan ediləcək
|
Bu ildən etibarən müqəddəs Qurani-Kərimi öyrənmək istəyənlər yalnız mütəşəkkil kurslarda təhsil alacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimov bildirib.
Onun sözlərinə görə, Komitə tərəfindən dini icmaların və dini mağazaların qeydiyyatı məsələsi başa çatdırıldıqdan sonra Qurani-Kərimin öyrədilməsi məsələsinə baxılacaq. “Hazırda “Quran” öyrənmək istəyənlər fərdi qaydada məscidlərdə təhsil alırlar. Belə halda təhsilin necə və kim tərəfindən həyata keçirilməsinə nəzarət etmək mümkün deyil. Məhz bunu nəzərə alaraq mütəşəkkil kursların təşkili vacibdir”,-deyə F. Kərimov bildirib.
F.Kərimov qeyd edib ki, mütəşəkkil “Quran” kurslarına lisenziya veriləcək və onlar bir sıra şərtlərlə fəaliyyət göstərəcəklər. Onun sözlərinə görə, ilk növbədə kursların keçirilməsi üçün şərait, yəni xüsusi otaqlar təşkil olunmalı, kurslarda dərs deyən müəllimlər Azərbaycan vətəndaşı olmalıdırlar.
|
11.02.10 Məqaləni oxumaq
|
|
|
“İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi olan “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, kitab Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs edir. Onun sözlərinə görə, hər bir millət üçün ən böyük itki torpaqlarının itirilməsidir. Ə.Əhmədov kitabın rus və ingilis dillərinə tərcümə edilərək dünya ictimaiyyətinə təqdim ediləcəyini söyləyib.
|
11.02.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|