Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Misir Mərdanov: “Məcburi köçkünlərin yataqxanalardan köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir”
    Bu ildən ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov hesab edir ki, məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil və bu proses mərhələli şəkildə həyata keçirilməlidir. “Bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən təlimat verilib. Baş nazirin müavini Əli Həsənov da həmin məlumata əsasən yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı açıqlama verib. Ölkə prezidentinin tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar ora köçürülsün”,-deyən M.Mərdanov vurğulayıb. Onun sözlərinə görə, ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil.
    03.02.10 Məqaləni oxumaq
     
    "Gənclərdə fəallıq azalıb"
    Əkrəm Abdullayev müasir gəncliyin daha çox maddiyyata üstünlük verməsindən narahatdır

    Məlum olduğu kimi, 2 Fevral Azərbaycanda Gənclər güqü kimi qeyd olunur. Bunun əsası 1996-cı ildə qoyulub. Həmin ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumu keçirilib. Bundan cəmi bir il sonra, yəni 2 fevral 1997-ci il tarixində isə ümummili liderimiz Heydər Əliyev Gənclər Forumunun iştirakçılarının bir qrupunu qəbul edib. Orada ilkin olaraq belə bir ideya ortaya gəlib ki, 2 fevral Gənclər günü kimi elan edilsin. Elə həmin vaxt da mərhum dövlət başçısı 2 fevralın Gənclər günü elan olunması ilə bağlı sərəncam imzalayıb. O gündən də bu günə kimi 2 fevral Gənclər günü kimi Azərbaycanda qeyd olunur. Bu proseslərin iştirakçısı olan millət vəkili Əkrəm Abdullayev bu günkü gəncliyin durumu və problemləri ilə bağlı danışdı:
    03.02.10 Məqaləni oxumaq
     
    “Azərbaycan gəncləri - dünən, bu gün, sabah” mövzusunda Dəyirmi masa keçirilib
    Bu gün “Gənclər günü” ilə əlaqədar olaraq Bakıda Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan gəncləri-dünən, bu gün, sabah” adlı Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə GİN-in nazir müavini İntiqam Babayev ötən ildə Azərbaycanda gənclərlə bağlı uğurlu layihələrdən danışıb. O, qeyd edib ki, gənclərin sosial durumu dövlət siyasətində başlıca meyarlardan biridir. İ.Babayev təmsil etdiyi qurum tərəfindən gənclər haqqında qanuna edilən təkliflərdən və dəyişikliklərdən bəhs edib. “Son müddəalara əsasən hazırda ölkədə 14-29 yaş həddi gənc insanlar kimi, 35 yaşa qədər isə gənc ailə kimi nəzərə alınır”,-deyə nazir müavini söyləyib.
    03.02.10 Məqaləni oxumaq
     
    Gəncə şəhəri Azərbaycanın “Əfsanələr Paytaxtı”, Şəki, “Sənətkarlıq Paytaxtı” Qazax isə “Folklor Paytaxtı” elan edilib
    Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramını təsdiq edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib.
    03.02.10 Məqaləni oxumaq
     
    TQDK-da “ABŞ təhsilinə ümumi baxış, tələbə qəbulu üzrə qərarların qəbulu” mövzusunda təqdimat keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cənis Ostin “ABŞ təhsilinə ümumi baxış, tələbə qəbulu üzrə qərarların qəbulu” mövzusunda təqdimat keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Cənis Ostin ABŞ ali məktəblərinə tələbə qəbulu və maliyyə yardımı üzrə 30 ildən artıq təcrübəsi olan mütəxəssisdir. Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, komissiyanın əməkdaşları və ekspertləri iştirak ediblər.
    03.02.10 Məqaləni oxumaq
     
    Yaşil çayin özəlliyi
    Ötən il Azərbaycanda yaşıl çay yarpağı yığımı 32,9% azalaraq 307,3 ton təşkil edib. Yaşıl çay Camellia sinensis yarpaqlarından əldə edilən çaydır. Eyni bitkidən əldə edilən qara çay üçün yarpaqlar yavaş-yavaş qurudulur, yaşıl çayın isə yarpaqları toplanır-toplanmaz qovrularaq tez qurudulması həyata keçirilir. Hər iki çayda da kafein var, amma yaşıl çaydakı kafein miqdarı daha azdır. Hər iki çayda da antioksidan maddələr var, amma yaşıl çay daha az işləmdən keçdiyi üçün onda antioksidan miqdarı da çoxdur.
    Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir.
    03.02.10 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında Bakı şəhəri 18 saylı orta məktəbin müəllimi Gültəkin Qayyayeva hazırladığı test tapşırıqlarını müzakirəyə təqdim edib. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi təfəkkürə əsaslanan, kimyəvi hadisə və proseslərin mahiyyətinin açılmasına yönələn, ümumiləşmə və izahat tipli tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    02.02.10 Məqaləni oxumaq
     
    YAP-ın 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsinin təqdimolunma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov əvvəlcə 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
    02.02.10 Məqaləni oxumaq
     
    Q.Məmmədov: “Ölkədə pirat xəritə və atlasların çıxarılması faktları mövcuddur”
    Ötən il kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün təşkilatlar tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) 7 müraciət daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri DTXK-nin sədri Qərib Məmmədov rəhbərlik etdiyi qurumun hesabat yığıncağında söyləyib. O qeyd edib ki, quruma təqdim olunan sənədlərin ekspertizadan keçirmək və müvafiq komissiyaların qərarı ilə onlara lisenziya verilib, Nəticədə dövlət büdcəsinə 7700 manat məbləğində vəsait ödənilib. Ölkədə pirat xəritə və atlasların çıxarılması faktlarının da mövcudluğunu açıqlayan Q.Məmmədov bildirib ki, bu məqsədlə 8 reyd keçirilib və müəyyən edilən saxta kartoqrafiya materiallarının satışdan götürülməsi üçün müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, 6 müəssisə və təşkilatda geodeziya-kartoqrafiya sahəsində fəaliyyətlərinin olub-olmaması barədə araşdırmalar aparılıb və bu sahədə fəaliyyət göstərən müəssisələrin işində aşkar edilən bəzi çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
    02.02.10 Məqaləni oxumaq
     
    Ötən il ölkədə bağlanan 90 min nigahdan 8 mini boşanma ilə nəticlənib
    Ötən il Azərbaycanda 90 min nigah qeydə alınıb. Bunlardan 5 mini 18 yaşdan aşağı qızlarla bağlanan nigahlardır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirib. Millət vəkili 18 yaşdan aşağı qızlarla bağlanan nigahlar barədə göstərilən rəqəmin artıq düşündürücü olduğunu söyləyib. “Ölkədə qeydə alınan 90 min nigahdan təxminən 8 mindən artığı boşanma faktı ilə nəticələnib. Belə boşanma hallarının kökündə əsasən erkən yaşda bağlanan nigahlar durur”,-deyə H.Rəcəbli əlavə edib. Komitə sədri Milli Məclisin növbəti sessiyalarında bu məslələyə baxılacağını da vurğulayıb.
    02.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Fev.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728