Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    Beynəlxalq Din Azadlığı üzrə Komissiyanın hesabatında Azərbaycanla bağlı qeyri-obyektivliyə yol verilib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının növbəti illik icmalının Azərbaycanla bağlı hissəsi ilə əlaqədar məlumat yayıb. Komitədən KƏLAMİNFO-ya verilən məlumatda bildirilib ki, Komissiyanın sonuncu hesabatının Azərbaycana aid hissəsində bir sıra müsbət amillərlə yanaşı, qeyri-obyektivliyə də yol verilib. Sənəddə bildirilib ki, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörmət etməyə davam edir. Buna əlavə olaraq DQİDK bildirib ki, dini qurumlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə hökumət tərəfindən heç bir maneə olmur. Qeyd olunub ki, Azərbaycanın din sahəsində apardığı siyasət, cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.
    03.03.10 Məqaləni oxumaq
     
    ADU ilə Esseks Universiteti əməkdaşlıq edəcək
    Böyük Britaniyanın Esseks Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında beynəlxalq əməkdaşlıq etmək üçün ilkin razılıq əldə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Bu məqsədlə Esseks Universitetinin nümayəndələri Helen Emeri və Nilufər Demirkan Cons ADU-da olub, universitetin rektoru Səməd Seyidov və təhsil ocağının digər professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə əldə olunan razılığa əsasən, ADU-nun İngilis dili fakültəsinin tələbələri Esseks və ADU tərəfindən işlənib hazırlanan tədris proqramı əsasında təhsil alacaqlar. Tələbələr birinci və ikinci kursları ADU-da, üçüncü və dördüncü kursları isə Esseks Universitetində oxuyaraq hər iki universitetin tanıdığı ikili diplom alacaqlar.
    03.03.10 Məqaləni oxumaq
     
    Bəzi məhkəmələrdə həbs-qətimkan tədbirinin seçilməsi üçün lazımı praktika hələ yetişməyib
    Artıq 2000-ci ildən bəri respublikada həbs-qətimkan tədbirinin seçilməsi səlahiyyəti prokurorluqdan məhkəmə sisteminə keçməsinə baxmayaraq, hələ də bu sahədə kifayət qədər lazımı praktika formalaşmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. R.Rzayev qeyd edib ki, bu istiqamətdə Bakıda və Sumqayıtda araşdırmalar aparılıb və acınacaqlı faktlar ortaya çıxıb. Sədr bu problemin Ali Məhkəmənin ötən ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxarıldığını da vurğulayıb. “Təəssüf edirəm ki, həbs-qətimkan tədbirinə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir istənilən halda seçilmir. Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır”,-deyə R.Rzayev bildirib. Ali Məhkəmənin sədri bu sahədə pozuntulara yol verdiyi üçün 3 hakimin səlahiyyətinə xitam verildiyini, bir neçə hakimə töhmət verildiyini, bəzilərinin isə tutduqları vəzifədən aşağı pilləyə endirildiyini vurğulayıb.
    03.03.10 Məqaləni oxumaq
     
    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
    Qırğızıstan və Filipindən sonra bu gecə Türkiyədə də zəlzələ baş verib. KƏLAMİNFO Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Kütahya vilayətinin Simav ilçəsində 16 dəqiqə içində 4,4 və 4,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ nəticəsində insan tələfatı və dağıntı baş verməyib. Qeyd edək ki, Çilidə meydana gələn 8,8 böyüklüyündəki zəlzələnin ardından Qırğızıstanın Narın əyalətində 6, Filipində isə 6,1 bal gücündə zəlzələ baş verib.
    03.03.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ATƏT sədrinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq”
    “Qondarma “erməni soyqırımı”nın ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə olunmasını istəmirik. Bunun üçün Türkiyə tərəfi öz səylərini göstərməkdədir. ABŞ Administrasiyasının da bu məsələ ilə bağlı mövqeyi ortadadır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. B.Muradova bu məsələnin Konqresdə müzakirəyə çıxarılmayacağına inanmaq istədiyini də bildirib. O, Azərbaycanın istənilən halda bu yöndə müzakirələrin aparılmasına qarşı olduğunu vurğulayıb. Vitse-spiker ATƏT PA-nın sədri Joao Soareş və qurumun Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin gələn həftənin sonlarında Azərbaycana baş tutacaq səfəri ilə bağlı fikirlərini də bölüşüb. Bildirib ki, səfər çərçivəsində, əsasən ATƏT-Azərbaycan əlaqələri, regiondakı vacib problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ATƏT-in vasitəçiliyi ilə həlli məsələləri müzakirə olunacaq.
    03.03.10 Məqaləni oxumaq
     
    Ali Məhkəmədə ötən ilin hesabatı ilə bağlı mətbuat konfransı keçirilib
    Bu gün Bakıda Ali Məhkəmənin sədri Ramiz Rzayev inzibati binalarında ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, R.Rzayev ilk növbədə Ali Məhkəmənin son dövrlərdə maddi-texniki bazası, infrastrukturunun inkişafından bəhs edib. O, ötən il müddətində Ali Məhkəmənin müasir standartlara cavab verən yeni binası istifadəyə verilərək qurumun dəftərxanasının elektronlaşdırıldığını, zallarda cəzaçəkmə müəssisələri ilə birbaşa videobağlantı sisteminin yaradıldığını bildirib. R.Rzayev növbəti ildə də yerli məhkəmələr üçün yeni inzibati binanın istifadəyə veriləcəyini vurğulayıb.
    02.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanda Avropa Məhkəməsinin qərarları tam olaraq yerinə yetirilir
    Ötən il ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hüquq pozuntuları ilə bağlı olunan şikayətlərdən 7-i təmin edilib. Bu qərarların 3-ü hüquqi qüvvəyə minib, digər 4-ü isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycanla bağlı AİHM-də 26 işə baxılıb və 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib. R.Rzayev ötən il AİHM-ə bütün Avropadan 35 min 560 iş daxil olduğunu, onlardan 33 min 65-nin rədd edildiyini, 2395 işə baxıldığını vurğulayıb. Sədr bildirib ki, bununla müqayisədə Azərbaycandan müraciətlər çox azdır. “AİHM-nin qəbul etdiyi qərarları icra etməmək ən böyük məsuliyyətdir və bunun üçün müqəssir ölkəyə ən ağır sanksiya verilir. Ölkəmizdə AİHM-in qərarları tam olaraq yerinə yetirilir”,-deyə R.Rzayev əlavə edib.
    02.03.10 Məqaləni oxumaq
     
    M.A.Moratinos: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”
    “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edəcək”. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqına sədrlik edən İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinos çıxış edib. M.A.Moratinos bildirib ki, həmsədrlər danışıq aparan tərəfləri sülh prosesinə və münaqişənin nizamlanmasına dair siyasi qərar verməyə cəlb etmək istəyirlər: “Mən bu məsələni Azərbaycana səfərim zamanı da müzakirə edəcəyəm. Problemin nizamlanması üçün müsbət atmosfer formalaşdırmaq lazımdır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”,-deyə M.A.Moratinos vurğulayıb.
    02.03.10 Məqaləni oxumaq
     
    “Dövlət və din” ictimai fikir toplusunun ilk sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və din” ictimai fikir toplusunun 2010-cu ildə 1-ci sayı işıq üzü görüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Toplunun “Rəsmi guşə”si pezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə müraciəti ilə başlayır. Bölmədə prezidentin Milad bayramı münasibətilə pravoslav xristian icmasına təbriki yer alıb. Nəşrdə “20 Yanvarın Şəhidlik fəlsəfəsi”, “Bakı İslam mədəniyyətinin mərkəzlərindən biri kimi”, “Azərbaycanın qədim sakinlərinin dəfn adətləri – e.ə. II minilliklər”, “Ərəb işğalları nəticəsində Azərbaycan tarixi coğrafiyasında baş verən dəyişikliklər”, “Sovetlər dövründə Azərbaycanda məhərrəmlik” və digər mövzulu yazılar yer alıb. Qeyd edək ki, topluda bir sıra məqalalər də əks olunub.
    02.03.10 Məqaləni oxumaq
     
    Dövlət qeydiyyatından keçən dini icmaların 12-si qeyri-islam təmayüllüdür
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yenidən və ilkin dövlət qeydiyyatından keçmək üçün 700-dən çox sənəd daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-dən veriblər. Qeyd olunub ki, 2009-cu ilin dekabr ayının 31-dək 150 dini icma yenidən və ya ilk dəfə dövlət qeydiyyatına alınıb. Onlardan 12 dini icma qeyri-islam təmayüllüdür. Məlumatda bildirilib ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Qeyd edək ki, dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
    02.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031