Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    TQDK Lənkəranda müəllimlər üçün seminar-məşğələlərə start verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran regional bölməsində növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məşğələlərdə müəllimlər qəbul imtahanlarında nəzarətçi müəllimlərin vəzifələri və göstərəcəkləri fəaliyyətlərin məzmunu ilə ətraflı tanış olub, onların sualları cavablandırılır. Məşğələlərin səmərəliliyini təmin etmək üçün əyani vəsaitlərdən və videomateriallardan istifadə edilir. Seminar-məşğələlərdə Lənkəran rayonunun 294 müəlliminin iştirakı nəzərdə tututur. Lənkəran şəhər 1 saylı orta məktəbdə keçirilmiş ilk iki seminar-məşğələlədə 73 nəfər iştirak edib. TQDK-nın Lənkəran regional bölməsinin əməkdaşları tərəfindən aparılan bu məşğələlər fevralın 19-dək davam edəcək.
    17.02.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Xocalı” soyqırımı ilə bağlı kompleks tədbirlər keçiriləcək
    Sumqayıt şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Faciə ilə bağlı şəhər İcra hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən şəhərin bütün idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımına həsr olunan anım mərasimləri keçiriləcək. Sumqayıtda Xocalı rayonu məcburi köçkünlərin yaşadıqları yerlərdə onların sosial problemləri ilə yaxından tanış olmaq məqsədilə 18-25 fevral 2010-ci il tarixinə kimi görüşlər təşkil ediləcək. Şəhərin mədəniyyət evlərində faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, sənədli və bədii filmlər nümayiş etdiriləcək, xatirə gecələri keçiriləcək.
    17.02.10 Məqaləni oxumaq
     
    “Danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya rüsvay olacaq”
    Asim Mollazadə: “Biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır”

    Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi xeyli intensivləşsə də, yenə də konkret nəticə görünmür. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirilən sonuncu ikitərəfli görüşündən sonra isə sanki danışıqlarda bir durğunluq yaranıb. İctimaiyyətə məlum olan budur ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yeni variantını hazırlayaraq tərəflərə təqdim ediblər. Srağagün Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov Azərbaycan tərəfinin yeniləşdirilmiş prinsiplərlə ümumilikdə razılaşdığını bildirib. Ermənistan tərəfindən isə hələ heç bir cavab yoxdur. Belə hiss olunur ki, Ermənistan yenə də danışıqların uzadılmasına çalışır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə prosesin gələcəyi ilə bağlı nikbindir. O, qəzetimizə verdiyi müsahibəsində bu il nizamlanma prosesində irəliləyiş əldə olunacağına inamını ifadə etdi:

    - Asim müəllim, son danışıqlardan sonra Dağlıq Qarabağ nizamlanması ilə bağlı dialoqun dalana dirəndiyini demək olarmı?

    - Məncə prosesdə durğunluq yoxdur. Əksinə, son aylarda danışıqların intensivləşdiyi, vasitəçilərin fəallaşdığı açıq-aydın görünür. Hazırda da danışıqlar davam edir. Həmsədrlər sonuncu dəfə regiona səfər edərkən Madrid prinsipləri adlandırılan sənədə yeni dəyişiklikləri tərəflərə təqdim etdilər. Məndə olan məlumata görə, Azərbaycan bu təkliflərlə bağlı öz mövqeyini açıqlayıb. Ermənistan isə yenə də prosesi ləngidir. Yerevan hələ də təqdim olunan son təkliflərə münasibətini açıqlamayıb. Məncə yaxın müddətdə həmsədrlər yenidən regiona səfər edəcəklər. Eyni zamanda, danışıqların xarici işlər nazirləri və prezidentlər səviyyəsində davamı da gündəmdədir. Bu günlərdə Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bu barədə vəd verdi. Digər beynəlxalq təşkilatların nümayəndələri, böyük dövlətlərin nümayəndələri də prosesin gələcəyi ilə bağlı nikbin fikirlər söyləyirlər.
    17.02.10 Məqaləni oxumaq
     
    QMİ bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 13-də bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Açıqlamada bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. “Biz hüquqi dövlətdə yaşayırıq, odur ki, hər bir məsələ sivil şəkildə, Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməlidir. Qarabağ dərdi, Xocalı yarası bizim ümumi ağrımızdır. Odur ki, bu məqamlar elə yad edilməlidir ki, haqq işimizin xeyrinə olsun, sıralarımız daha da möhkəmlənsin və ən əsası, nə ülviliyə xələl gəlsin, nə də bədxahlarımız bundan sui-istifadə edə bilsinlər. Ülvi məqamlarla belə yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli, onları məlumtlandırmalı idilər.
    17.02.10 Məqaləni oxumaq
     
    Bakıda erkən nigah vəziyyətinin təhlili üzrə monitorinqin təqdimatı keçirilib
    Bu gün Bakıda BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birlikdə “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı monitorinqin təqdimat mərasimini keçirib. KƏLAMİNFO xəbər verir ki, AQUPDK-nin sədri Hicran Hüseynova keçirilən monitorinqin nəticələri barədə məlumat verib. O, qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə erkən nikahların durumu ilə bağlı monitorinq 2008-2009-cu illəri əhatə edib. Aparılan tədqiqatlar ölkənin dörd bölgəsində - Bakı/Abşeron, Quba, Lənkəran və Ağstafada aparılıb. “Bu bölgələrdə 488 respondentdən ibarət 40 fokus qrupu müşahidə prosesinə cəlb olunub. Respondentlər erkən nigaha girən şəxslər və onların valideynlərindən ibarətdir. Müşahidə prosesi çərçivəsində səhiyyə işçiləri, psixoloqlar, polislər, hüquqşünaslar, sosial işçilər, müəllimlərin bu problemə baxışları da öyrənilib”,-deyə H.Hüseynova bildirib.
    17.02.10 Məqaləni oxumaq
     
    XİN sözçüsü: “Xocalı soyqırımının ildönümü ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək”
    Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər həyata keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib. “Bu iş artıq neçə illərdir həyata keçirilir. İlbəil bu kimi tədbirlərin effekti artır, çünki ildən-ilə faciə ilə bağlı materiallar artır və təkmilləşir”,-deyən XİN sözçüsü qeyd edib ki, bu həftənin sonundan başlayaraq Xocalı soyqırımı ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək. Onun sözlərinə görə, həmin tədbirlərə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin təmsilçiləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qatılacaqlar.
    16.02.10 Məqaləni oxumaq
     
    KİV-də cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir
    Son illər ölkə mətbuatı əksər hallarda sensasion və eksterimal xəbərlərin, çıxışların axtarışındadır. Cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Elmira Axundova çıxış edib. E.Axundovanın sözlərinə görə, hazırda ictimai şüurda müəyyən sosial və mənəvi problemlərin çözülməsinə ehtiyac var və bunun da asan həlli KİV orqanlarının fəaliyyəti ilə mümkündür. “Çox yaxşı olardı ki, mətbuat orqanlarımız hansısa aidiyyatı mütəxəssislərin, politoloqların və s. iştirakı ilə gündəlik olaraq sosial və mənəvi dəyərləri əhatə edən rubrikalar təşkil etsinlər. Erkən nigahdan daşınma, yeniyetmələrdə cinayətkarlıq meyillərinin yox olması, maarifçiliyə meyl və s. belə çıxışlarla ictimai şüura asan çatdırıla bilər”,-deyə millət vəkili vurğulayıb.
    16.02.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu İrana səfər edib
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrana səfər edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Ə.Davudoğlunun İran rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı, ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Ə.Davudoğlu İran tərəfinə ABŞ Dövlət katibi Hillari Klintonla Qətərdə keçirilən görüşlərdən əldə edilən təəssüratlarını çatdıracaq. Danışıqlarda uranın dəyişdirilməsi üçün Türkiyə ərazisindən istifadə edilməsi təklifi ilə bağlı bəzi təfərrüatların müzakirəsi də planlaşdırılır. Səfər ərəfəsində Ə.Davudoğlu ilə Manüçöhr Mottaki arasında telefon danışığı da olub. Ə.Davudoğlu nüvə proqramlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin prinsiplərinə uyğun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
    16.02.10 Məqaləni oxumaq
     
    DQİDK dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) fevralın 13-də Bakıda dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb. Komitədən KƏLAMİNFO-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, qeyd olunan tarixdə İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər Xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhddir. “Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikiri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Respublikamızda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz”,-deyə Komitənin bəyanatında əks olunub.
    16.02.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov ABŞ MDİ-nin Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoriyeviçi qəbul edib
    Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoriyeviçi partiyanın mənzil qərarqagında qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Görüşdə YAP ilə Milli Demokratiya İnstitutu arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, həyata keçirilən birgə tədbirlərin tərəflər üçün müsbət əhəmiyyətə malik olduğu qeyd edilib. Görüşdə həmçinin, bu iki qurum arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edirib.
    16.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031