|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
GVB “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir kecirib
|
Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin İdman Kompleksində “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir keçirib. GVB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyətinin üzvləri, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideyinlər iştirak edib.
Tədbirdə əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GVB-in sədri Müqamət Əliyev bildirib ki, birliyin İdarə Heyətinin qərarı ilə fevral ayı “Xocalı soyqrımı XX əsrin ən dəhşətli faciəsi” elan olunub. O, GVB-nin Təşkilat Komitəsi tərəfindən fevral ayı ərzində faciə ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. “Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçen gecə, Xankəndindəki Rusiyanın 366-cı motoatıcı alayanın köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqrımı həyata keçiriblər. Nəticədə bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qədarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamam məhv edilib, 230 ailə başcısını itirib, 1275 nəfər əsr alınıb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur”,-deyə M.Əliyev vurğulayıb.
|
27.02.10 Məqaləni oxumaq
|
|
|
Ümumtəhsil məktəbliləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək
|
Martın 1-dən etibarən Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin birgə təşəbbüsü ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən veriblər.
Şagirdlərin ekoloji biliklərinin artırılması, onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi və ekologiyanın dərindən öyrənilməsi məqsədilə reallaşacaq olimpiadanın I mərhələsi hər bir məktəb üzrə 1 - 20 mart, II – rayon mərhələsi 25 - 31 mart, III – yekun mərhələsi isə aprelin birinci ongünlüyündə təşkil olunacaq.
Qiymətləndirmə ən yaxşı referatlar, ən yaxşı layihələr, ən yaxşı internet resursları, ən yaxşı videomateriallar, ən yaxşı fotoalbomlar, ən yaxşı ədəbi - bədii nümunələr, ən yaxşı xəritələr nominasiyaları üzrə aparılacaq. Hər bir nominasiya üzrə I, II və III yerin müəyyən edilməsi nəzərdə tutulub.
|
27.02.10 Məqaləni oxumaq
|
|
|
Ziyafət Əsgərov: “İşğal olunmuş torpaqların qaytarılmasında müharibə etimalı labüddür”
|
Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasında artıq müharibə etimalı labüddür. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.
Z.Əsgərov qeyd edib ki, nəticə verməyən danışqlar prosesi müharibəni sözün əsl mənasında qaçılmaz edəcək. “Uzun sürən danışıqlar prosesi qısa zamanda konkret nəticə verməsə, Azərbaycan ordusu çox yüksək səviyyədə müharibə yolu ilə torpaqları geri qaytarmağa qadirdir. Onsuzda dünya birliyi Qarabağda Azərbaycanın verdiyi ağır itkiləri yetərincə tanımayıb. Buna faktiki olaraq soyqırım baş verdiyi Xocalı faciəsinə onların biganə qalmasını da misal göstərmək olar”,-deyə Z.Əsgərov vurğulayıb.
|
27.02.10 Məqaləni oxumaq
|
|
|
AMEA Geologiya İnstitutunda beynəlxalq seminar keçiriləcək
|
Martın 1-3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda “Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər.
Tədbirdə Azərbaycan, Almaniya, Fransa, Rusiya və Gürcüstan alimləri Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrini müzakirə edəcəklər.
Seminarın 3-cü günü görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda paleomaqnitizm elminin banisi, mərhum Tofiq İsmayılzadənin anadan olmasının 80 illiyinə həsr olunacaq.
|
26.02.10 Məqaləni oxumaq
|
|
|
ADU-da “Qış Kampı” layihəsinin hesabatı keçiriləcək
|
Sabah Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Resurs Mərkəzində “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi (İB) həyata keçirdiyi “Qış Kamp” layihəsi ilə bağlı hesabat verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya İB-in sədri Zərifə Quliyeva verib.
Qeyd edək ki, “Qış kampı” layihəsinin məqsədi əlil və kimsəsiz uşaqların təlimləri və inkişafı üçün düşərgə yaratmaqdır. “Qış kampı”nda təlimləri keçən işçi komandası və fəal kimsəsiz uşaqlar sertifikatlarla təltif olunacaqlar.
|
26.02.10 Məqaləni oxumaq
|
|
|
Ölkədə “Quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir
|
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanan növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli verib.
Y.Xanvəlinin sözlərinə görə, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə aparılıb.
Monitorinqlər Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bu monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1272 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyalarında müvafiq müayinələrdən keçirilib.
|
26.02.10 Məqaləni oxumaq
|
|
|
“İrəli” İB Hollandiyanın Rotterdam şəhərində aksiya keçirəcək
|
“İrəli” İctimai Birliyi fevralın 26-da Hollandiyanın Rotterdam şəhərində Xocalı faciəsinin 18-ci ildönümüni ilə bağlı aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər.
Rotterdam bələdiyyəsinin qarşısından başlanan və 200 nəfərin iştirak edəcəyi yürüş şəhər mərkəzinə qədər davam edəcək. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir.
Qeyd edək ki, Hollandiyada Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsinə Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İrəli” İctimai Birliyinin Hollandiyadakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.
|
26.02.10 Məqaləni oxumaq
|
|
|
Səfər Əbiyevdən şok açıqlama: “İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır”
|
Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti müzakirə edilib. S.Əbiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər.
“Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır”,-deyə S.Əbiyev bildirib.
Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.
|
26.02.10 Məqaləni oxumaq
|
|
|
YAP “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib
|
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib. KƏLAMİNFO xəbər verir ki, YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
|
25.02.10 Məqaləni oxumaq
|
|
|
Hindistanda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirilib
|
Bu gün Azərbaycanın Hindistandakı səfirliyi Hindistanın Camia Millia İslamia Universiteti ilə birgə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər.
Tədbirdə universitet administrasiyasının təmsilçiləri, professorlar və tələbələr iştirak edib.
Tədbirdə səfir T.Qarayev çıxış edərək Xocalı soyqırımı haqqında dinləyicilərə ətraflı məlumat verib, Dağlıq Qarabağın işğalının hələ də davam etməsindən, bunun nəticəsi olaraq 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün düşməsindən danışıb. Səfir işğal altında olan torpaqlarda ermənilərin qədim Azərbaycan abidələrinin məhv etmələrindən və törətdikləri digər bəşəri, mədəni və maddi cinayətlər barədə məlumat verib.
Tədbirin ikinci hissəsində iştirakçılara soyqırım haqqında sənədli film, video görüntülər və foto sərgi nümayiş etdirilib.
Yekun olaraq iştirakçılardan Dünya Liderlərinə ünvanlanacaq “Xocalıya Ədalət” kampaniyası üçün imza toplanılıb.
|
25.02.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|