Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Maqomedsalam Maqomedov Dağıstan prezidenti seçilib
    Maqomedsalam Maqomedov Dağıstan prezidenti seçilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dağıstan parlamenti Maqomedsalam Maqomedovun prezident postuna namizədliyini yekdilliklə təsdiqləyib. Qeyd edək ki, Dağıstanın sabiq prezidenti Maqomedali Maqomedovun oğlu Maqomedsalam Maqomedovun prezidentliyə namizədliyini Rusiyanın dövlət başçısı Dmitri Medvedyev irəli sürüb. Açıq yolla keçirilən səsverməyə qatılan 69 millət vəkilinin hamısı onun lehinə səs veriblər. Xatırladaq ki, hazırkı prezident Muxu Əliyevin səlahiyyət müddəti fevralın 20-də başa çatır.
    11.02.10 Məqaləni oxumaq
     
    YAP parlament seçkilərində gənclərə və qadınlara üstünlük verəcək
    Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində gənclər və qadınlara üstünlük verəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin müavini, YAP icraçı katibinin müavini Bahar Muradova verib. B.Muradova bildirib ki, bu qərar təmsil etdiyi partiya tərəfindən seçilən taktikadır. “Bizim iştirakımızla keçirilən bütün kampaniyalarda bu taktikaya üstünlük veriləcək”,-deyə B.Muradova vurğulayıb. B.Muradova YAP-ın parlament seçkilərində qələbəyə iddialı olduğunu bildirib. “Biz qələbəyə iddialıyıq və buna nail olacağıq. Deputat yerlərimizin sayını isə seçicilər müəyyənləşdirəcək”,-deyə vitse-spiker vurğulayıb.
    11.02.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Serbiya səfiri Vladimir Curgus etibarnaməsinin surətini E.Məmmədyarova təqdim edib. O, Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Curgus Serbiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. E.Məmmədyarov V.Curgusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib.
    11.02.10 Məqaləni oxumaq
     
    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hesabatını təqdim etdi
    Bu gün “Trend” İnformasiya Agentliyində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabat məruzəsini Fondun sədri Vüqar Səfərli təqdim edib. O, bildirdi ki, quruma ötən il dövlət büdcəsindən 1 mln. 304 min 160 manat vəsait ayrılıb. “Həmin vəsaitdən Fondun saxlanılması üçün 204 min 160 manat, inventar avadanlıqların alınması, mətbu nəşrlərin tərtib olunması, xüsusi bülletenlərin buraxılması, müxtəlif tədbirlərin keçirilməsi, ezamiyyə, ekspertlər, bank və Fondun fəaliyyəti ilə bağlı digər xərclərə 103 min 110, Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin fəaliyyətini dəstəkləmək, infomasiya kommunikasiya texnologiyalarının tətbiqini stimulaşdırmaq, KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək və digər bu kimi proqramlar və layihələrin dəstəklənməsi üçün isə 1 mln. 100 min manat vəsait ayrılıb.
    10.02.10 Məqaləni oxumaq
     
    Dövlət Gömrük Komitəsi müsadirə etdiyi 51 adda və 1923 ədəd dini kitabı Qafqaz Müsəlmanları İdarəsinə bağışlayıb
    Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Gömrük Komitəsindən veriblər. Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunan dini kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Tovuz və Xaçmaz gömrük idarələri tərəfindən saxlanılıb. Məlumatda bildirilir ki, 51 adda və 1923 ədəd olan bu kitablar İslam dininə aid olub, əsasən 2000-ci illərdə Türkiyə və İranda nəşr edilib. Türk və Azərbaycan dillərində olan bu kitablar arasında Mədinə şəhərində ərəbcə nəşr edilən Qurani-Kərim də var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinə əsasən, sözügedən kitabların ölkə ərazisində yayılması məqsədəuyğun sayılıb və onları Qafqaz Müsəlmanları İdarəsinə bağışlamaq qərara alınıb.
    10.02.10 Məqaləni oxumaq
     
    Vaşinqtonda Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək
    Fevralın 26-da Vaşinqtonda Corc Vaşinton Universitetində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Amerika Şurası yayıb. Tədbir Azərbaycan-Amerika Şurası (AAŞ), Azərbaycanın Amerika İcması (ASA), Corc Vaşinqton Universitetinin Türkiyə Tələbə Assosiasiyası (GWU-VST), Türkiyə-Amerika Assosiasiyayaları Assambleyası (ATAA), Vaşinqton Türklərinin Amerika Assosiasiyası (ATA-DC) və "Pax Turcica"nın təşəbbüsü ilə təşkil olunacaq.
    10.02.10 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov məktəblərdə meyvə satışı ilə bağlı ideyanı bir daha dəstəklədi
    Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məktəblərdə meyvə satışı ilə bağlı ideyasını dəstəkləyirəm. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Məktəb yaşlı uşaqların təzə meyvə yeməsinə ehtiyac olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, bu ideyadan düzgün nəticə çıxarılmalıdır. “Əgər bu məsələdən düzgün nəticə çıxarılacaqsa, onu dəstəkləyirəm. Amma elə etmək lazım deyil ki, buna görə də hardasa pul yığsınlar”,-deyən nazir mətbuatın gündəmində olan məsələyə belə münasibət bildirib.
    10.02.10 Məqaləni oxumaq
     
    PA-nın rəhbəri “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nı təsdiq edib
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. KƏLAMİNFO xəbər verir ki, tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub. Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcək.
    10.02.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə qlobal məsələlər və Yaxın Şərq siyasətinin aktual problemləri müzakirə olunub.
    10.02.10 Məqaləni oxumaq
     
    Bu günədək ölkədə 55 mindən cox insan AH1N1 virusuna qarşı peyvənd olunub
    Ölkədə indiyədək 55 mindən cox insan AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektoruun müdiri Viktor Qasımov verib. Onun sözlərinə görə, peyvəndləmə prosesi Bakı da daxil olmaqla bütün bölgələrdə aparılır. V.Qasımov qeyd edib ki, peyvəndləmə hələki hamilə qadınlar, ağciyər xroniki xəstəliyi olanlar və həkimlər arasında aparılıb. Paytaxtda peyvənd olunmalı olan 42 min nəfərdən artıq 33 mini bu əməliyyatdan keçib. Sektor müdiri əlavə edib ki, peyvəndləmə əməliyyatı daha iki həftə davam edəcək. Ümumilkdə 55 mindən artıq dozada peyvənd istifadə olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
    09.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Fev.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728