Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Londonda rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib
    Londonun nüfuzlu Sothebys qalereyasında Buta festivalının təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat xidmətindən veriblər. Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının nümayəndələri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Buta festivalının Baş direktoru Nəsib Piriyev açıb. O, tanınmış rəssamın həyat və yaradıcılığı haqda iştirakçılara məlumat verib.
    19.02.10 Məqaləni oxumaq
     
    SAM-da “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda görüş keçirildi
    Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş keçirilib. KƏLAMİNFO xəbər verir “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda reallaşan görüşdə çıxış edən R.Kobia siyasi, iqtisadi, mədəni, enerji və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunub. Səfir AB-nin Azərbaycanda 1993-cü ildən bəri həyata keçirdiyi humanitar layihələrdən bəhs edib. Bildirib ki, 2003-cü ildən Azərbaycanla Avropa Qonşuluq Siyasəti həyata keçirilir. Azərbaycanla AB-in gələcək əməkdaşlığına müsbət baxan R.Kobia əlavə edib ki, AB-nin məqsədi siyasi, iqtisadi inteqrasiyanı sürətləndirməkdir.
    19.02.10 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: “Reket nəşr”lərin arxasında gizli havadarlar durur
    Köhnə qazet və jurnalları yeni adla qeydiyyatdan keçirərək nəşrlərini davam etdirən “reket jurnalistika” rəhbərləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müsahibəsində bildirib. Şura sədri “Gündəlik Bakı” və “Təzadlar” qəzetlərinin, həmçinin “Mozalan” jurnalını bütün sərhədləri aşan nəşrlər adlandırıb. Onun sözlərinə görə, bu cür qəzet və jurnallar Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyərək, Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hədə-qorxu gəlməkdən belə çəkinmirlər. “Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. Şura bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur”,-Ə.Amaşov əlavə edib.
    19.02.10 Məqaləni oxumaq
     
    Mətbuat Şurası mətbuatın “qara siyahı”sını tərtib edib
    Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan 94 qəzet və jurnalın “qara siyahı”sı tərtib edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “reket jurnalistika”ya qarşı mübarizə aparmaq üçün ölkə jurnalistlərin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qrumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması təşəbbüsünü irəli sürüb. Şurada “reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının yaradıldığını diqqətə çatdıran Ə.Amaşov qeyd edib ki, peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mütəmadi olaraq mətbuatın “qara siyahı”sı tərtib edilir.
    18.02.10 Məqaləni oxumaq
     
    Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək
    Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbirdə “Kompyuter linqvistikası: müasir vəziyyəti və inkişaf tendensiyaları”, “Maşın tərcüməsi: mövcud yanaşmalar və problemlər”, “Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət və problemlər” mövzusunda məruzələr dinləniləcək, müasir dövrdə Azərbaycan dilinin inkişafına təsir edən amillər, komputer linqvistikasının müasir vəziyyəti, inkişaf perspektivləri, bu sahədə əldə olunan nailiyyətlər və problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
    18.02.10 Məqaləni oxumaq
     
    Milli Teatr Festivalı keçiriləcək
    Cari ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festivalda respublikada fəaliyyət göstərən 27 müxtəlif teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə Dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılıb və tənqidçilər qrupunun tərkibi təsdiq edilib.
    18.02.10 Məqaləni oxumaq
     
    BŞTİ təhsil müəssisələrində Xocalı soyqırımının qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı hazırlayıb
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd edilməsi məqsədilə xüsusi Tədbirlər Planı təsdiq olunub. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, Xocalı soyqırımının on səkkizinci ildönümünün qeyd olunması məqsədilə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində toplantılar, ədəbi-bədii gecələr keçirilsin, sənədli və bədii filmlər nümayiş etdirilsin, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilsin, “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil olunsun, soyqırıma həsr olunan foto-stendlər, guşələr hazırlansın, divar qəzeti buraxılsın, rəsm sərgiləri təşkil olunsun. Tədbirlər planında o da qeyd olunub ki, 18-26 fevral tarixlərində təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin Xocalı soyqırımı abidəsinə ziyarəti təşkil edilsin. Fevralın 26-da isə ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr olunsun.
    18.02.10 Məqaləni oxumaq
     
    Qeyri-normal hava şəraiti Qış Olimpiadasının işində problemlər yaradıb
    Qeyri-normal hava şəraiti ölkəmizin də qatılıdığı Kanadada keçirilən Qış Olimpiadasının işinə əngəl olub. Olimpiadanın təşkilatçıları 20 minədək biletin satışını dayandırıb və yaxud da biletlərin qiymətlərini geri ödəməli olublar. KƏLAMİNFO xəbər verir ki, mövsüm üçün qeyri-adi yüksək temperatur oyunların təşkilatçılarına həftələrdir ki, çətinlik yaradır. Xizək üzrə yarışların keçiriləcəyi Kipr Dağının ətəyində qarın səviyyəsi o qədər aşağı olub ki, çıxışları keçirmək üçün əlavə qar gətirmək məcburiyyəti yaranıb. Lakin gətirilən qar belə yağışlar nəticəsində əriyib. Olimpiada təşkilatçıları yarışların bilavasitə keçirilməsi təhlükəsinin olmadığını bildiriblər.
    18.02.10 Məqaləni oxumaq
     
    İtaliya parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib
    İtaliya parlamenti “Cənubi Qafqazda situasiya” ilə bağlı qətnamə qəbul edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli verib. A.Kərimli bildirib ki, İtaliya parlamenti qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, İtaliya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldıqdan sonra müvafiq qətnamə qəbul olunub. Qeyd edək ki, İtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.
    18.02.10 Məqaləni oxumaq
     
    Paytaxtın IV sinif şagirdləri riyaziyyat fənnindən test imtahanı veriblər
    Bu gün Bakının Nərimanov rayonunda yerləşən məktəblərin IV sinif şagirdləri riyaziyyat fənnindən test yoxlamasından keçiblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriblər. BŞTİ-nin 2010-cu il üçün qəbul olunan Fəaliyyət Planına əsasən eksperiment xarakteri daşıyan ilk yoxlamada 1955 şagird iştirak edib. Hər birində 15 sual olmaqla 10 variant tərtib olunub. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt ayrılıb. Yoxlamanın cavabları 3 gün ərzində bəlli olacaq. Qeyd edək ki, sınaq testlərinin Bakının digər rayonlarında yerləşən məktəblərdə də təşkil olunacağı gözlənilir.
    18.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Fev.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728