Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2010
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Məleykə Abbaszadə Fransada İAEA İcraiyyə Komitəsinin iclasında iştirak edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Fransaya səfər edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, M.Abbaszadə bu gündən fevralın 20-dək Fransada keçiriləcək İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək. Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
    16.02.10 Məqaləni oxumaq
     
    Bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb
    Azərbaycanda bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun yaydığı birgə bəyanatda məlumat verilir. Məlumatda bildirilib ki, fevralın 13-də saat 15.00 radələrində Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılan şüarlar və əvvəlcədən hazırlanan gül çələngi ilə İcra Hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib. İcazəsiz yürüşün qarşısını almaq istəyən Yasamal rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün əməkdaşları yürüş iştirakçıları tərəfindən müqavimətlə qarşılaşıblar. Nəticədə polis əməkdaşlarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    16.02.10 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminar-məşğələlərin əksər mərhələsini başa çatdırıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərin əksər mərhələsini artıq başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Bakının Binəqədi, Xətai və Əzizbəyov rayonları üzrə TQDK-nın nəzarətçilər bazasına təqdim olunmuş müəllimlər üçün məşğələlər başa çatıb. Fevralın 16-dan isə təsdiq olumuş cədvəl üzrə məşğələlər davam etdiriləcək. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar.
    16.02.10 Məqaləni oxumaq
     
    Azərbaycan kino festivalında təmsil olunur
    Bu gün Türkiyədə, İstanbul Universitetində Avrasiya İnstitutunun təşkilatçılığı ilə IV Türk Dünyası Kino Günləri Festivalı keçirilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 18-nə qədər keçiriləcək Festivalda Azərbaycan da təmsil olunacaq. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Sincan Uyğur Avtonom Bölgəsi, Başqırdıstan və Tatarıstandan 39 film nümayiş olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Bələdiyyəsi, Mədəniyyət AŞ, TİKA və TÜRKSOY-un da dəstəklədiyi festivalda İstanbulun 2010 Avropa Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində Türk xalqlarının kino vasitəsilə tanıdılması məqsədi qarşıya qoyulub. Festivalda nümayiş olunacaq filimlər müxtəlif festivallarda iştirak etmiş və bir çox mükafatlar qazanmış ekran əsərləridir. Qeyd edək ki, Festivalda Özbəkistandan “Dəliqanlı”, Tatarıstandan “Qartallar”, Azərbaycandan “Məhkumlar”, Türkiyədən “Gülə-gülə”, Başqırdıstandan “Quş Ayağı rəhmət” və digər filmlər nümayiş olunacaq.
    16.02.10 Məqaləni oxumaq
     
    Zərərli dini ədəbiyyatın yayılması ilə məşğul olanlar ifşa edilib
    Şəki şəhərində qanunla qadağan olunan dini ədəbiyyat, audio və videokasetlər polis tərəfindən aşkar edilərək götürülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. Həyata keçirilən tədbirlər nəticəsində Şəki şəhər sakinləri Şahin Səmədov, Ələsgər Aslanov, Əsmayə Həsənova, Kəmalə Əzizova, Rəsul Quliyev, Əsabəli Adipur, Rəfiqə Mustafayeva və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib. Onların evlərinə baxış zamanı qanunla qadağan olunan 1130 ədəd dini kitab, 500 ədəd broşura və buklet, 200 ədəd disk, 110 ədəd audio və videokasetlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
    16.02.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır”
    Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə keçirdiyi brifinqdə bildirib. "Mən bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət etmişəm. O bildirib ki, Ermənistan tərəfi "baza prinsipləri" üzrə razılaşdırılmamış məqamlara dair təkliflərini hələ də təqdim etməyib. Bizim mövqeyimiz məlumdur. Biz Dağlıq Qarabağın gələcək statusunu Azərbaycan və Ermənistan vətəndaşlarının birgə yaşamaları şərti ilə Azərbaycanın tərkibində görürük",-deyə E.Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, hazırda nizamlanma prosesi irəliləyir və Azərbaycanın Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlı olduğunu söyləyib. "Əgər proses irəliləyirsə, deməli sual yaranır: bəs bundan sonra? Bu sualı danışıqların digər iştirakçıları özlərinə verməlidirlər",- deyə E.Məmmədyarov bildirib.
    16.02.10 Məqaləni oxumaq
     
    Dindarlar birgə bəyanat yayıblar
    Bir qrup dindar fevralın 13-də Bakıda İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadətə yetişməsinin ildönümünü ilə bağlı keçirilən tədbirin polis tərəfindən dağıdılması ilə bağlı bəyanat yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Birlik Təşkilatı və “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyindən veriblər. “Bir qrup dindar bu matəm gününü qeyd etmək, Qarabağ uğrunda vuruşan və Xocalı şəhidlərinin ruhuna hörmət olaraq əllərində əklil Şəhidlər Xiyabanını ziyarət etmək istəyiblər. Onlar məscidlərin birində günorta namazını qılaraq əklili qoymaq üçün Şəhidlər Xiyabanına yollanıblar. Polis dindarlara qarşı zor tətbiq edərək dinc nümayişi dağıdıb”,-deyə bəyanatda qeyd olunub.
    15.02.10 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq konfransda iştirak etməyəcək
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 22-dən 25-nə kimi Qahirə şəhərində keçiriləcək “İslam şəriətinin məqsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etməyəcək. Bu barədə KƏLAMİNFO-ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib. O, QMİ-nin konfransda iştirak etməməsinin səbəbini aprelin 26-27-də Bakıda keçiriləcək Dini Liderlərin Sammitinə hazırlıqla əlaqələndirib. R.Dadaşova bununla bağlı məktub yazıldığını, təşkilata göndərildiyini bildirib.
    15.02.10 Məqaləni oxumaq
     
    XİN başçısı: “Azərbaycan milli təhlükəsizliyi təhdid edildiyi təqdirdə lazımi addımlar atacaq”
    “Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid edərsə və ərazilərimizin işğalının davamına şərait yaradarsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, istənilən ölkə digəri ilə müxtəlif sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır”,-deyə E.Məmmədyarov vurğulayıb. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.
    15.02.10 Məqaləni oxumaq
     
    Bakıda ölkəmizdə erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat keçiriləcək
    Sabah Bakıda “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı mərasim keçiriləcək. Mərasimi BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-nin mətbuat xidmətindən veriblər. Mərasim zamanı ölkəmizdə erkən nigahlar, o cümlədən onların baş vermə səbəblərinin öyrənilməsi üzrə araşdırmanın yekunları təhlil olunacaq.
    15.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Fev.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728