|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
Bakıda MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir
|
Bu gün Bakıda, Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan dövlət informasiya agentliklərinin rəhbərləri, habelə Müstəqil Dövlətlər Birliyi, onun İcraiyyə Komitəsi, Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin və Beynəlxalq Humanitar Əməkdaşlıq işləri üzrə Federal Agentliyin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak edirlər.
İclasda Böyük Vətən Müharibəsində qələbənin 65 illik yubileyinin işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu məsələyə həsr olunmuş əsas məruzə ilə Şuranın sədri, İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko çıxış edib.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
Fərhad Məmmədov. Neyratron layihəsi
|
I. İLK ŞAHİD
- Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı
- Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...
- Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
Bu gün AzərTAc-ın 90 yaşı tamam olur
|
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökuməti - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və Əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb. 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edib.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
Serj Sarkisyan Gürcüstanda səfərdədir
|
Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük səfərə gedib. KƏLAMİNFO gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili həmkarını Batumidə qarşılayıb. Prezidentlərin görüşündə ikitərəfli münasibətlərə və Gürcüstan-Rusiya sərhəddinin açılması məsələsi müzakirə olunub.
M.Saakaşvili Gürcüstanda xeyli sayda erməninin yaşadığını bildirib və onların Gürcüstanın tamhüquqlu vətəndaşları olduğunu qeyd edib. M.Saakaşvili iki ölkə arasında əlaqələrin dinamik inkişaf dövrü yaşadığını dilə gətirib və ölkəsinin Ermənistanın uğurlarına sevindiyini vurğulayıb.
S.Sarkisyan isə iki ölkə arasında əlaqələrin inkişaf edəcəyini vurğulayıb. “Min illər ərzində biz qardaş xalqlar olmuşuq, bu qardaşlıq bundan sonra da yaşayacaq”,-deyə Sarkisyan vurğulayıb.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Çili Respublikasının prezidentinə baş sağlığı verib
|
Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının prezidenti, zati-aliləri xanım Mişel Baçelet Xeriyaya baş sağlığı verib. KƏLAMİNFO xəbər verir ki, baş sağlığı məktubunda bildirilir: Hörmətli xanım Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
AzərTac-ın 90 illik yubileyi qeyd edildi
|
Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) yaranmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasim iştirakçılarına prezident İlham Əliyevin təbrikini çatdırdı və bildirdi ki, bir neçə gün öncə ölkə rəhbərliyinin müvafiq Sərəncamı ilə Agentliyin 19 əməkdaşı dövlət mükafatları ilə təltif edilib. AzərTac-ın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olduğunu diqqətə çatdıran Ə.Həsənov mətbu orqanın keçdiyi yola diqqəti çəkdi və bildirdi ki, AzərTac fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. O bildirdi ki, Agentlik bütün dövrlərdə Azərbaycan ictimaiyyətini dünyada, eləcədə ölkədə baş verən ictimai-siyasi, mədəni və digər xəbərlərlə yaxından tanış edib və məlumatlandırıb.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
PA rəsmisi: “İranla Azərbaycan arasında münasibətlərin normal olmasını istəməyən qüvvələr var”
|
İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Ə.Həsənov qeyd edib ki, İranla Azərbaycan qonşu ölkələrdir, onların mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxındır və iki ölkə arasında müştərək dövlətçilik var. O, İran tərəfində də, iki ölkə arasında münasibətlərin normal olmasını istəməyən müəyyən qüvvələrin olduğunu diqqətə çatdırıb. “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”,-deyən Ə.Həsənov İranda baş verənləri dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək
|
Milli Məclisin növbəti iclası martın 5-də keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib.
İclasda yeni ombudsmanın seçilməsi məsələsi də müzakirə olunacaq. Deputatlar Azərbaycan və Fransa hökumətləri arasında imzalanan diplomatik pasporta malik şəxslərin viza rejimindən qısa müddətə azad edilməsi, iki ölkədə mədəniyyət mərkəzlərinin təsis edilməsi və fəaliyyət göstərməsi haqda sazişləri, Silahlı Qüvvələrdə daxili xidmət haqda qanuna dəyişiklik edilməsi, konstitusiya referendumu aktının tətbiqi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi haqda layihələri müzakirə edəcəklər.
İclasın gündəliyində cinayət yolu ilə əldə edilən pul vəsaiti və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi və ikinci oxunuşda “Məhkəmələrin fəaliyyəti haqda informasiya əldə etmək barədə” Qanun layihəsi də var.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turzim Nazirliyi sərgi təşkil edəcək
|
Cari il martın 5-də Mədəniyyət və Turizm Nazirliyi R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın ətri” adlı sərgi planlaşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər.
Müxtəlif nəsillərə məxsus sənətkarlarımızın yaradıcılığını təmsil edən bu sərgidə eyni zamanda müxtəlif üslub və cərəyanlar öz əksini tapıb.
Tədbirə “Gazelli” şirkəti də qoşulub. Mədəniyyət, incəsənət və xüsusi ilə muzey sahəsində böyük zəhməti olan xanımları “Gazelli” şirkəti xüsusi hədiyyələrlə təbrik edəcək.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etdi
|
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirə ediləcək qondarma erməni soyqrımı layihəsi ilə bağlı ABŞ və Ermənistana xəbərdarlıq edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir məsələ ilə bağlı təmaslarının davam etdiyini bildirib.
R.T.Ərdoğan qeyd edib ki, ABŞ-a son səfərində də bu məsələni müzakirə edib. “Hazırda bir qrup millət vəkili ABŞ-dadır. Bu proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədən başlayan bir proses var və bu iş davam edir. Qarşılıqlı olaraq yaxşı niyyət göstərilsə, nəticə olacağına inanıram. Əgər 4 martda, 24 apreldə səhv addım atılsa, bu, prosesi baltayar. Elə zənn edirəm ki, konqres üzvləri bu məsələyə həssaslıq nümayiş etidrəcəklər",-deyə R. T.Ərdoğan əlavə edib.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|