Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 9.2010
    Səhifələr : 1 2 3 4 5  #
    “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub
    Sumqayıtda tanınmış publisist, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimatda çıxış edən Sumqayıt ictimaiyyətinin nümayəndələri publisistin əməyini yüksək qiymətləndiriblər. Sumqayıtda baş vermiş hadisələr haqqında informasiyanın yayılması şəbəkəsinin yaradılması üçün maraqlı təkliflər irəli sürüblər. Bu, müəllifin həmin mövzuya ilk müraciəti deyil. Sumqayıtda çıxan “Exo Sumqayıta” qəzetinin baş redaktoru E.Məmmədov ermənilərin Sumqayıtda törətdikləri faciəli hadisələrin şahidi olub. Erməni ideologiyasının Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətini ifşa edən bir sıra kitab və məqalələr onun qələminə məxsusdur. O, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş qanlı hadisələrə həsr olunmuş “Sumqayıtın əks-sədası” tammetrajlı ikiseriyalı sənədli filmin müəlliflərindən biridir. Qeyd edək ki, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” adlı kitabı daha əvvəl “İyirmi il sonra...” adı altında rus dilində çapdan çıxmış kitabın yenilənmiş və tamamlanmış variantıdır.
    01.10.10 Məqaləni oxumaq
     
    Kompleks Tədqiqatlar Laboratoriyası və “AkvaMilljo Caspian AS” arasında əməkdaşlıq genişlənir
    ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyası və “BP-Azərbaycan”ın tərəfdaşı olan Danimarkanın “AkvaMiljo Caspian AS” şirkəti arasında əməkdaşlıq Sazişi çərçivəsində şirkətin yeni təyin olunmuş meneceri Nils Skebe və digər əməkdaşları laboratoriyada olub, iş prosesi və gələcək mümkün əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya ARDNŞ-dən veriblər. Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri Aybəniz Əskərova görüş iştirakçılarına laboratoriyanın texniki bazası və aparılan tədqiqat işləri haqqında geniş məlumat verib. Nils Skebe “Akvamilljo Caspian AS” şirkətinin qabaqcıl təcrübəsi və bu şirkətin böyük layihələrdə iştirakı haqda ətraflı danışıb. “Akvamilljo Caspian AS” nümayəndələri laboratoriyada aparılan işləri yüksək qiymətləndiriblər.
    01.10.10 Məqaləni oxumaq
     
    “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupuna keçirilib
    Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına dair yeni qərarlar qəbul edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. TQDK sədri bildirib ki, III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupuna keçirilib. Beləliklə, adı çəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupuna imtahan verməlidirlər. M. Abbaszadə 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni üzrə test tapşırıqlarının bəzilərinin açıq tipli olacağını da söyləyib. Onun sözlərinə görə, yaxın 2-3 il ərzində qəbul imtahanlarının 125 sualın 30-35%-ni açıq tipli testlər təşkil edəcək.
    01.10.10 Məqaləni oxumaq
     
    Milli Məclisin payız sessiyası işə başlayıb
    Bu gün Milli Məclis payız sessiyasının ilk, III çağırış müddətində isə son iclası işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov parlamentin başa çatmaqda olan III çağırış müddətində görülən işlər haqqında məlumat verib. Spiker bildirib ki, Milli Məclisin başa çatmaqda olan III çağırış müddəti ərzində 1058 qanun və qərar qəbul edib. O, qarşıdan gələn parlament seçkilərinin də ölkədə uğurlu keçəcəyinə ümid etdiyini bildirib, millət vəkillərindən bunun üçün bütün səylərini ortaya qoymalarını xahiş edib. Sonra iclasın gündəliyinə təklif olunan 34 məsələ millət vəkilləri tərəfindən qəbul olunaraq müzakirəyə verilib. Qeyd edək ki, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir.
    01.10.10 Məqaləni oxumaq
     
    “Hər həkimdə plastik cərrahlıq alınmır”
    Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah Mortan Rezai Məzahiri insanları gözəlləşdirməkdən zövq alır

    Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da estetik cərrahiyyəyə maraq xeyli artıb. Belə bir maraq və ölkənin sosial- iqtisadi inkişafı müxtəlif ölkələrdən Bakıya bu sahədə ixtisaslaşmış, görkəmli mütəxəssislərin səfərlərini çoxaldıb. Belə mütəxəssislərdən biri də bu günlərdə ABŞ-dan ölkəmizə işgüzar səfərə gələn və Bakıda olduğu müddətdə Xətai Estetik Klinikasında fəaliyyətə başlayan dünya şöhrətli estetik-cərrah doktor Mortan Rezai Məzahiridir. O, bizim müsahibimiz olub:
    - Burada çox gözəl deyirlər: “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də istəyirəm söhbətimizə elə buradan başlayam. Çünki, mən də əslən Cənubi Azərbaycandanam və inanmazsınız ki, qürbətdə olan şəxs üçün bu ifadə necə də inqilabidir. Bizə burada İran azərbaycanlısı deyirlər. Mən də 1935-ci ildə Təbrizdə doğulmuşam. Lakin, üç yaşımda biz Tehrana köçdük. On səkkiz yaşıma qədər ailəmlə birgə Tehranda yaşadım. Orta təhsilimi bitirdikdən sonra ali təhsil almaq üçün üz tutdum Almaniyaya. O zaman İran sakinləri üçün Almaniyaya getmək o qədər də çətin deyildi. Berlində Tibb Universitetinə qəbul oldum və yeddi il orada təhsil aldım. Təvazökarlıq etmirəm, amma deməliyəm ki, Almaniyada tibb sahəsində ali məktəbə qəbul olmaq çox çətin idi. Xüsusi istedada və marağa çox üstünlük verilirdi. Çünki, tibb sahəsinə qəbul olduqdan sonra təhsili dövlət özü maliyyələşdirirdi. Şansım elə gətirdi ki, mən də bu cür xoşbəxtlər sırasında oldum. Ona görə xoşbəxtlər deyirəm ki, o zaman üçün pulsuz təhsil, özü də ali səviyyədə, tibb sahəsində və Almaniya kimi elm mərkəzində əlçatmaz bir şey idi. Universiteti uğurlu nəticələrlə bitirdim və 4 il Almaniyanın müxtəlif şəhərlərində cərrahlıqla məşğul oldum. Bundan sonra ABŞ-da cərrahiyyə klinikalarında fəaliyyət göstərmək üçün giriş imtahanı verdim və uğurla keçdim. ABŞ-a gəldikdən sonra ardıcıl bir neçə ştatda əlavə olaraq 4 il ümumi cərrahiyə, 2 il də plastik cərrahiyə üzrə universal kurs keçdim. Bu, təxminəm 60-cı illərin əvvəlləri idi. Artıq 1970-75-ci illərdə ABŞ-da kifayət qədər tanınan plastik cərrah idim.
    30.09.10 Məqaləni oxumaq
     
    Prezident “Caspian Agro-2010” Beynəlxalq kənd təsərrüfatı sərgisi ilə tanış olub
    Bu gün prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Caspian Agro-2010” III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb.
    30.09.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Brüsselə gedib
    Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. Şimali Atlantika Şurasının görüşündə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, NATO-nun mətbuat katibi Ceyms Appaturay oktyabrın 1-də qurumun baş katib Anders foq Rasmussenlə Azərbaycanın xarici işlər nazirinin görüşünün planlaşdırıldığını bildirib. Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
    30.09.10 Məqaləni oxumaq
     
    AMEA Rəyasət Heyəti doktoranturaların yaradılması haqqında qərar qəbul edib
    AMEA Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA prezidenti Mahmud Kərimov gündəlikdəki məsələlər haqqında məlumat verib. KƏLAMİNFO xəbər verir ki, iclasda AMEA-nın elmi müəssisə və təşkilatlarında doktoranturaların yaradılması və gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları müzakirə olunub. Mövcud kadr potensiyalı, fundamental tədqiqatların səviyyəsini, maddi-texniki bazasını və digər nailiyyətlərini nəzərə alaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturaların yaradılması, AMEA-nın doktoranturası olmayan, lakin müxtəlif ixtisaslar üzrə kadr hazırlanmasına ehtiyacı olan elmi müəssisə və təşkilatların kadr hazırlığını məqsədli yolla həyata keçirməsi haqqında qərar qəbul edilib.
    30.09.10 Məqaləni oxumaq
     
    DSMF saytının təkminləşdirilmiş yeni versiyasının təqdimat mərasimini keçirib
    Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytının təkminləşdirilmiş yeni versiyasının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təqdimat mərasimində çıxış edən DSMF-nin sədri Səlim Mülimov bildirib ki, bu gün Fondun yaranmasından 18 il ötür. Onun sözlərinə görə, Azərbaycanın bütün sahələrdə olduğu kimi, DSMF-nın fəaliyyətində də uğurlu nəticələr əldə olunub. S.Müslimov bildirib ki, bu uğurları ictimaiyyətə çatırmaq üçün Fondun internet portalının 6 ay ərzində tam yeniləşmiş forması hazırlanıb. Bu portal vasitəsilə, Fond haqqında bütün KİV nümayəndələri və ictimaiyyət daha dolğun məlumat əldə edə biləcəklər.
    30.09.10 Məqaləni oxumaq
     
    ATİB müxtəlif sahələrə aid hazırladığı hesabatını təqdim edib
    Bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Azərbaycan kənd təsərrüfatı, aqrar sənaye və qida sektoru” mövzusundakı hesabatını təqdim edib. KƏLAMİNFO xəbər verir ki, təqdimatda çıxış edən ATİB-in İdarə Heyətinin sədr müavini Ali İhsan Genç bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminini yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək göstərmək məqsədilə müxtəlif mövzularda 2008-ci ildən müvafiq tədqiqat proqramı həyata keçirir və hesabatlar dərc edir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının maksimum inkişaf etdirilməsi və xaricə ixrac edilməsinin vacibliyinə toxunan A.İ.Genç “Azərbaycan kənd təsərrüfatı, aqrar sənaye və qida sektoru” hesabatında əks olunan məsələlərə toxunub.
    30.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Sen.2010
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930