|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
Bakıdan Parisə və Londona uçan təyyarələrimiz geri dönüb
|
Avropada baş verən kəskin hava şəraiti ilə əlaqədar olaraq Bakıdan Parisə və Londona uçan təyyarələrimizi Şarl De Qol və Xitiro hava limanları qəbul edə bilməyiblər. Təyyarələrimiz məcburən Almaniyanın Köln şəhərində oturublar. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Hava Yolları Dövlət Konserinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, həmin təyyarələr ötən gecə saat 04:00-da Bakıya qayıdıblar. “Sabah əgər bu şəhərlər hava şəraitini münasib bilib uçuşları qəbul edərsə, biz yenə uçuşlarımızı təşkil edəcəyik. Bu gün isə Bakıdan Frankfurta və Milana olan reyslərimizi yola salmışıq. Eyni zamanda bu gün Moskva, Ankara, Dubay və Tiflis şəhərlərinə uçuşlar yerinə yetirilib”,-deyə M.Səfərli vurğulayıb.
Qeyd edək ki, artıq bir neçə gündür əksər Avropa ölkələrinə yağan güclü qar bu ölkələrin kommunikasiya xətlərində ciddi problem yaradıb.
|
20.12.10 Məqaləni oxumaq
|
|
|
BMT Azərbaycanın silah alışına dair hesabatını açıqlayıb
|
BMT Azərbaycanın ötən ildə silah alışına dair hesabatını açıqlayıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu qurumun Adi Silahlar Registrinin 2009-cu ildə silah alışına dair hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, rəsmi Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 “Qvozdika”, 6 ədəd 152 mm çaplı 2C3 “Akatsiya” özüyeriyən haubitsa alıb.
|
20.12.10 Məqaləni oxumaq
|
|
|
“Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsi” layihəsinin təqdimat mərasimi keçirilib
|
Bu gün Azərbaycan Media Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kooridnatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Şəbəkə özündə 23 QHT-ni birləşdirir.
|
20.12.10 Məqaləni oxumaq
|
|
|
Türkiyə ilə Azərbaycanın müştərək tarixi yenidən araşdırılır
|
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər.
Layihə “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın nəşrə hazırlanmasından ibarətdir. Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq.
|
20.12.10 Məqaləni oxumaq
|
|
|
H.Cavidin Ev Muzeyi maraqlı eksponatlarla zənginləşir
|
Hüseyn Cavidin Ev Muzeyi gündən-günə maraqlı eksponatlarla zənginləşir və regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Muzeyin direktoru Bəhruz Axundov söyləyib.
O qeyd edib ki, bu günlərdə H.Cavidin Naxçıvandakı ev muzeyinə xeyli yeni eksponat gətirilib. B.Axundovun verdiyi məlumata görə, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev vaxtilə mərhum sənətkarımız Mircəlil Seyidov tərəfindən ona hədiyyə olunan “Şairin yuxusu” adlı rəsm əsərini muzeyə bağışlayıb.
Bundan başqa, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva dahi qələm ustasının sürgün illərini əks etdirən ”Hüseyn Cavid” əsərini muzeyə hədiyyə edib.
Qeyd edək ki, hər iki əsər muzeyin “Hüsen Cavid repressiya illərində” bölməsində yer alıb.
|
20.12.10 Məqaləni oxumaq
|
|
|
Hillari Klinton prezident İlham Əliyevə zəng edib
|
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. KƏLAMİNFO xəbər verir ki, telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı
dərin təəssüfünü bildirərək Amerika Birləşmiş Ştatlarının Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
|
18.12.10 Məqaləni oxumaq
|
|
|
Bakı Nobel İrsi Fondunun sədrinə “Qütb Ulduzu” ordeni təqdim edilib
|
Stokholmda, Nobel mükafatının təqdimetmə mərasimi günü, İsveçin Xarici İşlər Nazirliyində, Kral Protokol İdarəsinin rəhbəri xanım Karolina Visini İsveç Kralı adından Bakı Nobel İrsi Fondunun sədri, doktor Toğrul Bağırova “Qütb Ulduzu” ordeni təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm nazirliyindən veriblər.
Fədakarlıq ordeni olan “Qütb Ulduzu” 23 fevral 1748-ci ildə İsveç kralı I Frederik tərəfindən təsis edilib. 1975-ci ilə qədər orden işinə, elmə, ədəbiyyata, elmi və faydalı işlərə sıx bağlı olan, yeni və faydalı təşkilatların yaradılmasında mühüm rolu olan həm İsveç həm də xarici vətəndaşlara verilir. 1975-ci ildən sonra yenilənən ordenlər artıq yalnız xarici vətəndaşlara və kral ailəsinin üzvlərinə təqdim olunur.
|
18.12.10 Məqaləni oxumaq
|
|
|
Media əhlinin əksər dövlət qurumlarının mətbuat xidmətlərindən şikayətləri davam edir
|
Dövlət qurumlarının mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığında problemlər hələ də davam etməkdədir. Hər il olduğu kimi bu il KƏLAMİNFO bununla bağlı araşdırmasını davam etdirir.
“Bizim yol” qəzetinin redaktor müavini Vüsalə Rüstəmova bildirir ki, bu il ərzində qəzetləri ilə əməkdaşlıqda yükəsk faəllıq göstərən qurumlar Əmək və Əhalinin Sosail Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Sosial Müdafiə Fondu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi olub. “İstənilən vaxt bu qurumların qapıları mətbuat olaraq üzümüzə açıq olub”,-deyə həmkarımız vurğulayıb.
|
18.12.10 Məqaləni oxumaq
|
|
|
Səhiyyə Nazirliyi və QMİ-nin keçirdiyi qanvermə aksiyasında 884 litr qan tədarük olunub
|
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları bu gün də dava edib. Aksiyada 2210 nəfər könüllü olaraq qan verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Cümə”, “Qaraçuxur”, “Soltan-Əli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib. Nəticədə iki günlük aksiyada 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Aksiya dünəndən başlayıb və məhərrəmlik ayı boyunca davam edəcək.
|
17.12.10 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|