|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
Doğu Akdeniz Universitetinin nümayəndəsi ölkəmizdə səfərdədir
|
Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) rəsmi nümayəndəsi İmran Muxtarov Azərbaycanda səfərdədir. Azərbaycan Tələbələr Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Birliyin və Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) əməkdaşlıq haqda anlaşma memarandumu çərçivəsində həyata keçirilib.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Rusiyalı mütəxəsislər tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir
|
Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın 4 nəfərdən ibarət tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə nazirliyindən veriblər.
Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib.
Kurslar Respublika Perinatal Mərkəzin bazasında həyata keçirilir.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib”
|
Bu günə kimi qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman yap.org.az. saytına Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
Ə.Həsənov bildirib ki, bunun 800 mln. dolları beynəlxalq təşkilatların payına, 2.6 mlrd. dolları isə Azərbaycan dövlətinin üzərinə düşüb. “Son 10 il ərzində 67 qəsəbə salınıb. 1 mln/ 150 min kvadrat metr sahədə 20 min mənzilə 100 min qaçqın və məcburi köçkün köçürülüb. Qəsəbələrdə 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. Bu sadalanan işlərin 70 faizi məhz, prezident İlham Əliyevin dövründə görülüb və bu gün də bu işlər davam etdirilməkdədir. Təkcə bu il 310 mln. manat vəsait xərclənib. Bu gün dünyanın heç bir konflikt yerində olmağadı bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı YAP bir sıra tədbirlər keçirəcək
|
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) bir sıra tədbirlər keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Onun sözlərinə görə, bu il də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Həmçinin, Bakıda YAP-ın təşkilatçılığı ilə böyük bir tədbirin keçirilməsi planlaşdırılır.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
|
Qriqol Vaşadze: “Biz hələ bilmirik ki, Rusiya kimi gözləyir”
|
Rusiya hakimiyyəti Tiflislə dialoq qurmağa məcbur ediləcək. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq təzyiq qarşısında danışıqlar stolunun arxasına keçəcək. “Danışıqların formatı və iştirakçıların sayı bizi maraqlandırmır, kim istəyirsə vasitəçi ola bilər”,- deyə Gürcüstan Q.Vaşadze əlavə edib.
Q.Vaşadze vurğulayıb ki, Rusiya danışıqlara tez də başlaya bilərdi, biz hələ bilmirik ki, o kimi gözləyir.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Ekspert: “Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır”
|
Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Böyük Britinayida Cənubi Qafqaz üzrə ekspert Amanda Pol bildirib.
Onun sözlərinə görə, Astana sammiti tərəflərin hirsli ritorikasından və ATƏT-in Minsk Qrupunun zəif bəyanatlarından başqa bir şey vermədi. “Hərbi forma geyinmiş Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Ağdam rayonunda etdiyi çıxışlar kimi bu yaxınlarda baş verən hadisələr, xüsusilə fitnəkar xarakterli olmaqla, vəziyyətin inkişafına öz qeyri-konstruktiv töhfəsini verib. Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanın və yüksək vəzifəli zabitlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 13-də Azərbaycanın işğal olunmuş ərazilərində olaraq, hərbi təlimlərdə iştirak ediblər. Düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qərarların hazırlanması mərhələsinin vaxtı çatıb. Minsk qrpunun həmsədrlərini günahlandırmaq asandır, lakin danışıqlarda çox şey iki ölkənin liderindən asılıdır.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar dərc edilib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. Yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri vardır.
Bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb, onlardan 7 nəfər maksimal nəticə (700bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdü təyin edilib. Prezident təqaüdçülərinin 23 nəfəri Prezident yanında Dövlət İdarəçilik Akademiyası, 25 nəfəri Azərbaycan Tibb Universiteti, 15 nəfəri Bakı Dövlət Universiteti, 25 nəfəri “Qafqaz” Universiteti, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
ADU-da qadın yazarların nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib
|
Azərbaycan Dillər Universitetində (ADU) “Buta” müasir Azərbaycan, Türkiyə və ABŞ qadın yazarlarının nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimat mərasimində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədr əvəzi Rəşad Həsənov bildirib ki, bu toplunun ərsəyə gəlməsində təmsil olunduğu qurumun keçirdiyi seminarların böyük rolu olub. O, toplunun elektron versiyasının da oxucuların ixtiyarına verildiyini açıqlayıb. Qadın yazarların əsərlərinin bir topluda çap edilməsini əlamətdar hadisə hesab edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid toplunun əhəmiyyətindən bəhs edib.
Sonra toplunun redaktorları və layihənin gerçəkləşməsində əməyi olan Şəhla Nağıyeva və Elison Məndəvillə birbaşa internet-əlaqə yaradılıb. Onlar gənc və perspektivli qadın yazıçılarla birgə iş görməkdən məmnun olduqlarını bildiriblər. Ş.Nağıyeva qeyd edib ki, toplu ADU-nun, eyni zamanda digər ali məktəblərin Tərcümə və Filologiya fakültələrində əyani vəsait kimi istifadə olunacaq.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubu yaradılacaq
|
Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Türkiyə Qazetəcilər Federsiyası (TQF) ilə birgə Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubunu yaradır. Kulub bütün türkdilli ölkələrin jurnalistləri üçün nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya PJB-in sədri Elşad Eyvazlı verib.
Onun sözlərinə görə, artıq bu ideyaya Türkiyə dəstək verib, Azərbaycan dövlətinin də dəstək verəcəyi gözlənilir. “Bu kulubun yaradılmasında məqsəd odur ki, Tükdilli ölkələrin jurnalistlərinin ciddi bir şəbəkəsi yaradılsın və kulub işlək bir qurum kimi fəaliyyət göstərsin. Yəni, bura daxil olan ölkələrin jurnalistləri daim bir-biriləri ilə təmasda olsunlar. İstər qarşlıqlı səfərlərin şəklində, istərsə də yazı mübadiləsi şəklində. Bu şəbəkəyə qəzetlərlə yanaşı, agentliklər, xəbər saytları və s. daxildir”,-deyə E.Eyvazlı vurğulayıb.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|