|
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
|
|
|
İdarə rəisi: “İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər saxlanılıb”
|
İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər barəsində cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər veirir ki, bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsini rəisi Cavad Şıxəliyev bildirib.
O, qeyd edib ki, iş Baş Prokurorluq tərəfindən araşdırılır. “Artıq bununla bağlı rəsmi məlumat da yayılıb. Həmin insanlar arasında fakt üzrə vəzifə səlahiyyətləri ilə bağlı saxlanılanlar da var. İstintaq sirri olduğu üçün adları açıqlanmır”,-deyə idarə rəisi vurğulayıb. Onun sözlərinə görə, hazırda istintaq tədbirləri davam etdirilir.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlarla yanaşır
|
Avropa İttifaqı təhsillə bağlı elan etdiyi proqramlarda iştirakda Azərbaycana qarşı nisbətən ikili standartlarla yanaşır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunan tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov söyləyib.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
Fazil Mustafa: “Azərbaycanda bütün müxalifət partiyaları əksər vaxt qanundan kənar faəliyyət göstərir”
|
“Gürcüstanla, hətta qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda müxalifətin fəaliyyətini çox yüksək qiymətləndirmək olar”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Məsələn, Türkiyədə müxalifət qanunla fəaliyyət göstərir. Azərbaycanda isə, müxalifət əksər vaxt qanundan kənar fəaliyyət göstərir. Bu fəaliyyət hətta parlamentdə təmsil olunan müxalifət partiyalarına da aiddir. Təsəvvür edin ki, fraksiya yaratmaq üçün 25 nəfər lazımdır. Eyni zamanda frakisya nədir, o nə ilə tənzimlənir, müxalifətin hüququ nədir, müxalifətçilik fəaliyyəti qanunla necə tənzimlənir?.. bütün bunların heç biri bizdə yoxdur. Bun görə də müxalifət istədiyi kimi fəaliyyət göstərir”,-deyə F.Mustrafa fikirini açıqlayıb. Onun sözlərinə görə, məhz bu pərakəndəliyə görə hakimiyyət də arxayındır ki, müxalifətin parlamentdə sayı müyyən mərhələdən o tərəfə keçməyəcək və lazım olan fraksiyaya da ehtiyac olmayacaq.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
Rektor: “Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbuldan əvvəl tibbi müayinədən keçirilir”
|
Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbul olunmamışdan əvvəl tibbi müayinədən keçirilir və ondan lazımı analizlər götürülür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. O, qeyd edib ki, bütün bu tədbirlər bir sıra xarici ölkələrdə tüğyan edən virusların və müxtəlif növ xəstəliklərin ölkəmizdə yayılmasının qarşısını almaq üçündür. “Nəzərə alsaq ki, Azərbaycanda ən çox xarici tələbənin oxuduğu ali məktəb bizim universitetdir, o zaman risklər bizdə daha çox ehtimal oluna bilər.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Əhməd Davudoğlu ABŞ-a səfər edəcək
|
Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Co Baydenin dəvətiylə Nyu-Yorka səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istiadən xəbər verir ki,türkiyəli nazir BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. İraqdakı hazırkı vəziyyət Təhlükəsizlik şurada müzakirə olunan əsas mövzu olacaq. Ə.Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munla da görüşəcək. Türkiyənin xarici işlər nazirinin ABŞ-a səfəri sabah başa çatacaq.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
Ölkədə ÜDM istehsalı 4,5 faiz artıb
|
Cari ilin on bir ayı ərzində ölkədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 mlrd. manat artaraq 36,6 mlrd. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalıb, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunub.
|
15.12.10 Məqaləni oxumaq
|
|
|
“Avtoxuliqanlıq edənlər kameralar vasitəsilə çox rahat aşkar edilir”
|
Mübariz Qasımovun sözlərinə görə, bir çox halda cinayətlə bağlı epizodları əldə etmək üçün tədqiqat orqanlarından onlara müraciət olunur
Müsahibimiz Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin idarə edilməsi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qasımovdur.
- Mübariz müəllim, bildiyimiz kimi, Bakı şəhərində yollardakı vəziyyətə 24 saat ərzində nəzarət edən kameralar quraşdırılıb. Həmin kameralar vasitəsi ilə qeydə alınan qanun pozuntuları haqqında bir qədər ətraflı məlumat verərdiniz.
- Şəhərin mərkəzi küçə və prospektlərinin kəsişmələrində quraşdırılan kameralar vasitəsilə sutkanın 24 saatı ərzində şəhərdəki nəqliyyat vasitələrinin hərəkətinə tərəfimizdən nəzarət edilir və kobud qayda pozan avtomobil sürücüləri aşkar edilərək, barələrində müvafiq tədbirlər görülür. Bununla yanaşı, bütün bunlar barədə gündəlik televiziya verilişlərində məlumat verilir. Həmin kameralar vasitəsilə yol hərəkəti qaydalarını pozan avtomobillər əməkdaşlarımız tərəfindən aşkar olunaraq, bu barədə fotoraportlar tərtib edilir və həmin avtomobil sürücüləri barəsində sonradan İnzibati Xətalar Məcəlləsinə müvafiq tədbirlər həyata keçirilir. Yol hərəkəti qaydalarını pozan bütün avtomobillər avtomatik olaraq operatorlar tərəfindən qeydə alınır və dərhal bu barədə fotomaterial tərtib olunur.
|
14.12.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|