ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
|
Dekabrın 11-də ABŞ Konqresində Amerikada yaşayan Azərbaycanlılar Şəbəkəsi (USAN) seminar keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya USAN-nın mətbuat xidmətindən veriblər. “Amerika-Azərbaycan əlaqələrində Qarabağ amili və Azərbaycan diasporasının rolu” mövzuları müzakirə olunacaq seminarda Azərbaycandan bir sıra millət vəkillərinin iştirakı gözlənilir. ABŞ Konqresində həmçinin azərbaycanlı qadınlar yaradıcılıq qrupu tərəfindən çəkilmiş film də nümayiş olunacaq.
|
04.12.10 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə 7 noyabr, 2010-cu il tarixində ölkədə keçirilən parlament seçkiləri və onların nəticələri, parlamentin gələcək fəaliyyəti və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.
|
04.12.10 Məqaləni oxumaq
|
|
|
MSK 94 saylı Bərdə kənd seçki dairəsinin dairə seçki komissiyasının tərkibini dəyişdi
|
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib. İclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən birinin qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılması, birinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərarlar qəbul olunub. Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
|
04.12.10 Məqaləni oxumaq
|
|
|
KİV DF informasiya agentlikləri və jurnalist təşkilatları üçün ayrıca müsabiqə elan edəcək
|
Gələn ilin yanvarında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DDF) informasiya agentlikləri və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ayrıca müsabiqə elan edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində KİF DF-nin sədri Vüqar Səfərli bildirib. O, qeyd edib ki, elan olunacaq müsabiqədə layihələrin maliyyə dəyəri hələ müəyyənləşməyib, hazırda bunun üzərində iş gedir. “Bu da gələn ayın ortalarına qədər müəyyənləşəcək. Biz indiki müsabiqəni ona görə ilk olaraq qəzet və jurnallar üçün elan etdik ki, Fondun birinci məqsədi qəzetləri maliyyələşdirməkdir”,-deyə sədr vurğulayıb. Qeyd edək ki, KİV DDF noyabrın 25-də ölkədə fəaliyyət göstərən qəzet və jurnalların layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
|
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
|
Azərbaycan Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib. KƏLAMİNFO Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı, 6, 7 noyabr isə Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Qərarı baş nazir A.Rasizadə imzalayıb.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
“Kuklalar” bədii filminin təqdimatı keçiriləcək
|
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dekabrrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. “Sınaqfilm” studiyasında çəkilmiş filmin rejissor Çingiz Rəsulzadədir.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Beynəlxalq Muğam Mərkəzində “Qəlbin rəngləri” sənədli filminin təqdimatı keçiriləcək
|
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Qəlbin rəngləri” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Film “YaddaşвЂќ sənədli filmlər studiyasında çəkilib. SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı Tahir Salahovun həyat və yaradıcılığına həsr oluub. Filmin ssenari müəllifi Toğrul Cuvarlı, rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasovdur.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
FHN-ə "20 Yanvar" və "Nəriman Nərimanov" metrolarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub
|
Fövqəladə Hallar Nazirliyinə Bakının Nəsimi və nərimanov rayonlarında, Bakı Metropoliteninin "20 Yanvar" və "Nəriman Nərimanov" stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya FHN-dən veriblər. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməyib.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
“Wikileaks” saytına hücum olub
|
Son günlərin ən çox müzakirə obyekti olan “Wikileaks” saytına giriş dayandırılıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sayt haker hücumuna məruz qalıb. EveryDNS şirkəti wikileaks.org ünvanının çox sayda DDOS kiber hücumuna hədəf olduğunu bildirib. EveryDNS.net təkcə “Wikileaks”-ə deyil, 500 min sayta xidmət edir və artıq sayta daxil olmaq qeyri-mümkündür. Artıq ABŞ və dünyanın bir sıra mətbuat orqanlarında bu hadisənin amerikalılar tərəfindən edildiyi və “amerikalılar “Wikileaks”-i öldürdü” başlıqlı məlumatlar yayımlayıblar.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
|