Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    “WikiLeaks”də Azərbaycan-Türkiyə ilə bağlı tez-tez xoşagəlməz məlumatlar yaymaqla bizə qarşı kin yaratmağa çalışırlar”
    “WikiLeaks”in yaydığı qalmaqallı məlumatlarla Azərbaycan- Türkiyə münasibətlərinə tez-tez toxunulması məqsədyönlüdür. Çünki, son illər Türkiyə ictimaiyyətində yüksələn azərbaycançılıq meyilləri ən azı ABŞ-ın maraqlarına uyğun deyildi. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
    08.12.10 Məqaləni oxumaq
     
    ADU-da tələbələrin simpoziumi keçirilir
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin təşəbbüsü ilə tələbələrin simpoziumu işə başlayıb. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, simpoziumda çıxış edən Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin rəhbəri Vüsalə Kərimova tədbirin əhəmiyyətindən danışıb. O, neft-qaz ixrtisasları üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi baxımından simpoziumların keçirilməsinin vacibliyini önə çəkdi. ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva isə çıxışında bu kimi tədbirlərin universitetdə keçirilməsindən məmnun olduğunu ifadə edib.
    08.12.10 Məqaləni oxumaq
     
    Bakıda dövlət qulluqçuları üçün seminar təşkil edilib
    Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA-nın təşkilatçılığı ilə “Dövlət qulluğunda insan resurslarının idarəedilməsi sahəsində qanunçuluq və məcburilik” mövzusunda seminar təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQMK-dən veriblər.
    08.12.10 Məqaləni oxumaq
     
    Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasına gedib
    Bu gün Milli Məclisin üzvü Qənirə Paşayeva Misir Ərəb Respublikasına yola düşüb. Məqsəd dekabrın 08-17 tarixində bu ölkənin Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin Baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.
    08.12.10 Məqaləni oxumaq
     
    QMİ-nin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı Fətva verib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı Fətva verib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumatda qeyd olunub ki, yeni 1432-ci ilin başlanğıcı-Məhərrəm ayının 1-ci miladi təqvimi 2010-cu il dekabr ayının 7-nə təsadüf edir. “Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura-Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olan Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Aşura günü dekabrın 16-a təsadüf edir. Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əliyhissəlamın azadlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyyə edirik.
    08.12.10 Məqaləni oxumaq
     
    SAMF internet-medianın monitorinqinə başladı
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
    08.12.10 Məqaləni oxumaq
     
    S.Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi
    Bu gün Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Sabit Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ölkənin bir sıra tanımış yazıçıları, şairlər, mədəniyyət və incəsənət xadimləri, xalq artistləri və digər şəxslər iştirak edib. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq yazıçısı Çingiz Abdullayev və digər natiqlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsətən xadimi, yazıçı-dramaturq S.Rəhmanın həyat və yaradıcılığı, onun Azərbaycan ədəbi mühitindəki rolundan geniş bəhs etdilər. Qeyd edək ki, tədbirdə həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Sabit Rəhman - 100. Biblioqrafiya” kitabının da təqdimat mərasimi keçirildi.
    08.12.10 Məqaləni oxumaq
     
    BDU-da San Diego Dövlət Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
    San Diego şəhərinin Switzer Heights rayonu və Bakı Nəsimi rayonu arasında “qardaşlaşmış rayonlar” münasibətlərinin qurulması istiqamətində təşəbbüskar qrupun üzvləri Martin Kruminq və Meqan Kruminq Bakı Dövlət Universitetində (BDU) olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər. Görüşdə Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev BDU haqqında bukleti, xatirə medallarını və Qarabağ haqda yazılan kitabı qonaqlara təqdim edib və qonaqlara universitet barədə məlumat verib. Rektor Abel Məhərrəmovun əməkdaşlığa çox böyük önəm verdiyini bildirən prorektor, bu görüşün gələcək əməkdaşlıq baxımından uğurlu olacağını diqqətə çatdırıb.
    08.12.10 Məqaləni oxumaq
     
    Fransa Hindistan ilə 15 mlrd. avroluq müqavilə imzaladı
    Hindistanda rəsmi səfərdə olan Fransa prezidenti Nikola Sarkozi ölkədə keçirdiyi görüşlərin birində Hindistanın Fransanın əsas strateji tərəfdaşlarından biri olduğunu və onunla 15 mlrd. avro məbləğində müqavilə bağlandığını bəyan edib. KƏLAMİNFO xəbər verir ki, beynəlxlaq və iqtisadi sahədə əməkdaşlığa dair bağlanmış müqavilədə Fransanın Hindistanda dinc məqsədlər üçün bir neçə nüvə reaktorunun tikilməsi, hind ordusunu müasirləşdirmək məqsədi ilə 51 „Miraj-2000“ təyyarəsinin satışı və digər ticarət məsələləri nəzərdə tutulub.
    08.12.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Gənclərin iştirakı ilə İnsan Hüquqlarının Tədrisi” mövzusunda təlim keçirilib
    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə “Gənclərin iştirakı ilə insan hüquqlarının tədrisi” mövzusunda təlim təşkil edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təlim Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX)-Sumqayıt İcma Məlumat Mərkəzində baş tutub. İki günlük təlimdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrindən və tələbələrdən ibarət 20 nəfər iştirak edib. Baş İdarənin gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İ. Kərimov fəal təlim metodu ilə gənclərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, hüquq bərabərliyi, gender bərabərliyi ilə yanaşı ayrıseçkilik və kseonofibayaya qarşı mübarizədə gənclərin rolu haqqında iştirakçıları məlumatlandırıb. Təlim proqramına uyğun olaraq gələcəkdə gənclərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
    07.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031