Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Ombudsman Aparatında Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi
    Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODS) birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, Ombudsman Aparatında təşkil edilən tədbirdə bir sıra millət vəkilləri, Ədliyyə, Səhiyyə nazirlikləri və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova sözügedən problem və onun törətdiyi fəsadlardan danışıb. O, qonaqlara cəmiyyət arasında yayılan bu problemlərin həlli istiqamətində birgə mübarizənin vaciblinyi vurğulayıb. E.Süleymanova əlavə edib ki, həmin xəstəliyə düçar olan şəxslərə qarşı ayrı-seçkilik, diskirminasiya hallarına yol verilməməsi üçün müvafiq qanun qəbul edilib. O, bu xəstəliyin ümumilikdə cəmiyyətin problemi olduğunu diqqətə çatdırıb.
    02.12.10 Məqaləni oxumaq
     
    MEK direktoru A.Əliyeva-Kəngərli İranda səfərdə olub
    Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Aybəniz Əliyeva-Kəngərli respublikamızın bir sıra mədəniyyət qurumlarının əməkdaşları ilə birgə İranda səfərdə olub. MEK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanın Təbrizdəki Konsulluğunun təşkilati dəstəyi ilə gerçəkləşən səfərdə əsas məqsədlərdən biri kitabxananın xeyli müddətdir həyata keçirdiyi ümummilli lider Heydər Əliyev irsinin təbliği mövzusunda daha bir tədbirin keçirilməsi olub. Səfər çərçivəsində konsulluqda MEK tərəfindən hazırlanaraq nəşr etdirilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı kitabın təqdimat mərasimi keçirilib. Səfər zamanı Kitabxananın direktoru və nümayəndə heyətinin digər üzvləri Təbriz Mərkəzi Kitabxanasına baş çəkib, kitabxananın strukturu, fəaliyyəti, iş prinsipi ilə yaxından tanış olublar. Burada hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da inkişaf etdirmək üçün müəyyən məsələlər müzakirə edilib.
    02.12.10 Məqaləni oxumaq
     
    Astanada ATƏT-in 7-ci sammiti öz işinə başlayıb
    Bu gün Qazaxıstanın paytaxtı Astanada ATƏT-in 7-ci sammiti işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Prezident İlham Əliyev sammitdə iştirak edir. Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitin keçirildiyi “Müstəqillik” sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Prezident İlham Əliyevi qarşılayıb. ATƏT-in 7-ci sammitini Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddla görüşüb
    Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olub. KƏLAMİNFO xəbər verir ki, K.Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlət başçısı qeyd edib ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait var. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Rusiya prezidenti: “Münaqişələrin həll olunması üçün vahid prinsiplər olmalıdır”
    Münaqişələrin həll olunmasında vahid prinsiplərə ehtiyac var və bu bütün böhran vəziyyətlərinə aid olunmalıdır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Astana sammitində deyib. Onun sözlərinə görə, belə prinsiplər gücün tədbiq edilməməsi, razılaşma və sülh formatlarına hörmət və münaqişədən əziyyət çəkən mülki əhalinin təhlükəsizliyinin qorunmasına kömək edəcək. “Bir daha təkrar edirəm ki, belə sualların həllində mütləq sülh olmalıdır. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya etdiyi hərbi güc yolverilməzdir”,- deyə D.Medvedev vurğulayıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Elman Rüstəmov: “Azərbaycanda ipoteka kreditləşməsi sərtləşdirilmir”
    Azərbaycanda gələn il də ipoteka kreditləşməsi davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O, qeyd edib ki, ipoteka kreditləşməsi sərtləşdirilmir, sadəcə onun şərtləri dəqiqləşdirilir. “İpoteka kreditlərini ölkə əhalisinin iqtisadi fəal hissəsi almalıdır. Azərbaycan Mərkəzi Bankı ipoteka kreditləşməsinin tənzimlənməsi mexanizmi barədə düşünür və proses çərçivəsində ipoteka kreditləşməsinin şərtlərinin sərtləşdirilməsi nəzərdə tutulmur. Biz çalışırıq ki, ipoteka kreditlərindən istifadə edənlərin sayında daha çox artım müşahidə olunsun”-deyə Mərkəzi Bankın sədri vurğulayıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu CTBTO-nun dünya şəbəkəsi ilə təcrübə və məlumat mübadiləsini genişləndirir
    AMEA Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BMT-nin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi dünyadakı bütün Milli Məlumat Mərkəzləri ilə təcrübə və məlumat mübadiləsi aparmaq imkanını genişləndirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. Bu məqsədlə beynəlxalq təşkilat institutun alimlərinə şəbəkədaxili məlumatlardan tam istifadə hüququnu verib. Belə ki, dünyada baş verən və CTBTO tərəfindən qeydə alınan seysmik hadisələr Azərbaycan Milli Məlumat Mərkəzində müşahidə olunacaq və digər mərkəzlərlə araşdırılıb təhlil ediləcək.
    01.12.10 Məqaləni oxumaq
     
    Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək
    Cabah Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. MDB Baş Qərargah Rəisləri Komitəsinin iclaslarında Azərbaycanı Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təmsil edəcək.
    01.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən bir sıra tədbirlərin keçiriləcək
    Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq prlanına uyğun olaraq dekabr ayında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər Türkiyə və Azərbaycanda təşkil olunacaq. Tədbirlər planına əsasən bu gün Bakıda rabitə mövzusunda təcrübə mübadiləsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq fəaliyyətlərinə həsr olunmuş üçgünlük görüş başlayıb. Bununla yanaşı, Ankarada Azərbaycan və Türkiyə arasında xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü keçiriləcək. Azərbaycan hərbçiləri həmçinin İstanbulda “Avrasiya ulduzu 2010” təliminə qatılacaqlar.
    01.12.10 Məqaləni oxumaq
     
    MDB-yə üzv ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək
    Sabah Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti-64-cü iclası keçiriləcək. KƏLAMİNFO MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iki gün davam edəcək. İclasda MDB dövlətlərinin xarici sərhədlərinin dəqiq vəziyyəti və onun inkişaf tendensiyası müzakirə ediləcək, Şuranın bu ilki fəaliyyətinə, planlarının icrasına yekun vurulacaq, birgə xüsusi sərhəd əməliyyatları və operativ profilaktik tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, iclasın gündəliyinə ümumilikdə 10-a yaxın məsələ daxildir.
    01.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031