Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Bu il AMEA Şərqşünaslıq İnstitutu tərəfindən 33 elmi tədqiqat işi yerinə yetirilib
    Bu il AMEA-nın Şərqşünaslıq İnstitutu tərəfindən 75 elmi tədqiqat işinin yerinə yetirilməsinə başlanılıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Şərqşünaslıq İnstitutun elmi katibi Zəfər Abdullayev söyləyib. Onun sözlərinə görə, elmi tədqiqat işinin 33-ü bu il başa çatıb, qalanları isə gələn il yekeunlaşacaq. Cari il ərzində 200-dən artıq məqalənin çap edildiyini diqqətə çatdıran Z.Abdullayev qeyd edib ki, bunun 32-i xaricdə işıq üzü görən elmi jurnallarda nəşr edilib. O, il ərzində Şərqşünaslıq İnstitutunun 21 kitabının da işıq üzü gördüynü qeyd edib.
    14.12.10 Məqaləni oxumaq
     
    Aşura günündə İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək
    İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya məscidin dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib. “Məsciddə qanvermə aksiyasının təşkili ənənəvi hal alıb. İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər”,-deyən Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Onun sözlərinə görə, talassemiya, hemofiliyadan və digər qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik.
    14.12.10 Məqaləni oxumaq
     
    Ə.Davudoğlu: “Ermənistan-Türkiyə sərhədinin açılması mövzusunda heç bir dəyişiklik yoxdur”
    Türkiyənin türk dünyası ölkələri ilə əlaqələri bir neçə il bundan əvvəl olduğundan daha sıxdır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu söyləyib. O, Türkiyə-Azərbaycan və Türkiyə-Qazaxıstan əlaqələrini xüsusi qeyd edib və onun sözlərinə görə, bu əlaqələr hələ heç vaxt bu qədər sıx olmayıb. Türkiyəli nazir həmçinin Ermənistan-Türkiyə sərhədinin açılmasına dair vəziyyətdə də heç bir dəyişikliyin olmadığını qeyd edib.
    14.12.10 Məqaləni oxumaq
     
    “S.Sarkisyanın DQ-nın tanınması ilə bağlı yenidən səsləndirdiyi bəyanta səbəb Ziyafət Əsagərovun müharibəni proqnozlaşdırmasır”
    “Ermənistan prezidenti Serj Sarkisyanın yenidən Moskvada “Azərbaycan müharibəyə başlayacağı təqdirdə İrəvan Dağlıq Qarabağı (Q) tanıyacaq” deməsinə səbəb bir gün əvvəl Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərovun müharibə vaxtını proqnozlaşdırmasır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Sergey Minasyan bildirib.
    13.12.10 Məqaləni oxumaq
     
    ADU-da Bolonya prosesinin tətbiqi müzakirə ediləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) “Bolonya prosesinin tətbiqi təcrübəsi” adlı Respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Qeyd edək ki, əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər. Sonra universitetin əsas binasında konfransın plenar iclası olacaq. Tədbir dekabrın 15-də başa çatacaq.
    13.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndələri İKT-yə üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında iştirak ediblər
    Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri İranın paytaxtı Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında və İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərin iclasında iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. İclasda 29 ölkə və İKT-nin 9 struktur qurumları iştirak edib. İclasın başlanğıcında ənənəvi olaraq Quranın ayəsi oxunub. İclasın açılışı üçün ilk çıxış İranın Mədəni İrs, Əl-sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədr müavini Ameri tərəfindən olub. İlkin olaraq Yüksək Vəzifəli Şəxslərin iclasının İKT-nin Katibliyi tərəfindən təklif etdiyi gündəlik təsdiq edilib. İclasın ikinci günü İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət olan İşçi Komitənin iclası olub. Bu iclasda İKT üzv ölkələri arasında turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb.
    11.12.10 Məqaləni oxumaq
     
    Bu gün Stokholmda Nobel mükafatlarının təqdimat mərasimi olacaq
    Bu gün İsveçrənin Stokholm şəhərində ədəbiyyət, tibb və ya fiziologiya, fizika, kimya, eləcə də iqtisadi sahələr üzrə 2010-cu ilin Nobel mükafatlarınn təqdimat mərasimi olacaq. KƏLAMİNFO xəbər veriq ki, bu ilki laureatlar arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Peru və Çin olmaqla 11 nəfər var. Onlardan ən gənci Böyük Britaniyada işləyən rus fizik Konstantin Novoselovun 36 yaşı var. Tibb və ya fizika üzrə mükafatın sahibi-britaniyalı tədqiqqatçı və süni mayalanma texnologiyasını hazırlayan 85 yaşlı Robert Edvards isə ən yaşlı laureatdır. O, səhhəti ilə əlaqədar Stkokholma getməyəcək və mükafatı həyat yoldaşı Rut Edvards alacaq. Qeyd edək ki, Nobel mükafatları hər il dekabrın 10-da-isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəfatının ildönümündə təqdim olunur. Mükafatlardan beşi Stokholmda, sülh mükafatı isə Osloda sahiblərinə verilir. Bu ilin hər nominasiya üzrə mükafatı 10 milyon İsveç kronu (təxminən 1 milyon avro) təşkil edir.
    11.12.10 Məqaləni oxumaq
     
    Səttar Mehbalıyev: “Sənayedə ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb”
    Əvvəlki illərə nisbətən Azərbaycanın bütün sahələrində olduğu kimi, sənaye sahəsində də ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev söyləyib. S.Mehbalıyev əlavə edib ki, Azərbaycanda əmək haqlarının verilməsi də normal vəziyyətə düşüb. “Əvvəllər əmək haqlarının verilməsində aylarla gecikmələr olurdu. İndi isə insanlar vaxtı-vaxtında aylıq məvaciblərini alırlar. İşləyən insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün yerlərdə işəgötürənlər, sahə həmkarlar təşkilatları tərəfindən kollevtiv müqaviləyə əsasən bir çox işlək addımlar atılır”,-deyən S.Mehbalıyev istehsalatda ölüm, xəsarət alma hallarının dəqiq statistikası barədə məlmata malik olmadığını söyləyib.
    11.12.10 Məqaləni oxumaq
     
    Rektor: “Dövlət İqtisad Universitetindən il ərzində 250 tələbə xaric olunub”
    Son üç ildə stabil olaraq Dövlət İqtisad Universitetindən hər il 250 nəfər tələbə xaric olunub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib. Rektor qeyd edib ki, xaric olanlar arasında IV kurs tələbələri çoxluq təşkil edir. “Səbəblər müxtəlifdir. Bunların arasında hərbi xidmətə getmək kimi obyektiv səbəblər də var ki, biz onları xaric edirik. Bundan başqa əsas səbəblər arasında davamiyyətin aşağı olması və ən başlıcası da tələbələrin mənimsəməmə problemidir. Yəni, tələbə var ki, 4-5 imtahandan kəsiri olur. Biz onlara bir- neçə dəfə yenidən imtahan vermək üçün imkan yaratsaq da, onlar bundan istifadə edə bilmirlər. Nəticədə biz onları tələbələr sırasından xaric edirik. Xüsusən yuxarı kurslarda bu mütamadi şəkil alıb. Hesab edirəm, bu, elmi mənimsəmdə tələbatın çox olması, imtahanların artıq test üsuluna keçməsi və s. kimi faktlarla əlaqədardır.
    11.12.10 Məqaləni oxumaq
     
    Azərbaycanın birinci xanımının Protokol xidməti bəyanat yayıb
    Azərbaycanın birinci xanımının Protokol xidməti “İl Foglio” qəzetində Azərbaycanın birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralarla bağlı bəyanat yayıb. Protokol xidmətindən KƏLAMİNFO-ya daxil olan məlumatda qeyd olunur: “Biz bu il dekabrın 3-də “İl Foglio” qəzetində dərc edilmiş və Azərbaycanının birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyimizi bildiririk. Biz rəsmi olaraq bildiririk ki, məqalədə ifadə olunmuş, guya alman diplomatlarından alınmış “sensasiyalı məlumatlar” ağ yalan və iftiradır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəallaşdırılmasına, dünya mədəni irsinin qorunmasına, siyasi və ictimai həyatda qadınların rolunun artırılmasına yönəlmiş aktiv və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır.
    11.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031