Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Komitə sədri: "Son bir ildə Azərbaycanda 300-dən çox dini icma qeydiyyatdan keçib"
    Ötən il müvafiq qanunun qəbulundan sonra son bir ildə Azərbaycanda 300-dən çox dini icma qeydiyyatdan keçib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O, qeyd edib ki, bir qrup icmanın isə qeydiyyatından imtina olunub. "Əgər milli maraqlara uyğun gəlməyən dini icmalar varsa, onların qeydiyyata alınmasından imtina olunmalıdır. Bundan qorxmaq lazım deyil. Anoloji addımı Fransa da atır, digər ölkələr də. Bu gün Azərbaycanda müəyyən mənada ciddi canlanma baş verirsə, bunun səbəbləri ilə maraqlanmaq lazımdır. Eynilə bu, hicabla da bağlıdır. Dinin canlanması qədər qorxulu məqam yoxdur. Bu sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdır",-deyə komitə sədri vurğulayıb.
    23.12.10 Məqaləni oxumaq
     
    E.Süleymanova: “İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq”
    “İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova bildirib. O, qeyd edib ki, əslində əvvəllər də mandatları dövlət orqanları, vəzifəli şəxslər tərəfindən pozulan hər bir hüququn bərpasına çalışmaq olub. “Bura mühüm bir vəzifə də həvalə olundu”,-deyə İnsan hüquqları üzrə müvəkkil vurğulayıb. Onun sözlərinə görə, informasiya əldə etmək hüququ tək jurnalistlərə aid deyil. “Hər bir kəs istənilən dövlət qurumundan tam dolğun informasiya ala bilər. Bundan əvvəl də bizə informasiya almaq hüququnun pozulmasına dair müraciətlər daxil olub. Belə bir işin bizə praktiki olaraq həvalə olunması xüsusi diqqət və yanaşma tələb edir.
    22.12.10 Məqaləni oxumaq
     
    “Ermənistan- Rusiya birgə Hava Hücumundan Müdafiə Mərkəzi Azərbaycana ciddi ismarıcdır”
    “Ermənistan ilə Rusiya arasında Hava hücumundan birgə Müdafiə Mərkəzinin yaradılması iki ölkə arasında sıx hərbi əməkdaşlığın yüksəlişə doğru məntiqi davamı və eyni zamanda “müharibə kürsüsün”dən düşməyən Azərbaycan üçün ciddi ismarıcdır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin hərbi məsələlər üzrə keçmiş müşaviri, Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Ruben Mehrabyan bildirib.
    22.12.10 Məqaləni oxumaq
     
    Millət vəkili: “Mədəniyyət haqqında” qanuna ediləcək dəyişikliklərdə efir məkanı ilə bağlı məsələlər xüsusi yer alacaq”
    “Mədəniyyət haqqında” qanuna ciddi dəyişikliklər edilməsi gözlənilir və burada dil və televiziya ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayacaq”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, 1996-cı ildə qəbul edilən qanun həm vaxt baxımından, həm də mənəvi baxımdan aşınmalara məruz qalıb. “Həmin dövrdən bəri Azərbaycan və dünya ictmaiyyətində, bunların bir –birinə inteirqasiyasında, eyni zamanda ictimaiyyətdə televiziyanın aparıcılıq missiyasında çox dəyişikliklər olub. Kifayət qədər irəliləmələr var. Bütün bunlar da şüphəsiz ki, Mədəniyyət haqqında qanunda ediləcək dəyişikliklərdə yer almalıdır”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, televiziyalarda efir məkanı ilə bağlı dəyişikliklər burada xüsusi yer alacaq.
    22.12.10 Məqaləni oxumaq
     
    Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası işə başlayıb
    Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, ekspertlər üç sənəd layihəsini gözdən keçirəcəklər.
    22.12.10 Məqaləni oxumaq
     
    Spiker Oqtay Əsədov Avropa Parlamentinin prezidentinə etiraz məktubu göndərəcək
    Parlamentin bu gün keçirilən səhər iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Tomaş Parebanın Ermənistana və oradan da Dağlıq Qarabağa səfərinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, O.Əsədov bu səfəri Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətlədirib. "Əsas problem ondadır ki, Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, Avropa Parlamentinin nümayəndəsinin heç kimlə razılaşmamış Dağlıq Qarabağa səfər edib. Avropa parlamentinin belə bir hərəkəti münaqişənin həllinə mənfi təsir göstərir",-deyə sədr vurğulayıb. Bununla əlaqədar Avropa Parlamentininin prezidentinə etiraz məktubu göndərəcəyin deyən O.Əsədov bildirib ki, heç kimin hüquq pozmağa ixtiyarı yoxdur. Xatırladaq ki, ötən günlərdə Avropa Parlamentinin nümayəndəsi T.Pareba qondarma "Dağlıq Qarabağ Respublikasına" səfər edib və separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirib.
    22.12.10 Məqaləni oxumaq
     
    Milli Məclisin sessiyası öz işinə başlayıb
    Bu gün Milli Məclisin növbəti sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentləri, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq. İclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Bura AR Cinayət Prosessual Məcəlləsi, AR İnzibati Xətalar Məcəlləsi, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanunu və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir. Bundan əlavə plenar iclasda “Normativ Hüquqlar haqqında” AR Qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.
    22.12.10 Məqaləni oxumaq
     
    M.Abbaszadə: “TQDK respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək”
    Gələn ilin yanvarın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika üzrə abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün sınaq imtahanları keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak üçün yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Onun sözlərinə görə, sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. “Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) şöbələrində əldə etmək mümkün olacaq. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercart/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formasında ala biləcək”,-deyə M.Abbaszadə söyləyib.
    22.12.10 Məqaləni oxumaq
     
    Türkiyənin Baş naziri “erməni soyqırımı” ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində qondarma “erməni soyqırımı” qanun layihəsinin müzakirəsi ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı məlumat verən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ABŞ-da bu qanun layihəsinin yenidən gündəliyə salınması ehtimalı var. “Biz artıq bu qanun layihələrinin Türkiyə-ABŞ əlaqələrinin üzərində Domokl qılıncı kimi asılmasına izn verə bilmərik”,- deyən nazir ölkəsinin bu məsələdə beynəlxalq nüfuzunu qorumaq əzmində olduğunu da vurğulayıb. İstər Baş nazir Rəcəb Tayyib Ərdoğanın məktubunda, istərsə də Əhməd Davudoğlunun həmkarı Hillari Klinton ilə telefon danışığında Türkiyənin erməni iddiaları ilə bağlı qəti etirazı ifadə olunmuş, qanun layihəsinin Konqresdə qəbul olunacağı təqdirdə Ankara ilə Vaşinqton əlaqələrinin ciddi zərbə alacağı vurğulanıb.
    22.12.10 Məqaləni oxumaq
     
    BDU-da akademik Ş.Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan Respublika elmi konfransı keçirilir
    Bu gün Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransdan əvvəl Ş.Mehdiyevin BDU-dakı barelyefi və onun adını daşıyan elmi-tədqiqat laboratoriyanın açılışı oldu.
    21.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Dek.2010
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031