Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Bakıda Avropa Film Festivalı keçiriləcək
    Bu gündən dekabrın 16-dək Bakda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Aİ-ə üzv ölkələrin səfirlikləri birgə Avropa Film Festivalının keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    10.12.10 Məqaləni oxumaq
     
    Gələn il Mədəniyyət və Turizm Nazirliyi 20-dək turizm sərgisində iştirak edəcək
    Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində iştirak edir. Mədəniyyət və Turizm nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, gələn il üçün aşağıda adları qeyd olunan sərgilərdə Nazirliyin iştirakı nəzərdə tutulub.
    10.12.10 Məqaləni oxumaq
     
    Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
    ARDNŞ-nin Ekologiya İdarəsində ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anım mərasimi keçirilib. ARDNŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, anım mərasimi ulu öndərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Toplantıda çıxış edənlər Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarını sonsuz hörmət və dərin ehtiramla yad ediblər. Dahi şəxsiyyətin Azərbaycan üçün olduqca ağır bir dövrdə yenidən hakimiyyətə qayıdışı, Heydər Əliyev siyasi kursunun bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb. İdarənin Ekoloji Təbliğat və Sosial Məsələlər şöbəsinin rəisi Fizuli Hacıyev çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb, ölkəmizin inkişaf və tərəqqisi naminə onun gərgin əməyindən danışıb, xüsusilə milli iqtisadiyyatımızın lokamotivi olan neft-qaz sənayesinin bugünkü yüksəlişinə verdiyi tövhələr haqqında mərasim iştirakçılarına məlumat verib.
    10.12.10 Məqaləni oxumaq
     
    Millət vəkili: “Qarabağ məsələsi ilə bağlı tərəflərə “time-out”un verilməsi ilə bağlı ciddi düşünülməlidir”
    “Son bir həftənin siyasi prosesləri göstərdi ki, Astana sammiti Dağlıq Qarabağ məsələsinin həlli üçün çox uğursuz olub”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib. “Sammit başlamazdan əvvəl bütün tərəflərə aydın idi ki, Ermənistan konsesus verməyəcək. Buna görə də problemin həlllində məsuliyyətli olan beynəlxalq güclər vaxt itirmədən bu məsələdə diqqətli olmalı idilər”,-deyə M.Qasımlı fikirini açıqlayıb. Onun sözlərinə görə, sammitdə münaqişə tərəflərinə “time-out”-un verilməsi ilə bağlı ciddi düşünülməlidir. “Nə barədə? İlk növbədə ATƏT-in üç həmsədr ölkəsi (Rusiya, ABŞ, Fransa) Ermənistana ciddi təsir göstərməlidirlər.
    10.12.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
    Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, nazir Oqtay Şirəliyev iclasın əsas məqsədinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn işləri müzakirə etmək olduğunu vurğulayıb. O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb.
    10.12.10 Məqaləni oxumaq
     
    AHİK-də ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi
    Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin AHİK-dəki büstünün önünə tər çikəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
    10.12.10 Məqaləni oxumaq
     
    Z.Əsgərov: “Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var: Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”
    “Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var. Bütün insanlar buna hazır olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bubarədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının bütövlükdə hərbiləşməsi istiqamətində işlər görülür: “Beynəlxalq hüquq artıq münaqişənin həllinə təsir göstərməkdə acizliyini sübuta yetirib. Beynəlxalq hüquq yalnız istinad etmək hüququna çevrilib. Biz də istinad edirik və torpaqlarımızı işğaldan azad etmək hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın öz hüququnu qoruması üçün hər cür imkanları var və yaxın aylarda bunu görəcəyik. Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”,-deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini minalaması və yer adlarını dəyişdirməsi ölkə daxili proseslərə hesablanıb.
    10.12.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Artıq S.Sərkisyan hakimiyyətin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var”
    “Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətinin daha bir təsdiqi olacaq”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
    10.12.10 Məqaləni oxumaq
     
    Bu gün Moskvada MDB üzvü olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək
    Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək. KƏLAMİNFO xəbər veriq ki, toplantı Rusiyanın MDB-yə başa çatan sədrliyi çərçivəsində əsas tədbirlərdən hesab olunur. MDB liderlərinin dar və geniş tərkibdə görüşündə Rusiyanın sədrliyinin nəticələri və əsas prioritetlər müzakirə ediləcək. Əsas diqqətin iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələcəyi gözlənilir. Sammitin gündəliyində Birlik çərçivəsində azad ticarət zonası ilə bağlı müqavilə layihəsinin müzakirəsi də nəzərdə tutulur. 2011-ci ilin MDB-də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ili elan edilməsi barədə qərar layihəsi də müzakirə ediləcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir
    Bu gün Aktau şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstanda Azərbaycan Biznes İnvestisiyaları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir. İİN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Qazaxıstan tərəfindən energetika, neft, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamının iştirakı nəzərdə tutulur. Biznes forumda AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanları ilə bağlı təqdimat keçiriləcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031