Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    Misir Mərdanov: “Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək”
    “Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin”. KƏLAMİNFO xbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının ruhanisi, Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib. M.Mərdanov qeyd edib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir: “Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”,-deyə nazir vurğulayıb. Qeyd edək ki, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycandakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı açıqlamasında Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunmasının vacibliyini vurğulayıb.
    31.12.10 Məqaləni oxumaq
     
    Prezident: “Gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacaq”
    Bu gün Azərbaycan informasiya müharibəsində dünyadakı erməni lobbisinə qalib gəlir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev jurnalistlərin dostu mükafatının təqdimat mərasimində çıxışı zamanı bildirib. Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını söyləyən prezident İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. “Biz hücum diplomatiyası aparırıq”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox olacaq. Dövlət başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcək. “Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır”,-deyən prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatını almaqdan məmnun olduğunu vurğulayıb.
    31.12.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi gələn il 20-dən çox layihə üzərində iş aparacaq
    Təhsil naziri Misir Mərdanov növbəti il üçün təhsil sahəsində görəcəkləri işləri və istiqamətləri açıqlayıb. KƏLAMİNFO xəbər verir ki, nazir jurnalistlərə deyib ki, gələn il əsasən, bu günə qədər başladıqları, ancaq tamamlanmayan işləri başa çatdırmaq fikrindədirlər. Onun sözlərinə görə, bundan başqa, Dünya Bankı ilə birgə bir neçə istiqamətdə həyata keçirdikləri ciddi işlər davam etdiriləcək. “Məktəb tikintisi, İKT, müəllimlərin ixtisasının artırılması, təkmiləşdirilməsi, bağçalar, peşə təhsili ilə bağlı işlər davam etdiriləcək. Adambaşına maliyyələşmə işi genişləndiriləcək, xarici dillərin öyrənilməsi prosesi davam etdiriləcək”,-deyən M.Mərdanov qeyd edib ki, gələn il kurikulum, təhsilin məzmunu, təhsilin keyyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər davam etməli, eyni zamanda bu prosesə yenidən baxılmalıdır, monitorinq və qiymətlənirmə məsələsinə də diqqət yetiriləcək. Nazir qeyd edib ki, növbəti il 20-dən çox layihə üzərində iş aparılacaq.
    31.12.10 Məqaləni oxumaq
     
    Cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5% olub
    Cari ilin 11 ayında Mərkəzi Bank valyuta bazarında 1 mlrd. dolardan çox həə xarici valyuta alışı həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Bankdan veriblər. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0.4% möhkəmlənib. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalıb, Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə isə ucuzlaşıb ki, bu da rəqabət qabiliyyətinə müsbət təsir edib.
    30.12.10 Məqaləni oxumaq
     
    Sabirabad rayon perinatal mərkəzinin açılışı olub
    Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Sabirabad rayon perinatal mərkəzinin açılışı olub. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər. İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulub. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunub. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılıb. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.
    30.12.10 Məqaləni oxumaq
     
    Əmək pensiyalarının ödəniş xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur
    2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcək. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu baxımdan 2011-cu ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2%-i səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulan proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7% çoxdur. Gələn ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 % və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 % və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29% təşkil edəcək.
    30.12.10 Məqaləni oxumaq
     
    Bu il Tibb Universitetinin məzunlarının 80%-ə bölgələr üzrə təyinat verilib
    Səhiyyə Nazirliyində 2010-cu il ərzində görülmüş işlərə dair kollegiya iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. İclasda qonaq qismində Prezidentin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və fövqəladə hallar nazirinin müavini, tibb xidməti general- leytenantı Faiq Tağızadə də iştirak edib. Tədbirdə 2010-cu il ərzində səhiyyə sahəsində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu il səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
    30.12.10 Məqaləni oxumaq
     
    Paytaxtdan kənarda yerləşən ali məktəblərə qəbulda müsabiqə balı aşağı salına bilər
    Paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balı müəyyən qədər aşağı olsa yaxşıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. “Məsələn, Mingəçevirdə texniki institut var. Əlbəttə, oradakı texniki şəraitlə Bakıda yerləşən Texniki Universitetin şəraitini müqayisə etmək olmaz. Bu baxımdan deyirik ki, həmin məktəblərə müsabiqə balının aşağı salınması yaxşı hal ola bilər. Bu təklifin nəzərə alınıb-alınmaycağı barədə isə bir söz deyə bilmərəm. Çünki bu, bizim təklifimizdir”,-deyə M.Mərdanov təklifini əsaslandırıb.
    29.12.10 Məqaləni oxumaq
     
    PA-nın rəhbəri Ramiz Mehdiyev 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair Sərəncam verib
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. KƏLAMİNFO xəbər verir ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, tamaşa, sənədli və bədii filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub. Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.
    29.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib
    Bu gün prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 5 kubmetr su daxil olacaq. Bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək. Kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonunun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək. Bildirilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz–Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib.
    29.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031