Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Bu gün D.Medvedev Polşaya səfər edəcək
    Bu gün Rusiya prezidenti Dmitri Medvedev Polşaya səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt Varşavada Rusiya prezidentini həmkarı Bronislav Komorovski və baş nazir Donald Tuskom qarşılayacaq. Polşa mətbuatına müsahibədə D.Medvedev Rusiya-Polşa münasibətlərində əsas problem Polşanın mərhum prezidenti Lex Kaçinskinin faciəvi şəkildə ölümü olduğunu bildirib. Ekspertlər bildirir ki, Medvedevin Polşaya səfəri Rusiya-Polşa arasında olan soyuq buzları əridəcək.
    07.12.10 Məqaləni oxumaq
     
    Kərbəla hadisəsinin sosial-fəlsəfi mahiyyəti
    Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək səviyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşıb. Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: “Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”.

    Bu sözlər şəhidlər ağasının - İmam Hüseynin (ə) qanla yazdığı sözlərdir və Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır…

    Sovet dönəmində İmam Hüseynə (ə) yas saxlamaq, çəkdiyi müsibətləri xatırlamaq, ağlayıb göz yaşı tökmək yasaq olduğu halda ata-babalarımız bu ənənəni qorumuş, bü mərasimi gizli də olsa yaşatmışlar. Şükürlər olsun ki, artıq müstəqillik şəraiti belə yasaqları aradan götürmüş, ölkəmizin bütün məscidlərində və ayrı-ayrı təkyələrdə müsəlman bacı və qardaşlarımız bu mərasimi azad şəkildə keçirirlər.
    06.12.10 Məqaləni oxumaq
     
    Bakıda “Cənubi Qafqazda sabitlik və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçiriləcək
    Dekabrın 16-da Bakıda “Cənubi Qafqazda sabitlik və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) veriblər. Tədbiri SAM Qafqaz Universitetinin “Beynəlxalq Münaqişələri Araşdırma Mərkəzi” ilə birgə təşkil edəcək.
    06.12.10 Məqaləni oxumaq
     
    G.Məmmədova: “Hər il Azərbaycanda bağlanan nigahların 10 faizə yaxını pozulur”
    Hər il Azərbaycan ailəsi arasında bağlanan nigahların 10 faizə yaxını pozulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova söyləyib. Nigahların bağlanması halının azlığını diqqətə çatdıran G.Məmmədova tövsiyə edir ki, yeni qurulan ailələr mütləq rəsmi nigaha daxil olmalıdırlar. O, insanların nigahların pozulmasını adi hal kimi qiymətləndirdiklərini qeyd edib. Boşanma hallarının qarşısının alınması və digər bu kimi problemlərin aradan qaldırılması ilə bağlı Komitə tərəfindən maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran G.Məmmədova bunun yaratdığı poblemlərlə əlaqədar gənclər, onların valideynlərinin məsuliyyəti ilə bağlı maarifləndirmə xarakterli kampaniyaların aparıldığını söyləyib.
    06.12.10 Məqaləni oxumaq
     
    Ombudsmanın jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələri dekabrın 10-da açıqlanacaq
    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) jurnalistlər arasında elan etdiyi “Hüquqlar – hamı üçün!” mövzusundakı müsabiqənin nəticələri dekabrın 10-da açıqlanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli verib. Z.Məhərrəmi deyib ki, hazırda müsabiqənin Münisflər Heyəti daxil olan məqalələrə baxır. O, müsabiqəyə nə qədər jurnalist yazısının daxil olduğu barədə məlumat verməyib. Xatırladaq ki, Ombudsmanın elan etdiyi müsabiqə 10 dekabr – Beynəlxalq İnsan hüquqları günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilib.
    06.12.10 Məqaləni oxumaq
     
    Bir qrup rabitəçi fəxri adlarla təltif olunublar
    Bu gün Azərbaycanda rabitəçilərin peşə bayramı günüdür. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə bir qrup rabitəçi fəxri adlarla təltif olunublar. RİTN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, nazirin əmri ilə 32 nəfər rabitəçi “Rabitə ustası” fəxri adı ilə təltif olunub, 46 rabitəçi isə Fəxri Fərmanla təltif edilib.
    06.12.10 Məqaləni oxumaq
     
    Türkiyənin sənaye və ticarət naziri: “Əgər Türkiyə səbrli olmasaydı, indi Ermənistanla böyük problemlərimiz olardı”
    Türkiyə Qafqazda sabitlik üçün daima çalışır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Qarsda səfərdə olan Türkiyənin sənaye və ticarət naziri Nihat Ergin deyib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında münaqişənin tezliklə həll olunması Türkiyə üçün vacib olan bir məsələdir. Bu hər üç olkəyə kömək edəcək. Türkiyəli nazir əlavə edib ki, əgər Türkiyə səbrli olmasaydı, indi Ermənistanla böyük problemlərimiz olardı.
    06.12.10 Məqaləni oxumaq
     
    Türkiyəli diplomat ATƏT-in Baş katibi postuna ən real namizəddir
    Türkiyəli diplomat Ersin Erçin ATƏT-inin Baş katibi postuna real namizəddir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, , türkiyəli diplomat təşkilata üzv olan 52 ölkədən 25-nin dəstəyini qazanıb. ATƏT-in Baş katibi postuna seçkilər isə 2011-ci ilin yaz aylarında baş tutacaq. Qeyd edək ki, hazırda ATƏT-in baş katibi Mark Perren de Brişambodur.
    06.12.10 Məqaləni oxumaq
     
    Bələdiyyələrin 47%-i “reket mətbuatın” “fəaliyyəti”ndən əziyyət çəkir
    “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi bələdiyyə və media münasibətlərinə aydınlıq gətirmək məqsədilə sentyabr-oktyabr aylarında Bakının 50 bələdiyyəsi arasında yazılı sorğu keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən veriblər.
    Əsasən bələdiyyənin bu günkü durumu, media ilə əlaqələrin səviyyəsi və müasir inormasiya texnologiyaların tətbiqi səviyyəsi ilə bağlı sualların daxil edildiyi sorğuda bələdiyyələrin 68% media ilə münasibətlərin intensiv xarakter daşımadığını, 20% münasibətlərin normal olduğunu, 12 % isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib. Bakı bələdiyyələrinin 82%-i sakinlərinə hesabat verdiklərini qeyd etsələr də, 38%-i bu hesabatın təqdimatından narazılığını ifadə ediblər.
    04.12.10 Məqaləni oxumaq
     
    Bakıda Avropa film festivalı keçiriləcək
    Dekabrın 10-16-da Bakıda Avropa Film Festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.
    Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcək. (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya). Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur.
    04.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031