|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
|
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Görüşdə ölkələrarası, parlamenlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib. S.Seyidov rektoru olduğu ali təhsil ocağının tarixindən bəhs edərək ADU-nun Azərbaycanda unikal tədris müəssisəsi olduğunu xanım Hisae Nakanishinin diqqətinə çatdırıb. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin açıldığını və gündən-günə bunların sayının artdığını bildirən S.Seyidov ADU-da ingilis, alman, fransız, ispan, italyan dillərinin öyrənilməsi ilə yanaşı, Universitetdə Beynəlxalq əlaqələr və Regionşünaslıq, həmçinin Tərcümə fakeltələrinin mövcudluğunu vurğulayıb.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
Ermənistanın baş naziri Tiqran Sərkisyan Vladimir Putinlə görüşüb
|
Ermənistan Rusiyanın etibarlı partnyorudur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Vladimir Putin Sankt-Peterburqda erməni həmkarı Tiqran Sərkisyanla görüşündə deyib.
Onun sözlərinə görə, keçən il iqtisadi böhtana baxmayaraq, Rusiya Ermənistana köməyini əsirgəməyib və İrəvana 500 mln. kredit ayırıb. V. Putin bildirib ki, ölkələrarası iqtisadi,sosial və hərbi sahədə də əməkdaşıqlar davam edəcək.
T. Sərkisyan isə qeyd edib ki, Ermənistanda Rusiya sahibkarları üçün hər bir şərait yaradılıb.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
Magistr və ya doktorontların YUNESKO-da iştirak etmək şansı var
|
YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsindən ibarətdir.
Proqramda iştirak etmək üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır.
Proqramda təhsilin iqtisadiyyatı, təhsil siyasəti, təhsilin keyfiyyəti, təhsildə idarəetmə, geologiya və ya geofizika, coğrafi informasiya sistemləri, riyaziyyat və ya fizika, elm və texnologiya etikası, antropoliya, etnologiya, sosiologiya, politologiya, maliyyə menecmenti, maliyyə və ya mühasibatlıq, informatika, informasiya sistemləri və bu kimi sahələrə üstünlük veriləcək.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
“Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyinə həsr olunan tədbir keçiriləcək
|
Dekabrın 24-də Bakıda Rusiyanın Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyinə həsr olunan tədbir keçiriləcək.
Milli QHT Forumundan KƏLAMİNFO-ya verilən məlumata görə, “Çelyabinsk və Azərbaycan-dostluq və əməkdaşlıq yolunda” mövzusunda keçiriləcək tədbirdə iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərindən söhbət açılacaq, Azərbaycan və Çelyabinskinin on günlük dekadası haqqında məluat veriləcək. Həmçinin konfransda Çelyabinsk-Azərbaycan arasında 2011-2012-ci illərdə birgə əməkdaşlıq proqramı da ictimaiyyətə təqdim olunacaq.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
DQMK əməkdaşları Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb
|
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri ilə görüşüb. DQMK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş DİA-da baş tutub.
Görüşdə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Seymur Alıyev iştirak ediblər.
Görüşdə R.Məcidbəyli DQMK-nin fəaliyyəti, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və təmsil etdiyi qurum tərəfindən 2010-cu oktyabr-noyabr aylarında elan edilən müsabiqələrin gedişatı barədə ətraflı məlumat verib.
Sonra R.Məcidbəyli və V.Əsgərov tələbələri maraqlandıran sualları cavablandırıblar.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
Millət vəkili Jalə Əliyeva: “Birdə gördüm ki, özüm də hiss etmədən millət vəkiliyəm”
|
Artıq parlament seçkiləri arxada qalıb. Milli Məclisə keçirilən seçkilərdə 125 deputat yerinin yarıdan çox hissəsini təkrar seçilən millət vəkilləri tutdu. İndi cəmiyyət seçkilərdən deyil, seçilən deputatların qarşısında duran məsələrin həllini müzakirə edir. Müsahibimiz də təkrar seşilən deputat, filologiya elmlər doktoru Jalə xanım Əliyevadır.
Jalə xanım, parlamentdə Mədəniyyət komitəsində təmsil olunursunuz. Dəfələrlə bu sahədə kifayət qədər mövcud problemlərimizdən bəhs etmisiniz, o cümlədən efir məkanı ilə bağlı...
- Elədir. Ümumiyyətlə son zamanlar parlamentin Mədəniyyət komitəsində Azərbaycanın efir məkanı ilə bağlı məsələlər ən aktual müzakirə mövzularından olub. Çünki, biz bu məsələlərdə vaxtında sözümüzü deməliyik. Günü-gündən lazımsız verilişlərin sayı da artmaqdadır. Baxmayaraq ki, ötən il akademik Ramiz Mehdiyevin Azərbaycanın efir məkanı ilə bağlı məlum məqaləsi bu sahədə kifayət qədər həyəcan təbili çaldı. Bu məqalədən çox yararlanmaq olardı. Nəzərə alsaq ki, televiziya cəmiyyətdə aparıcı vasitələrdən biridir, o zaman bu gedişlə biz hara gedirik?
|
23.12.10 Məqaləni oxumaq
|
|
|
ETSN “Azər-Yod” MMC-yə icrası məcburi olan göstəriş verib
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini adından “Azər-Yod” MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşma ilə əlaqədar daxil olub.
Şikayət məktubu Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, “Azər-Yod” MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər.
|
23.12.10 Məqaləni oxumaq
|
|
|
SKMF Xızı rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
|
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xızı rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb,
SKMF tərəfindən Xızı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İntensiv heyvandarlıq və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) təsərrüfatlarının inkişafı;
|
23.12.10 Məqaləni oxumaq
|
|
|
Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün Bakıya səfəri başlayıb
|
Bu gün Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayır. Gənclər və İdman Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını, və “Şəhidlər Xiyabanını” ziyarət edəcəklər.
Sabah isə Y.Akgülün gənclər və idman naziri Azad Rəhimovla görüşü olacaq.
Bununla yanaşı qonaqlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eyni zamanda idman bazaları ilə tanış olub, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcək. Üç gün davam edəcək səfər proqramı çərçivəsində Türkiyənin Gənclər və İdman Direktoru Yunus Akgül şəhərimizin tarixi yerləri ilə tanış olub, “İçəri şəhər” də ekskursiya etmək imkanı əldə edəcək. Səfər 25 dekabr tarixinədək davam edəcək.
|
23.12.10 Məqaləni oxumaq
|
|
|
ADU-da xalq şairi Nəriman Həsənzadə ilə görüş olacaq
|
Sabah Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq. Görüşdə tanınmış ədəbiyyat xadimləri – Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, millət vəkili Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirak edəcəklər.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək.
Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
|
23.12.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|