Türkiyәnin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Azәrbaycan xalqını tәbrik edib
|
Türkiyәnin Azәrbaycandakı sәfiri Hulusi Kılıç qarşıdan gәlәn 31 dekabr Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni 2011-ci il münasibәti ilә Azәrbaycan xalqını tәbrik edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türkiyәnin Azәrbaycandakı sәfirliyindən veriblər.
“Yeni ilin Azәrbaycanda yaşayan bacı vә qardaşlarıma vә bütün Türk dünyasına sülh, әminamanlıq, cansağlığı, bәrabәrlik, sevinc, xoşbәxtlik vә bәrәkәt gәtirmәsini dilәyirәm”,-deyə təbrikdə vurğulanır.
|
27.12.10 Məqaləni oxumaq
|
|
|
Semyon İxılova Prezident İlham Əliyevin Fəxri Diplomu təqdim olundu
|
Bu günlərdə prezident İlham Əliyevin Sərəncamına əsasən Dağ Yəhudiləri Dini İcmasının sədri Semyon İxılov ölkə rəhbərinin Fəxri Diplomu ilə təltif edilib. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) diplomun S.İxılova təqdim edilməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK sədri Hidayət Orucov bildirib ki, S.İxılov Azərbaycanda xalqlar arasındakı səmərəli fəaliyyətinə görə prezident İlham Əliyevin Fəxri Diplomuna layiq görülüb. O, 10 il əvvəl S.İxılovun prezident Heydər Əliyev tərəfindən Şöhrət ordeni ilə də təltif edildiyini xatırladıb. S.İxılovun fəaliyyətindən bəhs edən H.Orucov qeyd edib ki, S.İxılov ölkədə fəaliyyət göstərən bütün dini konfensiyalar üçün böyük işlər görüb.
|
27.12.10 Məqaləni oxumaq
|
|
|
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Toylı Komekovu Azərbaycana səfir təyin edib
|
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov Toylı Komekovu Azərbaycana səfir təyin edib. KƏLAMİNFO xəbər verir ki, Toylı Komekov 2009-cu ildən Prezident yanında Xəzər dənizi ilə bağlı məsələlər üzrə dövlət müəssisəsinin rəhbəri işləyib.
Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov təyinatla bağlı müvafiq sərəncam imzalayıb.
T. Komekov son iki il ərzində həm də xarici işlər nazirinin müavini olub və Bakıda keçirilən ikitərəfli danışıqlarda Türkmənistan nümayəndə heyətinə başçılıq edib.
|
25.12.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
|
Bu gün Prezident İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ), oranı bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
|
25.12.10 Məqaləni oxumaq
|
|
|
AMEA-nın şöbə müdiri: “Gələn il 2 elmi layihənin icrasına başlanılacaq”
|
Gələn ildən etibarən Fransa, Azərbaycan və Gürcüstan alimləri tərəfindən birgə 2 layihənin icrasına başlanılacaq.
Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov söyləyib.
Ə.Həsənov xatırladıb ki, layihələrin dəstəklənməsi və həyata keçirilməsi ilə bağlı Fransanın müvafiq elmi təşkilatı ilə müqavilə bağlanılıb. Onun sözlərinə görə, icra ediləcək layihələr elmin müxtəlif istiqamətlərinə aiddir və iki il dava edəcək.
|
25.12.10 Məqaləni oxumaq
|
|
|
Keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın baş verib
|
Bakının Səbail rayonu ərazisində, keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın baş verib. KƏLAMİNFO xəbər verir ki, yanğın saat 10.00 radələrində xəstəxananın damında başlayıb.
Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək vəzifəli şəxsləri də hadisə yerindədirlər. Yanğının qonşu binalara keçməsinin qarşı alınıb
Hazırda üçmərtəbəli binanın 3-cü mərtəbəsi yanır.
|
25.12.10 Məqaləni oxumaq
|
|
|
|
|
|
Hirkan Milli Parkında 731,56 manat məbləğində qanunsuz olaraq ağaclar kəsilib
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkında Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktı aşkar edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər.
|
24.12.10 Məqaləni oxumaq
|
|
|
|