Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Erməni ordu generalı: “Qarabağda müharibənin yenidən başlanması təhlükəsi çox yaxındadır”
    Yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllində dəyişikliklərin olacağı inanılmazıdr, bu müharibəin yenidən başlanması təhlükəsinin çox yaxında olması ilə bağlıdır. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ordu generalı Qurgen Delibaltayan açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan əgər super dövlətlərin qənaətini nəzərə alarsa bu təhlükə sovuşacaq. “Hazırda Azərbaycan maddi-texniki mənada müharibəyə hazırdır, amma digər mənalarda yox. Çünki, azərbaycanlılar bundan əvvəlki müharibədə itirdikləri üzündən hələ də özlərinə gəlməyiblər. Onlar biz ermənilərin Azərilərə nə edə biləcəyimizi çox yaxşı bilirlər”,-deyə erməni general vəhşiliyini gizlətməyib.
    10.12.10 Məqaləni oxumaq
     
    Milli Məclisin komitə sədrləri H.Rəcəbli, Eİbrahimov və deputat H. Mirələmov Daşkənd şəhərinə gediblər
    Bu gün Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov Özbəkistanın Daşkənd şəhərinə səfərə yola düşüblər. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatlar Hüseynbala Mirələmovun “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimində iştirak edəcəklər. Millət vəkilləri görkəmli dövlət xadiminin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər. Səfər dekabrın 13-də başa çatacaq.
    10.12.10 Məqaləni oxumaq
     
    Bakıda Mstislav Rostropoviç adına IV beynəlxalq festival keçiriləcək
    Bakıda dekabrın 12-də Mstislav Rostropoviç adına IV Beynəlxalq Festivalı öz işinə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva verib. O, bildirib ki, festivalın açılışı dekabrın 12-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq və festival çərçivəsində müxtəlif günlərdə tədbirlər keçiriləcək. “Dekabrın 13-də saat 15.00-da Rostropoviçlərin Ev Muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti keçiriləcək. Həmin axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Yuaşmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Dövlət Dəniz Administrasiyasının mütəxəsissləri beynəlxlaq tədbirdə iştirak edirlər
    Azərbaycannın Dövlət Dəniz Administrasiyasının mütəxəsissləri Ukraynanın Odessa şəhərində Beynəlxalq Dəniz Təşkilatları tərəfindən keçirilən “Gəmilərdə paslanmanın qarşısının alınması üsullarına dair Konvensiya” adlı Beynəlxlaq tədbirdə iştirak edirlər. Administrasiyasının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Rumıniya, Bolqarıstan, Türkiyə, Albaniya, Rusiya və digər ölkələrin Dəniz Administrasiyasının mütəxxəsisləri iştirak edirlər.
    09.12.10 Məqaləni oxumaq
     
    Cari ildə 60-dan çox tələbə Azərbaycan Tibb Universitetindən xaric olunub
    Cari il əvvəlki illərdən fərqli olaraq 60-dan çox tələbə Tibb Universitetindən xaric olunub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. “Səbəb isə, səhlənkarlıq, dərs davamiyyətinin xeyli aşağı düşməsi, imtahanlarda qeyri- kafi nəticələr göstərmək, nizam-intizamın ciddi pozulmasından ibarətdir. Bu göstəriciyə görə də, artıq biz bunun üstünə çox ciddi düşmüşük”,-deyə rektor vurğulayıb. O, bildirib ki, əvvəlki illərdən fərqli olaraq istər yerli, istərsə də xarici vətəndaşlar arasında oxumaq üçün universitetə müraciət edənlərin sayında ciddi artım var. “Buna görə də, əvvəlki illərdən fərqli olaraq biz artıq seçim qarşısında qalmışıq”,-deyə Ə.Əmiraslanov əlavə edib. Ə.Əmiraslanov bildirib ki, son iki il ərzində Tibb Universitetinin bütün fakültələri İngilis dili bölməsi yaradılıb. O, qeyd edib ki, buna qədər universitetdə Azərbaycan dili ilə yanaşı rus dilində tədris aparıldığı halda, artıq praktiki olaraq bütün fakültələr üzrə İngilis dilində də tədris aparılır.
    09.12.10 Məqaləni oxumaq
     
    Ombudsman Aparatı erməni təcavüzündən bəhs edən materialları beynəlxalq ictimaiyyətə təqdim edib
    Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil olunan “Hərbi münaqişələr, sülhməramlılıq missiyası, münaqişə obyektlərində işвЂќ mövzusunda ixtisaslaşmış treninqdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Treninqdə həm hərbi, həm də mülki sahələri əhatə etməklə insan hüquqlarının müxtəlif aspektləri, həmçinin miqrasiya, qaçqınların hüquqlarına dair məsələlər müzakirə olunub.
    09.12.10 Məqaləni oxumaq
     
    İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək
    İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili verib. Onun sözlərinə görə, İran bütün tərəflərin qarşılıqlı razılığı əsasında növbəti görüşü keçirməyi təklif edib. Danışıqların növbəti mərhələsində əməkdaşlıq müzakirənin əsas predmeti olacaq. Avropa komissiyasının vitse-prezidenti Ketrin Eşton İranın nüvə problemi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyi haqda informasiyanı təsdiq eidb. "Biz İranın hüquqlarına hörmət edirik, amma eyni zamanda İrandan öhdəliklərin əməl etməsinə təkid edirik.Bu problemi nizama salmağa həmişə hazırıq”, -deyə K.Eşton vurğulayıb.
    09.12.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir. Şuranın iclasında 18 məsələ müzakirə olunacaq. Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar.
    09.12.10 Məqaləni oxumaq
     
    Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışı oldu
    Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan və M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışının müdavimlərinə diplomların təqdim edilməsi münasibətilə tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, iki il öncə az bir heyətlə fəaliyyətə başlayan “Gənc Ədiblər Məktəbi”nin sıraları getdikcə genişlənir. K.Tahirov qeyd edib ki, məktəbin formalaşması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi dəstək göstərilib və Milli Kitabxana da gənc ədibilər üçün münbit şərait yaradıb.
    09.12.10 Məqaləni oxumaq
     
    “ABŞ Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalmasından ciddi narahatdır”
    “Biz Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalması, eləcə də son vaxtlar regionda baş verən münaqişələrlə bağlı ciddi narahatlığımızı ifadə edirik. Belə bir vəziyyət olduqca qorxuludur və irəliləyişin əldə olunması üçün bizim səylərimizin intensivliyini zəruri edir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin köməkçisi Filip Qordon bildirib. O, qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır və bu istiqamətdə onunla əməkdaşlığa hazırdır. “Bəli, Rusiya bu prosesdə fəal rol oynayır və biz ümid edirik ki, ABŞ kimi o da ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə əsaslanan sazişin əldə olunmasını istəyir. Vaşinqton bütün tərəflərlə daimi əlaqədədir və bu münaqişənin həllində çox maraqlıdır”,-deyə Ağ Ev rəsmisi bildirib.
    08.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031