Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Qafqaz ölkələri vahid ittifaqda birləşə bilər
    Qafqaz ölkələrinin ittifaq halında birləşməsi o qədər də çətin deyil. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qafqaz Geosiyasi Tədqiqatlar Fondunun rəhbəri Maqometali Daudov bildirib. O, qeyd edib ki, bunun üçün bölgə dövlətləri ilə mümkün razılığın əldə olunması kifayətdir. “Bütün problemlərə, toqquşma və mövqe müxtəlifllikləri, habelə məhəlli münaqişələrə rəğmən fikrimcə, vahid Qafqaz ideyasının yaşamaq hüququ var. Bu ideya gözəldir və onu həyata keçirmək üçün bölgə dövlətlərindən iradə tələb olunur. Belə iradə olarsa, regionda bütün problemləri həll etmək mümkündür”,-deyə M.Daudov vurğulayıb. Qeyd edək ki, Qafqazın vahid ittifqda birləşməsi ideyası Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən irəli sürülüb. O, vahid Qafqaz ideyasının reallaşacağını və Qafqazın birləşəcəyini hesab edir.
    29.12.10 Məqaləni oxumaq
     
    Noyabrda Azərbaycandan 44 723 turist Türkiyəyə səyahət edib
    Cari ilin noyabr ayında Türkiyəyə 27 mln-dan çox turist səyahət edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni il ərəfəsində Türkiyəyə turistlərin böyük marağının olması ilə ilin sonuna yaxın bu rəqəmin daha da artacağı gözlənilir. Türkiyəyə səyahət edənlər arasında liderliyi alman və İran turistləri bölüşür.İlk onluqda rusların da adı çəkilir. Azərbaycandan isə təkcə noyabr ayında 44 723 turist Türkiyəyə səyahət edib. Türkiyə Turizm Nazirliyinin məlumatına görə, turistlər qışda daha çox Belek, Uludağ dağ xizək kurortuna vəAntalyanın mehmanxanalarına getməyə üstünlük verirlər.
    29.12.10 Məqaləni oxumaq
     
    Bu il 105 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub
    Jurnalistlərin peşəkar fəaliyyəti üçün ən təhlükəli ölkələr Meksika və Pakistan hesab olunur. KƏLAMİNFO BBC-yə istiadən xəbər verir ki, Meksikada bu il 14 jurnalist qətlə yetirilib. Onların qətl səbəbi isə narkobaronlar və cinayətkar qruplaşmaların fəaliyyətinin araşdırılması ilə məşğul olmalarıdır. Eyni nəticə Pakistanda da qeydə alınıb. Jurnalistlər üçün ən təhlükəli ölkələr siyahısında Meksika və Pakistandan sonra Honduras, İraq, Filipin, Rusiya və Kolumbiya yer alır.
    29.12.10 Məqaləni oxumaq
     
    Bu il Azərbaycan üçün nə olmalı idi, nə oldu?
    Artıq 2010-cu ili yola salmaq ərəfəsindəyik. Bu il əvvəlki illərlə müqayisədə siyasi proseslərin dinamikliyi ilə yadda qaldı. Bu baxımdan da ölkə ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində 2010-cu ilə daha çox ümidlər var idi. Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa KƏLAMİNFO-ya müsahibəsində bildirib ki, bu il istər-istəməz daha çox seçki ili kimi yadda qaldı. Millət vəkili deyir ki, ümumilikdə ölkə daxili sabitliyin qorunması prinsipilə seçkilərə hazırlıq və onun uğurla keçirilməsi 2010-cu ildə Azərbaycan dövlətinin daxili siyasətinin başlıca meyarını təşkil etdi. “Bu baxımdan düşünürəmki, bu halı uğurlu hesab etmək olar”,-deyə F.Mustafa vurğulayıb. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi bu ildə Azərbaycan siyasətində əsas arqument xarici siyasətin aktuallığı olub. “Buna səbəb də artıq neçə illərdir yaşadığımız Dağlıq Qarabağ məsələsinin həll olunmamasıdır. Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin baş tutmasına baxmayaraq danışıqlarda heç bir irəliləyiş əldə olunmadı. Əksinə, cəbhə bölgəsində itkilərə məruz qaldıq.
    29.12.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu 2010-cu ilə dair hesabat verdi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. İnstitutdan KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda çıxış edən AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib ki, bu il Geologiya İnstitutunun bir neçə alimi Azərbaycanın elm sahəsi üzrə Dövlət Mükafatı ilə təltif edilib. Onun sözlərinə görə, bu, geoloqların cari ildə qazandığı ən böyük uğurlardan biridir.
    28.12.10 Məqaləni oxumaq
     
    Məcburi köçkün tələbələrin təhsil haqları oxuduqlara ali məktəbə kompensasiya edilə bilər
    Təhsil naziri Misir Mərdanov ali məktəblərə ödənişli əsaslarla qəbul olan məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil haqlarının müvafiq qaydada kompensasiya edilməsi təklifi ilə çıxış edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı nazir M.Mərdanov söyləyib. Nazir irəli sürdüyü təklifini də əsaslandırıb. “Dövlət məcburi köçkünlərin digər sosial xərcələrini nəzərə aldığı kimi, təhsil xərclərini də nəzərə ala bilər və bununla da ali məktəblərin probleminin xeyli hissəsi həll olunmuş olar”,-deyə M.Mərdanov əlavə edib. Nazir ali məktəbələrin yataqxanalarının boşaldılması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, bu prosesə gələn ildən etibarən Bakı Dövlət Universitetindən (BDU) başlanacaq.
    28.12.10 Məqaləni oxumaq
     
    Xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir?
    Gənclərin kitab oxumamasının səbəbi kitabların baha qiymətə satılmasıdırmı? KƏLAMİNFO bu suala cavab tapmaq üçün tələbələr arasında sorğu aparıb. Araşdırmanın nəticəsi isə birmənalı deyil. Belə ki, gənclərlə söhbət zamanı onların mütaliəyə maraqları olduğunu duyduq. Onlar əsasən mütaliə üçün kitabxanalara üz tuturlar. Buna səbəb isə kitab mağazalarında bahalığın olmasıdır. Tələbə Fatimə Kərimova kitabların bahalığından şikayətlənib: “Qiymətlər büdcəmə uyğun olmadığından, ancaq kütləvi kitabxanalara üz tutmalı oluram.
    28.12.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 2011 il üçün qadın və uşaq problemləri üzrə tədbirlər planı hazırlanıb
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Komitədən veriblər. İclasda komitə sədri Hicran Hüseynova qurumun cari ildə fəaliyyətini geniş təhlil edib və qarşıda duran vəzifələr barədə danışıb. Tədbirdə AQUPDK üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil” mövzusunda tədqiqat aparılıb, tövsiyələr hazırlanıb.
    28.12.10 Məqaləni oxumaq
     
    Mehriban xanım Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülüb
    Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, mükafat “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı tərəfindən təqdim olunub. Təşkilatın sədri Fərid Şahbazlı mükafat bütün sahələrdə olduğu kimi, gənclərə göstərdiyi diqqət və qayığısına görə Mehriban xanım Əliyevaya verildiyini bildirib.
    28.12.10 Məqaləni oxumaq
     
    ARDNŞ prezidenti TPAO şirkətinin nümayəndə heyətini qəbul edib
    Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyə Petrollari Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib.
    28.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031