Ermənistan prezidenti eks həmkarı R. Köçəryanın kadrlarından qurtulmaq istəyir
|
Ermənistan prezidenti Serj Sarkisyan eks prezident Robert Köçəryanın yaxınlarını ətrafından təmizləmək istəyir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, hazırda Baş nazirin müavini, R.Köçəryanın ən sadiq kadrlarından biri Armen Qevorkyanın yaxın zamanlarda vəzifəsindən azad ediləcəyi bildirilir. Onun yerinə isə Ermənistan polisinin rəhbəri Alik Sarkisyan gətiriləcək. Ermənistanın eks prezidenti R.Köçəryan isə S.Sarkisyanın yaxın ətrafı ilə iş aparır. Xüsusilə S.Sarksiyandan narazı olan oliqarx və məmurların R.Köçəryanın ətrafında birləşiblər. R.Köçəryan prezidentin ətrafını əmin edir ki, S.Sarkisyan Türkiyə-Ermənistan münasibətlərində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də istənilən an istənilən sənədi imzalaya və Qarabağı verə bilər.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu aylıq hesabat verdi
|
Bu gün Trend Xəbərlər Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər veir ki, konfransda M.Əhəmdoğlu ilk olaraq diqqəti “WikiLeaks” saytında dərc olunan məlumatlara və Turqut Ərin yazdığı Azərbaycan hakimiyyətini ittiham edən “Azadlıqdan Tiranlığa” doğru kitabına yönəldib.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
|
“Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
|
Bu gün Bakıda “Crown” mehmanxanasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkilatçılığı ilə “Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, bildirib ki, hazırda Azərbaycanda 14 kabel TV fəaliyyət göstərir. O, AKAO-nun yaranmasının zərurətdən irəli gəldiyini söyləyib və bu qurumun hüquqi bazasının hazırlanması və müzakirəsində Şura ilə birgə çıxış edəcəyinə əminliyini ifadə edib.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib
|
Bu gün “Bakı Expo center” Sərgi Mərkəzində Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, sərgi iki ölkə prezidentlərinin təşəbbüsü və tapşırığı ilə həyata keçirilir. Y.Eyubov qeyd edib ki, bu cür sərgilərin keçirilməsi sübut edir ki, hər iki dövlət dost və qardaş ölkədir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi bizim potensiyalımıza uyğun olmasada bu cür sərgilərin keçirilməsindən istifadə edərək çalışacağıq ki, bu həcmi artıraq. Y.Eyyubov gələcəkdə də bu cür sərgilərin keçirilməsinin davam edəcəyini söyləyib.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Bakıda xəzər zirvəsi
|
Ötən ay ölkəmiz üçün əlamətdar oldu. Belə ki, Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etdişlər.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Yaradan və yaradılan
|
Planetimizin bizə bənzər canlı olmasını təsdiq edən dəlillərin mövcudluğu barədə müasir elm aləmində yetərli məlumatlar var. Cismimizin dəri qatının sayı ilə planetin qatlarının sayının eyni olması isə hamıya bəllidir. Belə ki, cismimizin dəri qatının ruh pərdəsi ilə əhatə olunduğu kimi planetin qatlarının alimlərin neytral zona adlandırdığı qatın da, planetin qatlarını əhatə etdiyi məlumdur. Bu qat planetin son - ruh qatıdır. Bu qatın sayəsində Yer üzərində olanlar kosmik fəzaya dağılmaqdan qorunurlar. Yerin bütün qatları onun özəyinə qədər, xaricdən bu təbəqə adi şəffaf qat kimi görünür.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
“Vətənin hər qarışını özləmək”
|
Əlbəttə, bu hiss ancaq vətənindət ayrı düşən insanlara məxsusdur. Onlar üçün vətən həmvətələrinin qoxusu kimi əzizdir, onlar üçün vətən ifadəolunmaz bir hiss kimi qəlblərinə həkk olur. Onlar Azərbaycandan qərib yaşasalar da, azərbaycanlılara qərib deyillər. Onlar üçün ən sevimli günü məhz vətənlə bağlı xoş xəbər eşitməkdir. Və o xəbəri iyun ayının 19-da eşitdilər. Belə ki, azərbaycanlı zabit Mübariz İbrahimov 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Sosial həmrəylik...
|
İndiki şəraitdə buna bizim ehtiyacımız var
Reallıq və reallığa münasibət həmişə əksər insanlar üşün müşkül görsənib. Həmişə xəyallarla uğraşan insan övladı bəlkə də öz xəyalları ilə yaşadığı reallıqlardan qat-qat çox dünyalar qurur, həyat yaradır. İnsanın mənəvi aləmini əsas götürsək müşahidə edərik ki, onun adi həyatında, daha dəqiq desək, sosial həyatında istənilən bir uğurun bünövrəsi elə xəyallarda yaranır. O zaman insanın müsbət xəyallarının real aləmdə gerçəkləşdirən cəsarətin zəruriliyi danılmazdır. Zaman keçdikcə, həyat Yer üzündə sürətlə inkişaf etdikcə, sosial münasibətlərdən doğan təlabatlar insanı gerçək həyatda mübarizəyə daha sıx cəlb etməyə başlamışdır. Məhz belə mübarizələr insanlarda kollektivləşmə və həmrəylik münasibətlərinin yaranmasına təkan vermişdir. Bu baxımdan da sosial həmrəylik cəmiyyət üçün aktual məsələyə çevrilir.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Şamaxı cümə məscidi yenilənir
|
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur. Milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulmuşdur.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
|