Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Bakıda “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda seminar keçirilir
    Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı ofisi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar keçirir. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən QHT Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirib ki, təmsil etdiyi qurum və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə regionlarda QHT-lərə dəstək üçün birgə təlim keçirəcək. Onun sözlərinə görə, təlimlərdə ümumilikdə 20-yə yaxın mütəxəssis iştirak edəcək. “Təlimlərdə iştirak edəcək mütəxəssislərin 10 nəfəri QHT Şursı, 10 nəfəri isə ATƏT-in Bakı ofisi tərəfindən seçilib. Biz bu seçimə böyük məsuliyyətlə yanaşmışıq. Çünki bu təlimi keçirəcək şəxslər QHT işini, onun fəlsəfəsini, mahiyyətini və inkişaf yolunu bilən olmalıdır. O üzdən də biz təlimçilərin əksər hissəsini Milli QHT Formunun potensialını yüksək qiymətləndirərək bu işə cəlb etdik”,-deyə F.Qurbanov qeyd edib. ATƏT-in Bakı ofisinin nümayəndəsi Fiorentina Azizi bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda QHT biliklərinin artırılmasına hər zaman dəstək verir.
    03.12.10 Məqaləni oxumaq
     
    Dövlət Film Fonduna son bir ildə 72 film daxil olub
    Son iki ildə Dövlət Film Fonduna (DFF) müxtəlif şəxsi fondlar üzrə 497 arxiv sənədi daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində DFF-nin sədri Cəmil Quliyev bildirib. C.Quliyevin sözlərinə görə, daxil olan arxiv sənədləri Azərbaycan mədəniyyət tarixində iz qoymuş ayrı-ayrı şəxsiyyətlərin adına açılmış fondlar üzrə yerləşdirilib. “Bunlar bilavasitə həmin insanlara aid sənədlərdir. Bu “Mikayıl Mikayılov Fondu” 32 sənəd, “Səməd Mərdanov Fondu” 52 sənəd, “Əkbər Fərzəliyev Fondu” 36 sənəd, “Arzu Bağırov Fondu” 31 sənəd, “Eldar Mansurov Fondu” 42 sənəd, “Atamoğlan Rzayev Fondu” 10 sənəd, “Məlik Dadaşov Fondu” 190 sənəd, “Tahir Salahov Fondu” 26 sənəd, “Süleyman Ələsgərov Fondu” 38 sənəd və “Xan Babayev Fondu” 40 sənəddən ibarət olan arxivlərdir”,-deyə Fondun sədri bildirib. C.Quliyev həmçinin qeyd edib ki, son bir il ərzində 72 saxlama vahidi həcmində filmlər daxil olub. “Bunlardan 22-i kaset şəklində, 50-i isə divikam şəklində daxil olub”,-deyə sədr vurğulayıb.
    03.12.10 Məqaləni oxumaq
     
    Dmitri Medvedev qəfil ATƏT-in Astana sammitini tərk edib
    Rusiya prezidenti Dmitri Medvedev bu gün Astanada keçirilən ATƏT sammitində iştirakını başa vuraraq Qazaxıstanı tərk edib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, D.Medvedevin köməkçisi Sergey Prixodko əvvəlcədən prezidentinn sammitdə dekabrın 1-2-də iştirak edəcəyini söyləmişdi. Bu gün isə, Rusiya prezidenti qəfil Moskvaya dönüb. Rusiya rəhbərinin uçuşuna çərşənbə günü Astananı bürüyən güclü çovğun da mane ola bilməyib. Səbəblər açqlanmır.
    03.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz
    Son proseslər bizi bu qənaətə gəlməyə vadar edir ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu gün Türkiyə ilə Azərbaycan və Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. “Bir çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Burdan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanları yoxdur? Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır? İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi bizi bu gün şox düşündürür”,-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətə görə, Azərbaycan qonşu xalqların dostluq, iqtisadi yarış mərkəzi ola bilər: “Sözün yaxşı mənasında, rəqabət mərkəzi ola bilər, ancaq Azərbaycan qarşıdurma mərkəzi ola bilməz. Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz.”
    03.12.10 Məqaləni oxumaq
     
    Serj Sarkisyan Astanada yenə sərsəm bəyanatla çıxış edib
    Azərbaycan hərbi güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" tanımaqdan başqa çıxış yolu qalmayacaq. KƏLAMİNFO "Novosti Kazaxıstan"a istinadən xəbər verir ki, bu bəyanatla ATƏT-in Astanada davam edən sammitinin plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib. S.Sarkisyan qeyd edib ki, Ermənistan hərbi əməliyyatların bərpa olunmasını qətiyyən istəmir: “Azərbaycanın güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağ və onun hüquqi statusunu tanımaq, həmçinin orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onun imkanlarını gücləndirməkdən başqa seçimi qalmayacaq”,-deyən erməni prezidenti iddia edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir və onun yeganə məqsədi maksimum dərəcədə Ermənistana ziyan vurmaqdır.
    02.12.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “ATƏT-in Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib"
    ATƏT-in Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov verib. Ə.Həsənov bildirib ki, əgər gələcəkdə də Ermənistan bu mövqesində dayanmaqda davam edərsə, Azərbaycan ərazilərini öz gücü ilə azad etməyə məcbur olacaq.
    02.12.10 Məqaləni oxumaq
     
    Cenevrədə Ümumdünya Radiorabitə seminarı keçiriləcək
    Cari ilin 6-10 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Seminarı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Radiotezliklər İdarəsindən veriblər. Tədbirdə Azərbaycanı DRİ-nin Beynəlxalq Əlaqələr və Koordinasiya şöbəsinin rəisi Mehti Ağagülov və şöbənin mühəndisləri – Nizami Abdullayev və Şamil Qasımzadə təmsil edəcək.
    02.12.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: "Mən həm Türkiyə, həm də Azərbaycan KİV-ni xarici maraqlara tribuna olmamağa çağırıram"
    "Mən həm Türkiyə, həm də Azərbaycan KİV-ni xarici maraqlara tribuna olmamağa çağırıram". KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, səhifələrinizi, ekranlarınızı, dalğalarınızı millətinizə, dövlətinizə, milli-mənəvi dəyərlərinizə, birliyinizə qarşı istifadə etmək istəyən qlobal qüvvələrin təsiri altına düşməyə imkan verməyin. Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç isə Türkiyə və Azərbaycan mətbuatının Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında birgə çalışmağa çağırıb. "Beynəlxalq aləmdə iki ölkənin mətbuatının mövqeyi bir olmalıdır, çünki biz eyni yolla irəliləyirik. Bu baxımdan mətbuatın üzərinə böyük məsuliyyət düşür",-deyə səfir bildirib.
    02.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşüb
    Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevlə Niderlandın Baş naziri Mark Ruttenin görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Türkiyə prezidenti dövlət başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
    02.12.10 Məqaləni oxumaq
     
    H.Klinton: “Dağlıq Qarabağ münaqişənin nizamlanması zamanı Helsinki prinsiplərinə əsaslanılmalıdır”
    ABŞ Dağlıq Qarabağ münaqişəsini nizamlanmasına dair səylərin davam etməsini dəstəkləyir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT-in Astana samitində bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının iyulun 10-da Akvilldə bəyan etdiyi və Muskokda yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq zəruridir. “Bu prinsiplərdən hansısa birini seçmək olmaz, bu münaqişənin həllinə imkan verməz”,-deyə ABŞ-ın dövlət katibi əlavə edib.
    02.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Dek.2010
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031