Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Cavad Şıxəliyev: “Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb”
    Cari ildə Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. İdarə rəisi qeyd edib ki, həmin cinayət faktları üzrə 34 insan alveri qurbanı müəyyən edilib.
    15.12.10 Məqaləni oxumaq
     
    İmran Nəcəfov: “Azərbaycanda Rusiyaya aparılan insan alveri qurbanları daha çox məcburi əməyin qurbanlarıdır”
    Statistikaya görə Azərbaycanda ötən il insan alverilə bağlı cinayət faktları ən yüksək göstəricidə olub. Belə ki, 2007-ci ildə 74 fakt, 2008-ci ildə 76 fakt və 2009-cu ildə isə 80 fakt qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib.
    15.12.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək
    Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, qiymətlərin qaldırılması həm dövlət sifarişli əsaslarla təhsil alan tələbələrə, həm də ödənişli əsaslarla təhsil alanlara şamil olunacaq.
    15.12.10 Məqaləni oxumaq
     
    İdarə rəisi: “İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər saxlanılıb”
    İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər barəsində cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər veirir ki, bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsini rəisi Cavad Şıxəliyev bildirib. O, qeyd edib ki, iş Baş Prokurorluq tərəfindən araşdırılır. “Artıq bununla bağlı rəsmi məlumat da yayılıb. Həmin insanlar arasında fakt üzrə vəzifə səlahiyyətləri ilə bağlı saxlanılanlar da var. İstintaq sirri olduğu üçün adları açıqlanmır”,-deyə idarə rəisi vurğulayıb. Onun sözlərinə görə, hazırda istintaq tədbirləri davam etdirilir.
    15.12.10 Məqaləni oxumaq
     
    Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlarla yanaşır
    Avropa İttifaqı təhsillə bağlı elan etdiyi proqramlarda iştirakda Azərbaycana qarşı nisbətən ikili standartlarla yanaşır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunan tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov söyləyib.
    15.12.10 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “Azərbaycanda bütün müxalifət partiyaları əksər vaxt qanundan kənar faəliyyət göstərir”
    “Gürcüstanla, hətta qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda müxalifətin fəaliyyətini çox yüksək qiymətləndirmək olar”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
    Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Məsələn, Türkiyədə müxalifət qanunla fəaliyyət göstərir. Azərbaycanda isə, müxalifət əksər vaxt qanundan kənar fəaliyyət göstərir. Bu fəaliyyət hətta parlamentdə təmsil olunan müxalifət partiyalarına da aiddir. Təsəvvür edin ki, fraksiya yaratmaq üçün 25 nəfər lazımdır. Eyni zamanda frakisya nədir, o nə ilə tənzimlənir, müxalifətin hüququ nədir, müxalifətçilik fəaliyyəti qanunla necə tənzimlənir?.. bütün bunların heç biri bizdə yoxdur. Bun görə də müxalifət istədiyi kimi fəaliyyət göstərir”,-deyə F.Mustrafa fikirini açıqlayıb. Onun sözlərinə görə, məhz bu pərakəndəliyə görə hakimiyyət də arxayındır ki, müxalifətin parlamentdə sayı müyyən mərhələdən o tərəfə keçməyəcək və lazım olan fraksiyaya da ehtiyac olmayacaq.
    15.12.10 Məqaləni oxumaq
     
    Rektor: “Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbuldan əvvəl tibbi müayinədən keçirilir”
    Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbul olunmamışdan əvvəl tibbi müayinədən keçirilir və ondan lazımı analizlər götürülür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib.
    O, qeyd edib ki, bütün bu tədbirlər bir sıra xarici ölkələrdə tüğyan edən virusların və müxtəlif növ xəstəliklərin ölkəmizdə yayılmasının qarşısını almaq üçündür. “Nəzərə alsaq ki, Azərbaycanda ən çox xarici tələbənin oxuduğu ali məktəb bizim universitetdir, o zaman risklər bizdə daha çox ehtimal oluna bilər.
    15.12.10 Məqaləni oxumaq
     
    Bu gün Əhməd Davudoğlu ABŞ-a səfər edəcək
    Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Co Baydenin dəvətiylə Nyu-Yorka səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istiadən xəbər verir ki,türkiyəli nazir BMT-nin Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. İraqdakı hazırkı vəziyyət Təhlükəsizlik şurada müzakirə olunan əsas mövzu olacaq.
    Ə.Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munla da görüşəcək. Türkiyənin xarici işlər nazirinin ABŞ-a səfəri sabah başa çatacaq.
    15.12.10 Məqaləni oxumaq
     
    Ölkədə ÜDM istehsalı 4,5 faiz artıb
    Cari ilin on bir ayı ərzində ölkədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 mlrd. manat artaraq 36,6 mlrd. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər.
    Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalıb, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunub.
    15.12.10 Məqaləni oxumaq
     
    “Avtoxuliqanlıq edənlər kameralar vasitəsilə çox rahat aşkar edilir”
    Mübariz Qasımovun sözlərinə görə, bir çox halda cinayətlə bağlı epizodları əldə etmək üçün tədqiqat orqanlarından onlara müraciət olunur

    Müsahibimiz Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin idarə edilməsi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qasımovdur.

    - Mübariz müəllim, bildiyimiz kimi, Bakı şəhərində yollardakı vəziyyətə 24 saat ərzində nəzarət edən kameralar quraşdırılıb. Həmin kameralar vasitəsi ilə qeydə alınan qanun pozuntuları haqqında bir qədər ətraflı məlumat verərdiniz.

    - Şəhərin mərkəzi küçə və prospektlərinin kəsişmələrində quraşdırılan kameralar vasitəsilə sutkanın 24 saatı ərzində şəhərdəki nəqliyyat vasitələrinin hərəkətinə tərəfimizdən nəzarət edilir və kobud qayda pozan avtomobil sürücüləri aşkar edilərək, barələrində müvafiq tədbirlər görülür. Bununla yanaşı, bütün bunlar barədə gündəlik televiziya verilişlərində məlumat verilir. Həmin kameralar vasitəsilə yol hərəkəti qaydalarını pozan avtomobillər əməkdaşlarımız tərəfindən aşkar olunaraq, bu barədə fotoraportlar tərtib edilir və həmin avtomobil sürücüləri barəsində sonradan İnzibati Xətalar Məcəlləsinə müvafiq tədbirlər həyata keçirilir. Yol hərəkəti qaydalarını pozan bütün avtomobillər avtomatik olaraq operatorlar tərəfindən qeydə alınır və dərhal bu barədə fotomaterial tərtib olunur.
    14.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031