Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    “Qarabağ “ seçki bloku buraxılıb
    Bu gün “Qarabağ” seçki blokunun Sədrlər Şurasının Ümid Partiyasının qərargahında növbəti toplantısını keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər. Tədbirdə “Qarabağ” seçki blokunun seçki prosesində iştirakı, fəaliyyəti, bloka olan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Yekdil rəylə “Qarabağ” seçki bloku buraxılmış elan olunub. Toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər.
    16.12.10 Məqaləni oxumaq
     
    Moskvadakı ixtişaşla bağlı saxlanılanlar arasında azərbaycanlı yoxdur
    Ötən gün Moskvada yerli xalqdan olan nümayəndələrlə qafqazlılar arasında baş verən ixtişaşla bağlı kütləvi saxlananlar arasında azərbaycanlı yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat verib. Həmçinin xəsarət alanların da arasında azərbaycanlı qeydə alınmayıb. “Hadisə millətçilər tərəfindən törədilib və bu hadisənin azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Rusiyada yaşayan azərbaycanlılara küçələrdə az görünmək tapşırığı verilib. Səfirlik tərəfindən onlara deyilib ki, imkan daxilində bu günlərdə lazım olmadan küçəyə çıxmasınlar”,-deyə bəyanatda bildirlir.
    16.12.10 Məqaləni oxumaq
     
    Rusiyada qafqazlılara qarşı “Rusiya ruslar üçündür” kompaniyası davam edir
    Moskva polisi qafqazlılara qarşı rusiyalı gənclər tərəfindən planlaşdırılan mitinqlərin qarşısını almaq üçün hazır vəziyyətdədir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquq mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, millətçi ideyalarını özündə birləşdirən bəzi ruslar bu gün mitinq keçirməyi planlaşdırıblar. Lakin hüquq mühafizə orqanları bu cür mitinqlərin qarşısını alacaq. Qeyd edək ki, Rusiyada neçə gündür ki, davam edən mitinqlərin səbəbi “Spartak” klubunun azərkeşinin qafqazlılar tərəfindən öldürülməsidir. Bu na görə də ruslar mitinqlərdə əsas şüar kimi “Rusiya ruslar üçündü”səsləndirirlər.
    16.12.10 Məqaləni oxumaq
     
    Polad Bülbüloğlu Qazaxıstan Prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb
    Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Qazaxıstan Prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb. KƏLAMİNFO RİA-Novosti saytına istinadən xəbər verir ki, bununla bağlı prezident Nursultan Nazarbayev tərəfindən Fərman imzalanıb. Fərmanda bildirilir ki, Polad Bülbüloğlu bu mükafata türkdilli ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına yönəlmiş aktiv fəaliyyətinə, xalqlar arasında qarşılıqlı etimadın yüksəlməsinə verdiyi töhfəyə görə layiq görülüb.
    16.12.10 Məqaləni oxumaq
     
    M.Mərdanov: “Məktəbə hicabla gəlməmək müəlllim və tələbəyə aid deyil”
    Məktəblərə hicabla gəlməmək məsələsi müəllimələrə şamil olunmur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov müəllimələrin orta məktəblərə buraxılmaması ilə bağlı məsələyə münasibət bildirəkən söyləyib. Onun sözlərinə görə, hicabla gəlməmək yalnız orta məktəb şagirdlərinə aiddir. M.Mərdanov onu da əlavə edib ki, bu prinsip universitet tələblərinə də şamil olunmur. “Məqsədimiz odur ki, Azərbaycanı irəliyə aparaq. Öz mili-mənəvi dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz, dövlətin qaydalarına və qanunlarına riayət etməyə üstünlük veririk və verəcəyik. Azərbaycanı geriyə çəkən heç bir addıma yol vermək olmaz”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib.
    16.12.10 Məqaləni oxumaq
     
    Azərbaycanda insan alveri ilə bağlı iki Milli Fəaliyyət planı təsdiq olunub
    Azərbaycanda insan alveri ilə bağlı iki Milli Fəaliyyət planı təsdiq olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxaliyev bildirib. Onun sözlərinə görə, birini plan uğurla başa çatdırılıb.“İlk plan 2004-2008 ci illəri əhatə edən birinci Milli Fəaliyyət planıdır. Burada nəzərdə tutulan bütün müddəalar uğurla həyata keçirildiyi üçün Azərbaycan prezidenti tərəfindən 2009-cu ilin fevral ayında ikinci Milli Fəaliyyət planı təsdiqləndi. Bu planın birinci bəndində Azərbaycanın Avropa Şurası İnsan Alverinə qarşı Mübarizə Konvensiyasına qoşulması nəzərdə tutulub”,-deyə İdarə rəsisi vurğulayıb. Onun sözlərinə görə, artıq bu il bu maddə ilə bağlı xeyli uğurlu addımlar atılıb.
    16.12.10 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev Avstriya və Niderland Krallığının səfirlərini qəbul edib
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Silvia Mayer-Kaybiçi qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə regionda hərbi-siyasi vəziyyət və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu gün müdafiə naziri S.Əbiyev həmçinin Nidnrlan Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri rjen Peter Uijterlindeni qəbul edib. Hər iki səfir müdafiə nazirinə ölkələrinin yeni hərbi attaşesini təqdim edib.
    16.12.10 Məqaləni oxumaq
     
    AŞ nümayəndəsi: “Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunur”
    Bu gün Bakıda “İnsan alveri ilə mübarizə və onun qarşısının alınması” adlı təlim seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər veirir ki, seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxaliyev bildirib ki, Azərbaycanda insan alveri ilə bağlı mübarizə son illər yeni mərhələyə qədəm qoyub. O, qeyd edib ki, ölkəmiz bu sahədə Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Biz həmçinin onu da unutmuruq ki, bu gün beynəlxalq aləmi narahat edən məsələlərdən biri məcburi əməkdir. Bu Azərbaycan üçün xarakterik olmasa da, ölkəmizdən bu istiqamətdə aparılan qurbanlar var”,-deyə C.Şıxaliyev vurğulayıb.
    15.12.10 Məqaləni oxumaq
     
    ADA-da “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib
    Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADA-dan veriblər.
    15.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında müqavilə imzalanacaq
    Bu həftə Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair müqavilə imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Universitetinin mətbuat xidmətindən veriblər. Əməkdaşlıq təhsilin inkişafı, Azərbaycanda dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi və sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək göstərilməsi məqsədi daşıyır.
    15.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Dek.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031