Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Səlim Müslümov CAR-da Dünya Sosial Təminat Forumunda iştirak edəcək
    Cari ilin 29 noyabr 04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Dünya Sosial Təminat Forumu keçiriləcək. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq Forumda Azərbaycanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.
    25.11.10 Məqaləni oxumaq
     
    İƏT-ə üzv dövlətlərin gənclər nazirlikləri nümayəndələrinin birinci toplantısı Tehranda keçiriləcək
    İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin gənclər nazirlikləri nümayəndələrinin birinci toplantısı noyabrın 29-da Tehran şəhərində işə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, iki gün davam edəcək toplantıda gənclərin problemləri, asudə vaxtın səmərəli təşkili, yüksək təhsil və sair məsələlər müzakirə olunacaq. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
    25.11.10 Məqaləni oxumaq
     
    Respublika ərazisində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 15-20 noyabr tarixlərində respublika ərazisinin 293,79 hektar sahəsində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Respublika ərazisinin 34,5 hektar sahəsində əkilən ağaclardan 39 864 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. Belə ki, Ələt-Salyan magistral avtomobil yolunun 5,2 hektar sahəsində 6550 ədəd, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsinin 4,7 hektar sahəsində 6600 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun 3,1 hektar sahəsində 4100 ədəd, Bakı-Quba magistral avtomobil yolunun 4,4 hektar sahəsində 3720 ədəd, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 6,1 hektar sahəsində 7700 ədəd, Suraxanı-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 3 hektar sahəsində 1754 ədəd, Sabunçu-Atəşgah dairələri arasındakı ərazinin 1 hektar sahəsində 800 ədəd, Bayıl yamacının 3 hektar sahəsində 3140 ədəd, Atbulaq-Hacıqabul magistral avtomobil yolunun 4 hektar sahəsində 5500 ədəd ağac və kol bitkisi əkilib.
    25.11.10 Məqaləni oxumaq
     
    Azərbaycan Prezidenti Rumıniyada “İlin adamı” elan olunub
    Bu gün Buxarest şəhərində Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətlərə malik insanlara mükafatların təqdimat mərasimi keçirilib. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə baş nominasiya olan “İlin adamı 2010” Mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rumıniyadakı səfirliyimizdən veriblər. 2000-ci ildən etibarən mütəmadi olaraq, hər il keçirilən həmin təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyə qədər jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.
    25.11.10 Məqaləni oxumaq
     
    Erməni mətbuatı: “ABŞ Ermənistanı məcbur edir ki, Astanada iki rayonun azad olunması barədə sənəd imzalasın”
    Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etməyə bilər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, ABŞ Ermənistanı məcbur edir ki, Astanada işğal olunmuş iki rayonun azad olunması haqqında sənəd imzalasın. Ankara isə bunun qarşılığında söz verir ki, Ermənistan –Türkiyə sərhədlərinin açacaq. Azad olunmuş rayonlarda isə Polşa, Ruminiya və Macarıstandan olan sülhməramlı qüvvələri yeləşdiriləcək. Amma bu Rusiyanı qane etmir, çünki o NATO-nun regionda güclü olmasını istəmir. Erməni mətbuatında həmçinin qeyd olunur ki, Astanada 50/50 bərabər olan hansısa sənəd imzalanacaq. Bu səbəbdən Ermənistan prezidenti NATO-nun Lissaon sammitidə olduğu kimi ATƏT-in Astana sammitində də iştirakdan imtina edə bilər.
    25.11.10 Məqaləni oxumaq
     
    Edinburq Universitetinin rektoru ADU-da olub
    Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov ABŞ-ın Edinburq Universitetinin rektoru Ceremi Braun və Universitetin Moskva ofisinin rəhbəri xanım Olqa Zinovyevanı qəbul edib. Görüşdə Azərbaycan təhsil sistemi haqda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqdan söz açılıb. Eyni zamanda, Azərbaycan Dillər Universiteti və Edinburq Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Professor Səməd Seyidov ilk öncə bu günlərdə universitetdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər haqda məlumat verib. ADU-nun tarixi haqda danışan rektor hazırda ADU-da 10-dan çox dilin tədris olunduğunu deyib. S.Seyidov ölkələrin dili ilə yanaşı, həm də mədəniyyət, tarix, siyasətinin tədrisinin əhəmiyyət daşıdığını və buna xüsusi yer ayrıldığını vurğulayıb. O, universitetdə dili tədris olunan ölkələrin hər birinin dil və mədəniyyət mərkəzlərinin açıldığını və bunun gündən-günə daha da artdığını qonağın nəzərinə çatdırıb.
    25.11.10 Məqaləni oxumaq
     
    Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb
    Bu gün Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 16 illik tarixə malik olan bu konfrans hər il dünya ictimaiyyətinin diqqətini cəlb edən İKT forumu hesab olunur. “Son bir-neçə ildə sərgi-konfransın açılış mərasimində Azərbaycan prezidentinin işrirakı onu göstərir ki, ölkə rəhbərliyi bu prosesə ciddi önəm verir. Bu ilki konfrans isə öz layihələrinin həm sayca, həm də məzmunca çoxluğu ilə, həmçinin iştirakçı ölkələrin çoxluğu ilə əvvəlki illərdən fərqlənir”,-deyə Ə.Abbasov vurğulayıb. Konfransda BMT-nin Azərbaycanda resident əlaqələndiricisi Fikrət Akçuira isə bildirib ki, hazırda dünyada İKT sektorunun inkişafı texnoloji yenilikdə inqilabi həddə çatıb, O, bunu təqdirə layiq hal kimi dəyərləndirib. “Azərbaycan da bu kimi tədbirlərə üstünlük verməklə bu inkişafın yüksək nöqtələrində durur”,-deyə F.Akçuira fikirini açıqlayıb.
    25.11.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib
    Həcc ziyarətini tamamlayan azərbaycanlı hacıları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, A.Paşazadə iki gün əvvəl müayinə məqsədilə Almaniyaya gedib. Faciəli xəbəri eşidən kimi o, Almaniyadan Türkiyəyə yollanıb.
    25.11.10 Məqaləni oxumaq
     
    Politoloq: “DQ münaqişəsinin tənzimlənməsində diplomatik resursları tükənmiş Ermənistan hərbi resurslardan geniş istifadə edir”
    Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatik resursları tükənmiş Ermənistan hərbi resurslardan geniş istifadə edir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu şərh verib. O, qeyd edib ki, Ağdamdakı hərbi təlimlər və qoşunların təmas xəttində erməni hərbçilər arasında son zamanlar baş verən böyük insidentlər bu məqsədə xidmət edir. “ATƏT-in bundan əvəlki sammiti 11 il əvvəl-1999-cu ildə İstanbulda keçirildi. O zaman münaqişənin dinc yolla tənzimlənməsi ilə bağlı sənədin imzalanması gözlənirdi. 1999-cu ilin 27 oktyabrında Emənistan parlamentindəki gülləbaran bu sənədin imzalanmasının qarşısını aldı.
    24.11.10 Məqaləni oxumaq
     
    Antalyada TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti toplantısı keçiriləcək
    Noyabırın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Cari ilin may ayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) XXVII toplantısının qərarı əsasında TÜRKSOY-un Dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi toplantıda Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaq.
    24.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930