|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” adlı Beynəlxalq konfrans keçiriləcək
|
Bakıda noyabrın 11-12-də Gənclər və İdman Nazirliyi (GİN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə “Gənclər ekoloji inkişaf uğrunda” şüarı altında Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər.
Konfrans Ekologiya İli çərçivəsində, eyni zamanda 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, bununla yanaşı MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq keçirilir. Tədbirdə ABŞ, Almaniya, Avstriya, İsveçrə, Kazaxstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc səfirləri də iştirak edəcək.
|
03.11.10 Məqaləni oxumaq
|
|
|
Zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər
|
Bu gün səhər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycandan olan zəvvarların ilk qruppu avtobuslarla Həcc ziyarətinə yola salınıb. KƏLAMİNFO xəbər verir ki, səhər saat 08:00 radələrində zəvvarlarımız yaxınlarının müşahidəsi ilə Bakıda, Hökumət evinin qarşısından 22 avtobusla Məkkəyə yola düşüblər. Sabah isə daha 24 avtobus Azərbaycandan Məkkəyə yola salınacaq.
Qeyd edək ki, bütövlükdə iki gün ərizində Azərbaycandan Həcc ziyarətinə 46 avtobus yola salınacaq. “Həmçinin bu gündən başlayaraq təyyarə ilə ziyarətə gedəcək zəvvarlar ümumilikdə 4 reys olmaqla noyabr ayının 3-ü, 4-ü və 5-də ziyarətə yola düşəcəklər. Ümumilikdə bu il Azərbaycandan Həcc ziyarətinə 2 min nəfər zəvvar yola düşəcək. Onlardan 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə yola salınacaq”.
Xatırladaq ki, ziyarətə avtobusla getmək istəyənlər 2500 AZN, təyyarə ilə getmək istəyənlər isə 3500 AZN ödəməli olublar. Azərbaycan zəvvarlarının misiya rəhbəri QMİ-nin sədr müavini Hacı Salman Musayev təyin olunub.
|
03.11.10 Məqaləni oxumaq
|
|
|
Bu gün ABŞ Konqresinə seçkilər keçirilir
|
Bu gün ABŞ-da Konqres seçkiləri keçirilir. Birləşmiş Ştatlar boyunca Konqres seçkiləri kampaniyası artıq başa çatır. KƏLAMİNFO xəbər verir ki, səsvermə bu gün Bakı vaxtı ilə günorta saatlarında başlayacaq.
Bu arada rəy sorğuları göstərib ki, seçkilərdə prezident Barak Obamanın Demokratlar Partiyası Nümayəndələr Palatasında nəzarəti itirə bilər və onların Senatda nəzarət uğrunda kampaniyasının da gərgin olacağı bildirilir. Bu seçkilər ABŞ-da prezidentlik müddətinin ilk yarısı ötdükdən sonra keçirilir və “müddətyarısı seçkilər” adlanır. Prezident seçkilərində demokratlara səs vermiş amerikalıların çoxu artıq B.Obama adminstrasiyasından narazıdır. Bir çox respublikaçılar bu seçkilərdə populist və ultra konservativlərin Tea partiyası tərəfindən kölgədə qalıb. Adı “çay” kimi tərcümə olunan bu partiyanı dəstəkləyənlər, rəy sorğularına görə, əsasən ağlar və daha çox evli, yaşı 45-dən yuxarı olan kişilərdir.
|
03.11.10 Məqaləni oxumaq
|
|
|
RİTN seçkilərlə bağlı elektron səsvermə sistemi hazırlayıb
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) parlament seçkilərində ictimai rəyin öyrənilməsi məqsədilə elektron səsvermə sistemi hazırlayıb və bu sistemi işlədə biləcək qeyri-hökumət təşkilatı axtarır. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev verib.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
Oqtay Şirəliyev Zaqatalada yeni xəstəxananın açılışında olub
|
Zaqatala rayonu Muxax kəndində səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Zaqatala Vərəm Xəstəxanasının açılış mərasimi olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bakterioloji və klinik laboratoriyadan ibarət olan 2 mərtəbəli, 50 çarpayılıq xəstəxana tam olaraq müasir tibbi avadanlıqlarla, bərk və müasir inventarlarla təmin olunub. Mərkəzləşdirilmiş istilik və qida sistemi habelə hər mərtəbədə xüsusi mətbəx, camaşırxana, qazanxana və s. müalicə alacaq xəstələrin müalicəsinin effektivliyinə müsbət təsir göstərəcək. 115 min nəfər yerli əhali üçün nəzərdə tutulmuş xəstəxanada rentgen, fizioterapiya, bronxoskopiya otaqları həmçinin xəstələrin tibbi personalla əlaqə yaratması üçün xüsusi pult sistemi də quraşdırılıb.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
Ermənilər Ağdamın adını dəyişdirdilər
|
Qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Azərbaycanın Ağdam şəhəri Akna adlandırılıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, qərar separatçı rejim tərəfindən gecə saatlarında verilib.
Akna vaxtilə Əsgəran rayonunda məhəllərdən birinin adı olub. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi belə yoxdur.
Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Erməni mənbələri Ağdamın adının dəyişdirilməsi ilə bağlı məlumatı gecə saatlarında yaydığından məsələyə Azərbaycan tərəfinin mövqeyi hələ açıqlanmayıb.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Bakıya gəlib
|
İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, səfərdə məqsəd Bakıda Xəzərin təhlükəsizliyi ilə bağlı Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin IV iclasında iştirak etməkdir. İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin Bakıda olacaq zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
DQİDK sədri Hidayət Orucov Kuveytdə səfərdə olub
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Kuveytdə səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Küveytdəki səfirliyindən veriblər. Küveyt Dövləti Baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamadın dəvəti ilə həyata keçirilən səfər zamanı H.Orucovu Küveyt Dövlətinin Baş naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul edib.
Görüşdə Baş nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Küveyt Dövlətinə və xalqına böyük rəğbət bəslədiyini bildiyini və bütün Küveyt xalqının həmin münasibətə görə təşəkkür etdiyini, bunu dərin hörmət və ehtiramla qəbul etdiyini vurğulayıb. Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq təməlinin qorunub saxlanıldığını və inkişaf etdiyini böyük məmnunluqla dilə gətirib. Baş nazir Küveyt hökumətinin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd edib.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
Yaponiya höküməti D.Medvedevin Kurill adalarına səfərinə etiraz edib
|
Rusiya prezidenti Dmitri Medvedev Kuril adalarına səfər edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Yaponiya höküməti Rusiya prezidentinin səfərinə öz etirazını bildirib. Yaponiya xarici işlər naziri Seydzi Maexara Rusiyanın Yaponiyadakı səfirini nazirliyə çağırıb. Rusiyanın Yaponiyadakı səfiri Mixail Beli isə jurnalistlərə bildirib ki, bu Rusiyanın daxili işidir və Yaponiyadan bu məsələdə sakit davranmağı istəyirik.
Yaponiya prezidenti isə rusiyalı həmkarının Kuril adalarına səfərinə çox üzüldüklərini vurğulayıb.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
Misirdə “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinə start verilib
|
Misirdə Azərbaycanın bu ölkədəki səfirliyi, Gənclər və İdman Nazirliyi (GİN) və Misirin Qahirə universitetinin birgə layihəsi olan “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə start verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər.
Layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazmaları nəzərdə tutulur. Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanın artırmaq, Misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır. İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcək.
|
02.11.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|