Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Ombudsman E.Süleymanova 4 saylı qadın cəzaçəkmə müəssisəsində olub
    Azərbaycanda keçirilən parlament seçkiləri mövcud qanunvericiliyə riayət edilməklə təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlanmaı 4 saylı qadın cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova söyləyib. O ümid etdiyini bildirib ki, seçkilərdə qanun pozuntusu olmayacaq. E.Süleymanova qeyd edib ki, 4 saylı qadın cəzaçəkmə müəssisində seçki prosesini izləyib və saat 11:00-a qədər həmin müəssisələrdə səsvermə prossesi başa çatıb. O, Səbail, Yasamal və Xətai rayonlarında müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusunun qeydə alınmadığını da vurğulayıb.
    08.11.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev səsvermədə iştirak edib
    Azərbaycan prezidenti İlham Əliyev səsvermədə iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı ailə üzvləri ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir. 125 deputat yeri uğrunda 690 nəfər mübarizə aparır.
    08.11.10 Məqaləni oxumaq
     
    Jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb
    Azərbaycanda keçirilən növbəti parlament seçkisini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının (MŞ) “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər. Qeyd edək ki, KİV təmsilçilərinin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 14.00-da yayımlanacaq. Xatırladaq ki, Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 19.00-dək “qaynar xətt” rejimində işləyəcək.
    07.11.10 Məqaləni oxumaq
     
    Azərbaycan parlamentinin spikeri səs verib
    Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, O. Əsədov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı məntəqəsində səs verib. Qeyd edək ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    Səfir Karolin Braun Yasamalda səsvermə prosesi ilə tanış olub
    Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bir sıra seçki məntəqələrində səsvermə prosesi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, K. Braun 17 saylı Yasamal üçüncü seçki dairəsinin 24 və 19 saylı seçki məntəqələrinə baş çəkib. Diplomat seçicilərin fəallıq səviyyəsi ilə tanış olub, seçki komissiyasının üzvləri və müşahidəçilərlə söhbət edib. Qeyd edək ki, Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Parlament seçkilərində 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    Baş nazir Artur Rasizadə səs verib
    Azərbaycanın Baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan hökumətinin başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səs verib. Qeyd edək ki, bu məntəqədə 1426 seçici qeydiyyata alınıb. Seçkiləri 10-dan artıq yerli və beynəlxalq müşahidəçilər qrupu izləyir. Xatırladaq ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğurunda 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    MSK saat 10:00-a olan məlumatı açıqlayıb
    Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar saat 10:00-a olan məlumatı açıqlayıb. Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 524 926 nəfəri səsvermədə iştirak edib. Bu, ölkə üzrə seçicilərin 10,61%-i deməkdir. Qeyd edək ki, səsvermənin gedişi ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzi mütəmadi məlumatları açıqlayacaq.
    07.11.10 Məqaləni oxumaq
     
    Səsvermə prosesini YAP-ın 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir
    Bu gün ölkəmizdə keçirilən parlament seçkilərinin səsvermə prosesini Yeni Azərbaycan Partiyasının 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir. Bu barədə məlumatı YAP-ın mətbuat xidmətindən veriblər. YAP-ın yerlərdəki seçki qərargahlarından verilən məlumatlara görə, noyabrın 7-də səhər saat 8-də seçki məntəqələri tam hazır vəziyyətdə seçicilərin üzünə açılıb, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməkdədir. Bütün namizədlərin səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə məntəqələrdə səsvermə prosesini izləmək üçün tam şərait yaradılıb.
    07.11.10 Məqaləni oxumaq
     
    “ELS” “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzindən verilən məlumata görə, hazırqlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib. Hazırlıq mərhələsi dövründə “Ekzitpol” həyata keçirəcək intervüerlər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb.
    06.11.10 Məqaləni oxumaq
     
    “Atropatena Dastanı” kitabı çap olunub
    Azərbaycanda oxucusu üçün maraqlı olacaq “Atropatena Dastanı” kitabı çap olunub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Vahid Məmmədlidir. “Atropatena dastanı” hər birimizin həyatını dəyişəcək bir kitabdır. Kitabda tarixi köklərimizə əsaslanıb, necə qəhrəman babaların nəvələri olduğumuzu dərindən anlayıb mənalı, maraqlı və sağlam həyat yaşamağın vaxtı gəldiyini anlayacayıq. Qorxmaz, ədalətli və zəngin olmağın sirlərini öyrənəcəyik. Maraqlı magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitab toplanmış üç kitabdan ibarətdir. Trilogiyanın birinci kitabı “Albaner”, ikinci kitab “Qazaka” və üçüncü kitab isə “Atropat” adlanır. Kitabda həmçinin əsl cəngavər necə olmalıdır? Cəngavərliyin kitabı nədən ibarətdir? Onlar hansı xüsusiyyətlərə malik olmalıdırlar? Bütün bu suallara da məhz bu kitabda cavab verilir.
    06.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Noy.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930