Barak Obama: “ABŞ islam dünyası ilə heç vaxt müharibə etməyəcək”
|
ABŞ İslam dünyası ilə müharibə aparmır və heç vaxt da aparmayacaq. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama bildirib. Onun sözlərinə görə, dünya ölkələri aralarındakı “qarşılıqlı şübhə və inamsızlığı” aradan götürüb terrorizmə qarşı birgə mübarizə aparmaq olar. “Kim ki, qurmaq istəyir, öz ərazisini terrorçulara, dağıtmağa meylli olanlara verməməlidir”,-deyə B.Obama vurğulayıb.
ABŞ prezidenti həmçinin bütün bu təşəbbüslərə baxmayaraq onun admistrasiyası ilə müsəlman dünyası arasında münasibətlərin hələ də düzəlmədiyini əlavə edib.
|
11.11.10 Məqaləni oxumaq
|
|
|
Zbiqnev Bjezinski: “Senatın razılığı olmadan da M.Brayzanı Azərbaycana səfir göndərmək olardı”
|
Erməni diasporunun Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə təyin olunmasına mane olmaq cəhdi yalnış xarici siyasət metodudur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları məhşur politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, səfirlərin digər ölkələrə təyin olunmasına mane olmaq cəhdi düzgün xarici siyasət metodu deyil. “Birləşmiş Ştatlar vətəndaşlarının istənilən milli qrupunun xarici siyasətlə bağlı öz fikrini söyləmək hüququ var. Başqa məsələlər hakimiyyətin xüsusilə birtərəfli tələblərini irəli sürən qrupu nəzərə alıb-almamasından ibarətdir. Bu halda baş vermiş hadisələrə dəqiq qiymət vermək lazımdır. M.Brayzanı senatın razılığı olmadan da ABŞ-ın Azərbaycandakı missiyasının prezident nümayəndəsi təyin etmək olardı”,-deyə politoloq vurğulayıb.
|
10.11.10 Məqaləni oxumaq
|
|
|
AVCİYA Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təmsil etdiyi qurum 106 dairənin 4400 məntəqəsində müşahidə aparıb. Seçki günü səsvermənin gedişi 5 dəfə ictimaiyyətə təqdim olunub. İlkin rəydə qeyd edilib ki, seçki günü ölkə üzrə bir sıra məntəqələrdə müşahidəçilərin qeydiyyatdan keçməsində, səsvermə və səslərin sayılması prosesində bir sıra kiçik qanun pozuntuları müşahidə olunub. Bəzi məntəqələrdə müşahidəçilər üçün ayrılan yerlərin düzgün seçilməməsi müşahidə aparılmasında müəyyən çətinliklər yaradıb. M. Zülfüqarlı qeyd edib ki, belə faktlarla əlaqədar AVCİYA hüquqşünasları müvafiq tədbirlər həyata keçirirlər:
|
09.11.10 Məqaləni oxumaq
|
|
|
|
Türkiyəli deputat: вЂњİşğal olunmuş torpaqlar azad olmayana qərəd Türkiyə-Ermənistanla sərhədləri açmayacaq”
|
Türkiyə rəsmi səviyyədə açıqlayıb ki, Azərbaycanın işğal olunmuş 20% torpağı azad olunmayana qədər Türkiyə və Ermənistan sərhədlərinin açılması müzakirə mövzusu ola bilməz. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin millət vəkili, Ədalət və İkişaf partiyasının sədr müavini Haluk İpek bildirib. “Mətbuatda Türkiyə ilə Ermənistan sərhədlərin açılması ilə bağlı müxtəlif məlumatlar oxuyuruq. Niyə görəsə bir çox jurnalistlər bu məsləni daima gündəmdə saxlamağa və Azərbaycanda Türkiyə sevgisini azaltmağa çalışırlar. Türkiyə hər zaman sərhədlərin nə səbəbə bağlandığını bəyan edib və o səbəb həllini tapmayana qədər də sərhədlər açılmayacaq. Bu problemi gündəmdə saxlayan insanlar bilməlidir ki, “ayıb” bir şey edirlər”,-deyə H.İpək vurğulayıb.
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
|
|
Vaşinqtonda “ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda konfrans təşkil olunacaq
|
Sabah Vaşinqtonda Beynəlxalq Sülh naminə Karnegi Fondunda, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə “ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda konfrans təşkil olunacaq. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevin “Azərbaycanın xarici siyasət strategiyası və “böyük güclərin” siyasəti” mövzusunda məruzə ilə çıxışı nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər.
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
MDB və MDB PA-nın müşahidə missiyaları seçkilərlə bağlı ilkin fikirlərini açıqladı
|
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ölkədə müşahidə aparan MDB və MDB Parlamentlərarası Assambleyanın (PA) müşahidə missiyalarının üzvləri bu gün birgə mətbuat konfransı keçiriblər. KƏLAMİNFO xəbər verir ki, MDB müşahidə missiyasının rəhbəri Serqey Lebedev bildirib ki, parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib.
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
MSK daha 10 dairədə səslərin hesablanmasını başa çatdırıb
|
Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur-Sədərək, 58 saylı Hacıqabul-Kürdəmir, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 113 saylı Şəki şəhər, 115 saylı Şəki ikinci kənd, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu dairələr üzrə qaliblər aşağıdakı şəkildə müəyyənləşiblər:
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
|