Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Prezident İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində bu gün Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub. Foyedə ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır. Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar.
    12.11.10 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: “AMEA-da doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq”
    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov bildirib. O, qeyd edib ki, doktoranturaya qəbul aparacaq müəəssisələr və müvafiq ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənməli, sonra isə həmin ixtisaslar üzrə plan yerləri müəyyənləşdirilməlidir. “Cari il üçün doktoranturaya qəbul planının azalması gözlənilir. Keçmişdə bəzi elmi-tədqiqat müəssisələrində doktorantura olub, amma bundan sonra olmayacaq. Belə olan halda müəyyən ixtisaslar ixtisar ediləcək. Düşünürəm ki, doktorantura hazırlığı yalnız doktorant və rəhbər münasibətlərindən asılı deyil. Bunun üçün burada müəyyən elmi mühit, diskussiya şəraiti olmalıdır. Doktorant da bu şəraitdə yetişməlidir. Belə şəraiti olmayan müəssisələrdə doktoranturanın yaradılmasını məqsədəuyğun saymamışıq”,-deyə M.Kərimov fikirini açıqlayıb.
    12.11.10 Məqaləni oxumaq
     
    Hüseyn Bağırov: “Ötən illə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb”
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir Hüseyn Bağırov bildirib. Nazirin sözlərinə görə, pozuntulara yol vermiş meşə təsərrüfatı işçilərinə qarşı təxirəsalınmaz tədbirlər görüləcək. “Bir neçə gün əvvəl Ucar rayonu ərazisində qanunsuz oduncaq satışı aşkar olunub. Faktla bağlı cinayət işi açılıb, bu ağacların kəsilməsinə yol verən şəxslər cəzalandırılacaq. Onu da qeyd edim ki, ötən illə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb. Bu, bir çox rayonların qazla təmin edilməsi ilə bağlıdır”,-deyə H.Bağırov vurğulayıb.
    12.11.10 Məqaləni oxumaq
     
    “Nar Festivalı” çərçivəsində Bakıda aksiya keçirilir
    Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Nar Festivalı” çərçivəsində “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərə nar səbətləri və 12 Noyabr 2010-cu il tarixində saat 12:00-da Göyçayda keçiriləcək “Nar Festivalı”na dəvətnamə paylanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”dən veriblər. Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nar Festivalı” artıq 5-ci ildir ki, keçirilir. İlk dəfə olaraq bu il festival beynəlxalq səviyyədə və 40 nəfər xarici qonağın iştirakı ilə baş tutacaq. Festival gün ərzində müxtəlif proqramlarla davam edəcək.
    12.11.10 Məqaləni oxumaq
     
    RİTN-də “Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə təlim proqramı” keçirilir
    Bu həftədən başlayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazirlik, digər aidiyyəti dövlət orqanlarının, həmçinin Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorlarının nümayəndələri üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə “Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə təlim proqramı” keçirilir. RİTN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, təlim proqramının mövzuları (telekommunikasiya sahəsi üzrə dünya tendensiyası, rəqabətli bazarın əsasları, telekommunikasiya bazarlarına giriş və arabağlantı, universal xidmət, məhdud resursların tənzimlənməsi və lisenziyalaşdırma, tariflərin tənzimlənməsi, genişzolaqlı xidmətlərin inkişafı və s.) geniş əhatəli və aktual olmaqla, sahə üzrə təcrübəli beynəlxalq ekspertlər tərəfindən təqdim edilir.
    11.11.10 Məqaləni oxumaq
     
    DİDK Əlikram və Tural Hümbətovların təşkil etdiyi aksiya ilə bağlı bəyanat yayıb
    Bu günlərdə Vətən xaini, separatçı Əlikram Hümbətovun oğlu və qohumlarının Niderland Krallığının Den Haaqa şəhərində Avropadakı bəzi siyasi dairələrdən aldığı qrantlar hesabına Azərbaycan dövləti əleyhinə aksiya təşkil edib. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) bəyanat yayıb. Bəyanatda bildirilir ki, Niderlandda və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından daxil olan müraciətləri nəzərə alaraq DİDK Ə.Hümbətov, oğlu Tural Hümbətov və onun yaxın ətrafı tərəfindən təşkil olunan bu cür aksiyaları separatçılıq, bölücülük və xəyanət kimi qiymətləndirir, xarici ölkələrdə yaşayan bütün soydaşlarımızı bu çirkin üsluba layiqli cavab verməyə çağırır. “Əminik ki, vətəndaşlıq mənsubiyyətindən, siyasi baxışlarından və əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı bölücülüyü və separatçılığı təşviq edən bu təşəbbüslərə öz qəti münasibətini bildirəcək”-deyə, bəyanatda qeyd olunub.
    11.11.10 Məqaləni oxumaq
     
    Hicran Hüseynova: “Parlamentə 19 qadınının millət vəkili seçilməsi Azərbaycan siyasətinin böyük uğurudur”
    “Milli Məclisə keçirilən seçkilərdə 19 qadınının millət vəkili seçilməsi Azərbaycan siyasətinin böyük uğurudur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. H. Hüseynova qadın millət vəkillərinin sayı ilə bağlı ötən seçkilərlə müqayisədə xeyli irəliləyişin olduğunu söyləyib: “Əlbəttə, istərdik ki, qadın deputatların sayı daha çox olsun. Amma bu da pis nəticə deyil. İnanırıq ki, gələcəkdə parlamentin qadın üzvlərinin sayı daha çox olacaq”,-deyə H.Hüseynova əlavə edib.
    11.11.10 Məqaləni oxumaq
     
    İran prezidenti Azərbaycana səfərə gələcək
    Gələn həftə İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana səfərə gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı İranın İSNA Agentliyi yayıb. İran prezidentinin səfərində məqsəd Xəzəryanı dövlət başçılarının sammitində iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri, eləcə də iki ölkənin digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlər keçiriləcək. Qeyd edək ki, Xəzəryanı dövlət başçılarının sammiti noyabrın 18-də Bakıda keçiriləcək. Ötən gün isə Tehranda Xəzəryani ölkələrin nümayəndələrinin ikigünlük toplantısı keçirilib. Sammit öncəsi keçirilən toplantı bu gün başa çatır.
    11.11.10 Məqaləni oxumaq
     
    Ötən ay DMX-yə 8.052 müraciət daxil olub
    Ötən ay ərzində Dövlət Miqrasiya Xidmətində vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşların qəbulu, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icaələrin verilməsi və mövcud fərdi icazələrin müddətinin uzadılması ilə bağlı 8.052 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Müraciətlər ayrı-ayrılıqda ölkə qanunvericiliyinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
    11.11.10 Məqaləni oxumaq
     
    Qafqazşünaslar “Qafqaz evi” ideyasını Gürcüstanda müzakirə edirlər
    Gürcüstanda qafqazşünasların ikinci beynəlxalq konfransı başlayıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi Dövlət Universitetində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Avropa və ABŞ-ın bir sıra mütəxəssisləri iştirak edir. Konfransda 220 məruzəçinin çıxışı planlaşdırılıb. Konfransın əsas məqsədi dünya ölkələrinin alimləri arasında əlaqələri inkişaf etdirmək, sülh və vahid “Qafqaz evi” ideyasını dərinləşdirməkdir. Konfrans noyabırın 12-dək davam edəcək. Xatırladaq ki, qafqazşünasların birinci beynəlxalq konfransı 2007-ci ilin oktyabr ayında keçirilib.
    11.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Noy.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930