Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    BDU-da yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzi araşdırmalara başlayıb
    İlin sonuna kimi Bakı Dövlət Universitetində (BDU) yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzinin (EAM) strukturu tam formalaşdırlacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində EAM-nin rəhbəri Qafar Çaxmaqlı söyləyib. Artıq EAM-nin fəaliyyətə başladığını xatırladan Q.Çaxmaqlı hazırda mərkəzdə erməni dilini mükəmməl bilən kadrlarla birlikdə müvafiq araşdırmalar üzərində iş apardıqlarını söyləyib. Onun sözlərinə görə, bütövlükdə EAM-də 6-7 təcrübəli kadrın çalışması nəzərdə tutulub və mərkəzin strukturunun tam formalaşması üçün müvafiq iş aparılır.
    29.11.10 Məqaləni oxumaq
     
    TQDK Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikasının (MR) Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    29.11.10 Məqaləni oxumaq
     
    ATƏT rəsmisi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Astana sammitinin əhəmiyyətli olacağına ümid edirəm”
    “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Astana sammitinin əhəmiyyətli olacağını ümid edirəm”. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru - səfir Herbert Zalber deyib. Onun sözlərinə görə, sammit münaqişələrin problemlərini həll etməyə imkan verəcək. ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru vurğulayıb ki, sammitdə yaxşı atmosferin olacağına ümid etmək olar. “ATƏT yalnız münaqişələrin həllində kömək edə bilər, məcburən tərəflərə qərar qəbul etdirə bilməz”,-deyə H.Zalber vurğulayıb.
    29.11.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ münaqişəsini ATƏT-in fəaliyyətdə olan sədri ilə müzakirə edib
    ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə müzakirə edib. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, İ.Popov görüşdən sonra bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi və mən bu gün Qazaxıstanın xarici işlər naziri ilə görüşdük və Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı məsələləri müzakirə etdik. “Biz K.Saudabayevə son bir neçə gündə Bakıda və Yerevanda, Pezident İlham Əliyevlə və Sarksyanla görüşlər, baza prinsiplərinin hazırlanması üzərində işlərin necə getməsi barədə danışdıq",-deyə MQ həmsədri vurğulayıb.
    29.11.10 Məqaləni oxumaq
     
    L.Əliyeva: “Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir”
    Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. KƏLAMİNFO xəbər verir ki, bu fikirlər noyabrın 27-28-i tarixlərində Almaniyanın Frankfurt şəhərindəki “The Westin Grand” otelində Dünya Azərbaycanlı Gənclərinin I Konqresində səslənən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciətində deyilib.
    29.11.10 Məqaləni oxumaq
     
    Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək
    Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda prezident İlham Əliyevin iştirakı gözlənilir. Milli Məclisin birinci iclasını ən qocaman deputat açacaq. O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri seçilir. Sədr vitse-spiker vəzifəsinə namizədlər irəli sürür və gizli səsvermə ilə vitse-spikerlər seçilir.
    29.11.10 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev Özbəkistana rəsmi səfərə yola düşüb
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkənddə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlıq və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır. S.Əbiyevin Özbəkistanın yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.
    29.11.10 Məqaləni oxumaq
     
    Elman Nəsirov: “Hazırkı status- kvonun saxlanmsı iqtisadi baxımdan həm Ermənistan, həm də digər nüfuzlu ölkələr üçün əlverişlidir”
    Dağlıq Qarabağda hazırkı status-kvonun qorunub saxlanması iqtisadi cəhətdən Ermənistan üçün əlverişli olması ilə bərabər ona havadar olan və regionda marağı olan dövlətlər üçün də mənfəətlidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov şərh verib. Politoloq qeyd edir ki, işğal altında olan ərazilərdə təbii sərvətlərdən qeyri-qanuni istifadə olunması və ərazidən qeyri-qanuni tranzit xətt kimi istifadə olunması Ermənistan da daxil olmaqnla bir sıra ölkələr üçün ciddi gəlir mənbəyidir. “Nəzərə alsaq ki, Dağlıq Qarabağ təbii sərvətlərinə və ehtiyatlarına görə Qafqazda ən mühüm bölgədir, o zaman həmin ölkələrin bu fürsəti tezliklə əldən verməsi real görsənmir. Xüsusilə son zamanlar Ermənistan Kəlbəcərdəki qızıl ehtiyyatlarının kütləvi şəkildə istismarına başlayıb və hətta şərikli istifadə etdiyi yataqların bəzilərini həmin ölkələrdən olan şirkətlərə icarəyə də verib. Bütün bunlar hər ay külli miqdarda gizlin qazanc deməkdir. Ona görə də, Ermənistanın hər vəchlə danışıqlardan yayınması və hazırkı vəziyyəti qoruyub saxlaması heç də təəcüblü deyil.
    27.11.10 Məqaləni oxumaq
     
    Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün FrankfurtГ  yola düşür
    Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün Almaniyanın Frankfurt şəhərinə yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyindən veriblər. Almaniyaya səfəri çərçivəsində nazir A.Rəhimov noyabrın 29-da Berlin şəhərində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi”i tədbirlərinə qatılacaq, Alman-Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək. Qeyd edək ki, A.Rəhimov Almaniyaya İspaniyadan yola düşəcək. Nazir İspaniya Ali İdman Şurasının rəhbəri Xayme Lissavetzkinin dəvəti ilə noyabrın 24-dənbu ölkədə səfərdədir.
    27.11.10 Məqaləni oxumaq
     
    Abdullah Gül Ermənistan prezidentindən cəsarətli addım gözləyir
    Türkiyə Ankara-İrəvan münasibətlərinin düzəlməsinin tərəfdarıdır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Abdullah Gül İsveçrədə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan və Ermənistan –Türkiyə arasında bir sıra problemlər mövcuddur. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Həmçinin Türkiyə prezidenti Qafqazda bu cür problemlərin olmasını Avropa və Asiya maraqlarına cavab vermədiyini bildirib. A. Gül əlavə edib ki, Qafqaz Avropa və Asiya arasında divardır. “Biz Ermənistan prezidentinin də məsələnin həll olunması üçün cəsarətlə addım atmasını gözləyirik”,-deyə Türkiyə prezidenti əlavə edib.
    27.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930