Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Ə.Davudoğlu: “Biz İsrail məsələsində heç bir səhv buraxmadıq, ancaq Vaşinqton bizi məyus etdi”
    Vaşinqton və Ankara arasında heç bir gərginlik yoxdur. Türkiyə və ABŞ əlaqələrinin 300 illik tarixi var. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri bu əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Ə.Davudoğlu İran və İsrail məsələlərinə görə, Türkiyə və ABŞ arasında fikir ayrılıqlarının ortaya gəldiyini də vurğulayıb. “Biz İsrail məsələsində heç bir səhv buraxmadıq, ancaq Vaşinqton bizi məyus etdi”,- deyə türkiyəli nazir əlavə edib.
    30.11.10 Məqaləni oxumaq
     
    Bu gündən İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayır
    Bu gündən dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günlərində iştirak etmək üçün nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti İordaniya Krallığına yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Mədəniyyət Günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
    30.11.10 Məqaləni oxumaq
     
    BSU-da “XV-XVII yüzil rus ədəbiyyatında türklər” kitabının təqdimat mərasimi olub
    Bakı Slavyan Universitetində Ankarada işıq üzü görmüş “XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər” kitabının təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovdur. Monoqrafiyanı müəllifin 2003-cü ildə Moskvada nəşr edilmiş “XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri” kitabının mətni təşkil edib. Nəşrin “GirişвЂќində slavyan və türk xalqlarının qədim dövr və Kiyev Rusu zamanındakı əlaqələrinə, ortaq ədəbi-tarixi abidələrə və dəyərlərə, mövzunun Avrasiya tarixi-mədəni arealının müasir araşdırmaları müstəvisində nəzərdən keçirilməsinin önəminə diqqət yetirilir.
    30.11.10 Məqaləni oxumaq
     
    Bu il Azərbaycanda 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb
    Cari il ərzində Respublika ərazisində ümumi diaqnozla 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Respublika Narkoloji Dispanserin rəsi müavini Afət Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 24 minə yaxın narkotik istifadəçis qeydə alınıb. A.Məmmədov qeyd edib ki, bunlardan 580 nəfəri qadındır. “Ümumi diaqnozla bu il ərzində qeydə alınanların 750 nəfəri narkotk maddə istifadəçisidir. Qalanları isə başqa diaqnozla- alkoqolizm və taksikomaniya ilə qeydə alınıblar. Bunlardan da 5%-i qadın, qalanları isə kişidir. Yaş həddinə gəldikdə isə, əsasən xəstələr arasında 18- 32 yaş arası insanlarda narkomaniya daha çox üstünlük təşkil edir”,-deyə A.Məmmədov vurğulayıb. O, qeyd edib ki, Dispanserə əsasən xəstə o halda müraciət edir ki, tam narkoloji xəstəlik formalaşıb və xəstəlik artıq kecikmiş mərhələdir.
    30.11.10 Məqaləni oxumaq
     
    TQDK müsabiqə elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus dili ( rus bölməsi üçün ), ingilis, fransız, alman dilləri, fizika və coğrafiya fənləri üzrə mütəxəssis ( əmək müqaviləsi ilə ) vəzifələrini tutmaq üçün müsabiqə elan edir. TQKD-dan KƏLAMİNFO-ya verilən məlumata görə, mütəxəssis vəzifəsinə ali təhsilli, 25-40 yaş həddində olan, müvafiq ixtisasa uyğun nəzəri bilikləri və həmin biliklərdən təcrübədə istifadə etmək vərdişi və bacarığı olan, metodiki və pedaqoji təcrübəsi olan, orta məktəbin tədris planı, proqramı və dərslikləri barədə məlumatı olan, testologiya sahəsində biliklərə malik olan, pedaqoji testləşdirmə metodlarını bilən, təhsil sisteminin strukturu, problemləri, tədrisin təşkili barədə geniş məlumatı olan, müasir komputer sistemindən istifadə etməklə müəyyən işləri yerinə yetirməyi bacaran şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edənlər kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, təhsil haqqında sənədin surətini təqdim etməlidirlər. Sənədlər 01 .12.2010-cu il tarixindən 25.12.2010-cu il tarixinədək qəbul olunur.
    30.11.10 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq etdi
    Bu gün Konstitusiya Məhkəməsinin növbəti iclasında ölkə Konstitusiyasının 86-cı və 109-cu maddəsinə uyğun olaraq noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq olundu. KƏLAMİNFO xəbər verir ki, iclasın qərarını KM sədri Fərhad Abdullayev elan etdi. Bununla qərar Mərkəzi Seçki Komissiyasının 22 noyabr tarixli protokolunu tam təsdiqləmiş oldu. Qərara əsasən, ayrı-ayrı dairələr üzrə ümumilikdə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir. Beləliklə, noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb.
    30.11.10 Məqaləni oxumaq
     
    Türkiyənin 9 dövlət orqanını təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir
    Türkiyənin 9 dövlət orqanını təmsil edən 15 nəfər rəhbər işçilərdən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) KƏLAMİNFO-ya verilən məlumata görə, səfər hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Qeyd edək ki, nümayəndə heyəti sabah Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycanın iqtisadi siyasəti və dünya iqtisadiyyatına inteqrasiya” mövzusundakı təqdimat mərasimdə iştirak edəcək.
    29.11.10 Məqaləni oxumaq
     
    GVB həyata keçirdiyi layihənin təqdimatını keçirib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətlərinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihəsinin təqdimatını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.
    29.11.10 Məqaləni oxumaq
     
    Azərbaycanda H5N1 virusunun monitorinqi keçiriləcək
    Dekabrın 13-dən 17-nə kimi Azərbaycanda H5N1 (“quş qripi”) virusunun yoxlanılması məqsədilə monitorinq keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kənd Təsərrüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, monitorinq əsasən Abşeron Milli parkında, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkərandakı Milli qoruqlarda, eləcədə dəniz sahillərində aparılacaq. Y.Xanvəli söyləyib ki, bu ərazilər köçəri quşların müvəqqəti məskunlaşdığı yerlərdir və ona görə də bu zonalarda Dövlət Baytarlıq Xidməti tərəfindən ilin bütün fəsillərində müşahidə aparlır.
    29.11.10 Məqaləni oxumaq
     
    Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb
    Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) ilə AMEA arasında yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqavilə AMEA prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində baş tutub. M.Kərimovla FMAM direktoru arasında imzalanan müqavilə ölkəmizdə mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən bu layihələri Fransa tərəfi maliyyələşdirəcək.
    29.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930