|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Rusiyalı mütəxəsislər azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər
|
Bu gündən dekabrın 15-dək Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresinin 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər.
Şüa diaqnostikası məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb olunacaq. Kurslar 1 saylı Kliniki Tibbi Mərkəzdə həyata keçiriləcək.
|
24.11.10 Məqaləni oxumaq
|
|
|
Gələn il Xalça Muzeyinin açılışı olacaq
|
Bakıda müasir standartlara cavab verən Xalça Muzeyi inşa olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, Azərbaycan mədəniyyətinin bariz nümunəsidir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə nəticəsində 2011-ci ildə Xalça Muzeyi istifadəyə veriləcək.
|
24.11.10 Məqaləni oxumaq
|
|
|
S.Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti H.Tonkinlə görüşüb
|
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, professor Hampri Tonkinlə görüşüb.
ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə S.Seyidov ADU-da 25-27 noyabrda “Mədəniyyətlərarsı dialoq: Linqvistik pedaqoji və ədəbi aspektlər” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Hampri Tonkinin bu beynəlxalq konfransa olan marağını yüksək qiymətləndirib. Universitetin beynəlxalq əlaqələrinə toxunan ADU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında tədris olunan dillər haqqında qonağa məlumat verib. Dillərin mədəniyyətlərarası əlaqələrin genişlənməsində mühüm əhəmiyyətini vurğulayan S.Seyidov universitetdə mövcud olan Tərcümə və Filologiya fakültəsinin əsas istiqamətləri barədə də danışıb. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin fəaliyyətindən söz açıb. H.Tonkin bu konfransın məhz fəlsəfi-sosioloji aspektlərə söykənərək mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını vurğulayıb. O, belə konfransların keçirilməsinin əlaqələrin qurulmasında vacib rol oynadığını bildirib.
|
24.11.10 Məqaləni oxumaq
|
|
|
M.Əhmədoğlu: “Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır”
|
Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman bu gün keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransında Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Ermənistanın getdikcə bütün dünyada siyasi mövqeyi sıfıra enir. M.Əhmədoğlu söyləyib ki, ilk olaraq Azərbaycanın Ermənistana qarşı uzunmüddətli fəaliyyətinin tərkib hissələri əsasən işğalçı ölkəni regional layihələrdən uzaqlaşdırılması prosesinin davam etdirilməsi, Naxçıvanın regional elektroenerji mərkəzinə çevrilməsi, muxtar respublikanın “mini ermənistana çevrilməsi və digər ermənistan iqtisadiyyatının ağırlıq mərkəzinin formalaşmasına imkan verilməməsi kimi təsvir edirik. “Yaxın müddətli mübarizənin isə iki istiqaməti var. Birinci diplomatik yolla Ermınistanın iflasını başa çatdırmaq. Ermınistanın bütün dünyanı aldatdığını tam olaraq dünyaya sübut etmək. İşğalçı dövlətin iri ölkələrin əlində oyuncaq olmasını hammıya göstərmək. Ermənistanın regional inteqrasiyasiyanın ən böyük maneəçi olmasını beynəlxalq aləmə bildirmək.
|
24.11.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev ADNA-nın 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib
|
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub.
Azərbaycan Prezidenti akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.
|
23.11.10 Məqaləni oxumaq
|
|
|
“İKT və iqlim dəyişikliyi” mövzusunda konfrans keçiriləcək
|
Noyabrın 24-də “İKT və iqlim dəyişiliyi” mövzusunda konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə verib. Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda “Ekologiya ili”ni nəzərə alaraq 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında bu mövzu da müzakirə olunacaq.
|
23.11.10 Məqaləni oxumaq
|
|
|
BŞTİ ümumtəhsil müəssisələrində monitorinqə başlayır
|
Bu həftədən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil müəssisələrində monitorinqə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər.
Monitorinq zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir veriləcək. Reyd zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət ediləcək. Reydlər mütəmadi olaraq, bəzən bir məktəbdə bir neçə gün olmaqla keçiriləcək.
Qeyd edək ki, BŞTİ-nin keçirəcəyi budəfəki reydlərdə mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
|
23.11.10 Məqaləni oxumaq
|
|
|
|
Sevda Məmmədəliyeva Belarusa səfər edib
|
Mədəniyyət və turzm nazirinin müavini Sevda Məmmədəliyeva Belarusun paytaxtı Minskə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Səfərdə məqsəd Azərbaycanın klassik əsərlərindən olan “Arşın mal alan” tamaşasının Minskdə keçirilən təqdimatında iştirak etməkdir. Səfər çərçivəsində S.Məmmədəliyeva Belarusun mədəniyyət nazirinin müavini Vladimir Karaçeviskiy ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı müzakirə olunub.
|
23.11.10 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “Serj Sarkisyan NATO sammitinə qatılmamaqla Qarabağla bağlı gözlənilən danışıqlardan yayındı”
|
Serj Sarkisyanın NATO-nun Lissabon sammitində iştirakdan imtina etməsini NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə əlaqələndirməsi düzgün deyil. Ermənistan prezidenti Lissabona səfərdən imtina etməsi onun orada gözlənilən durumdan qorxması ilə xarakterizə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloq hesab edir ki, bununla S.Sarkisyan oarada ATƏT Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) prezidentləri ilə dialoqdan yayındı. “Son 2 ildə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT MQ ölkələrinin prezidentləri ilə görüşü yalnız NATO sammitində ola bilərdi. Eləcə də qarşıdan gələn 2 il üçün də bu ehtimalı irəli sürmək olar. Çünki ATƏT-in Astana sammitində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilsə də, ABŞ prezidentinin iştirakı gözlənilmir. S.Sarkisyanın danışıq imutasiyası üçün üç prezidentin birlikdə olması ölümcül təhlükəlidir.
|
23.11.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|