|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
ABŞ-ın İrəvandakı səfiri: “Müzakirələrdə “Dağlıq Qarabağ Respublikası” da iştirak etməlidir”
|
ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç regionda növbəti skandalın yaranmasına zəmin yaradıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirərlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da tərəf kimi iştirakının labüd olmasını iddia edib. Onun sözlərinə görə, münaqişə ilə bağlı hər hansı danışıqlarda “Dağlıq Qarabağ xalqı” tərəf kimi iştirak etməlidir, lakin burada Azərbaycan da daxil olmaqla bütün tərəflər həmfikir olmalıdırlar. “ABŞ olaraq biz bunu alqışlayırıq”,-deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, regionda problemləri vaxtında həll etmək istəyiriksə Dağlıq Qarabağ məsələsi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılma həllinin bir- birinə qarışdırmamalıyıq.
Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri seçkini izləmək üçün Bakıya gəlir
Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora Bakıya səfərə gələcək.
|
06.11.10 Məqaləni oxumaq
|
|
|
Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb
|
Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 68 nəfər olub, 61 sərnişin və 7 heyət üzvü. Sərnişinlərdən 28-i əcnəbi olduğu bildirilir. Təyyarə Santyaqo de Kuba-Havana reysini həyata keçirirmiş. Hava gəmisinin operatoru “Cubana de Aviacion” Kuba dövlət aviaşirkətinə məxsus olan “Aerocaribbean” avia şirkətidir.
|
06.11.10 Məqaləni oxumaq
|
|
|
İTV-də bu axşam Hadı Rəcəbli, Əhliman Əmiraslanov, aşıq Yadigar çıxış edəcək
|
Bu gün İTV-də 5 seçki dairəsinin namizədləri çıxış edəcək. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 65 saylı Saatlı - Sabirabad - Kürdəmir (5 namizəd), 62 saylı Saatlı seçki dairəsindən bir namizəd, 74 saylı Lənkəran kənd (4 namizəd), 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd (4 namizəd), 123 saylı Kəlbəcər (5 namizəd) seçki dairələrinin təmsilçiləri iştirak edəcək. 65 saylı Saatlı - Sabirabad - Kürdəmir və 62 saylı Saatlı seçki dairələrinin nümayəndələri bir yerdə çıxış edəcəklər. Buna səbəb 62 saylı Saatlı seçki dairəsindən bir namizədin çıxışının qalmasıdır.
|
05.11.10 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov İstanbulda 24-cü Ümumdünya Konqresinində iştirak edib
|
Rabitə və informasiya texnalaogiyaları naziri Əli Abbasov Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) İstanbul şəhərində keçirilmiş 24-cü Ümumdünya Konqresinin açılış mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olub. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Türkiyənin nəqliyyat və rabitə naziri Binali Yıldırımın dəvəti ilə baş tutub. Konqresin açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan son illər ölkəsinin iqtisadi cəhətdən inkişafı ilə əlaqədar nüfuzunun artdığını qeyd edib və bu işdə ölkədə həyata keçirilən böyük layihələrin mühüm rol oynadığını bildirib.
|
05.11.10 Məqaləni oxumaq
|
|
|
Türkiyənin müdafiə naziri Dövlət Sərhəd Xidmətində olub
|
Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Eçin Quliyev Türkiyənin mili müdafiə naziri Vəcdi Könülün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş zamanı qonaqlara Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsidə nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi-texniki əməkdaşlığın vəziyyəti və persrektivləri müzkirə olunub.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
Səbail rayonunda “Abad həyət” layihəsi uğurla davam edir
|
Səbail rayonunda “Abad həyət” layihəsinə əsasən Badamdar qəsəbəsində növbəti həyətin təmiri sona çatıb. Səbail rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, neftçilərin yaşadığı Badamdar yolu 107/109 ünvanda yerləşən 3 binanın yerləşdiyi həyət əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Burada uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılıb, yeni ağaclar əkilib.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər.
Oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 19 m3/san azalaraq 148 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
“Ümumilikdə götürdükdə seçki kampaniyası normal keçdi”
|
“Parlament-2010В» koalisiyası təmsilçisi İbrahim Əliyev müsbət məqamlarla yanaşı, bəzi çatışmazlıqları da aşkar etdiklərini bildirdi
Artıq parlament seçkilərinə cəmi iki gün qaldı. Noyabrın 7-də vətəndaşlar seçki məntəqələrinə yollanıb bəyəndikləri namizədə səs verəcəklər. Təbii ki, hər şeydən əvvəl əsas gözlənti seçkilərin azad, demokratik və şəffaf keçirilməsidir. Çünki parlament seçkilərinə həm yerli səviyyədə, həm də beynəlxalq aləmdə böyük maraq var. Seçkilərin hansı formada keçirilməsinin müəyyənləşdirilməsi üçün isə qeyri-hökumət təşkilatlarının keçirdikləri monitorinqin və müşahidənin böyük əhəmiyyəti var. 7 noyabr seçkilərində bir sıra qeyri-hökumət təşkilatları bu missiyanı həyata keçirmək niyyətindədirlər. Bir neçə qeyri-hökumət təşkilatının təsis etdiyi В«Parlament-2010В» koalisiyası da seçki prosesinin monitorinqini aparır. Artıq koalisiya seçkiqabağı mühitin öyrənilməsi ilə bağlı monitorinqlərini yekunlaşdırıb. Onların gəldiyi ümumi nəticələr barədə məlumat almaq üçün koalisiyanın təmsilçisi İbrahim Əliyevə müraciət etdik. Müsahibimiz əvvəlcə seçki günü monitorinqlərin aparılması üçün aparılan hazırlıq işləri barədə məlumat verdi:
- Bu günlərdə biz mütəmadi olaraq seçki günü dairələrdə və məntəqələrdə müşahidə aparacaq şəxslər üçün treninqlər keçirmişik. Həmin treninqlərdə iştirak edənlərə müşahidə və monitorinq işinin özəllikləri barədə məlumatlar verilib, təlimlər keçirilib. Çalışmışıq ki, bizimlə əməkdaşlıq edəcək şəxslərə işin mahiyyətini izah edək. Biz təlim iştirakçılarının bilmədikləri, qaranlıq məsələləri onlara izah etmişik.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
Məhkumların islah edilməsinə ictimai nəzarəti həyata keçirən Komitənin səlahiyyət müddəti başa çatır
|
Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin dördüncü tərkibinin səlahiyyət müddəti bu il dekabrın 28-də başa catır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ədliyyə Nazirliyi mətbuat xidmətindən veriblər.
Komitənin fəaliyyəti Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T ?-li Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən həyata keçirilir və buna müvafiq olaraq Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinə start verilib
|
Bu gündən noyabrın 7-dək Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılar” rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.
|
04.11.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|