Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rusiyalı mütəxəsislər azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər
    Bu gündən dekabrın 15-dək Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresinin 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Şüa diaqnostikası məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb olunacaq. Kurslar 1 saylı Kliniki Tibbi Mərkəzdə həyata keçiriləcək.
    24.11.10 Məqaləni oxumaq
     
    Gələn il Xalça Muzeyinin açılışı olacaq
    Bakıda müasir standartlara cavab verən Xalça Muzeyi inşa olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, Azərbaycan mədəniyyətinin bariz nümunəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə nəticəsində 2011-ci ildə Xalça Muzeyi istifadəyə veriləcək.
    24.11.10 Məqaləni oxumaq
     
    S.Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti H.Tonkinlə görüşüb
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, professor Hampri Tonkinlə görüşüb. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə S.Seyidov ADU-da 25-27 noyabrda “Mədəniyyətlərarsı dialoq: Linqvistik pedaqoji və ədəbi aspektlər” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Hampri Tonkinin bu beynəlxalq konfransa olan marağını yüksək qiymətləndirib. Universitetin beynəlxalq əlaqələrinə toxunan ADU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında tədris olunan dillər haqqında qonağa məlumat verib. Dillərin mədəniyyətlərarası əlaqələrin genişlənməsində mühüm əhəmiyyətini vurğulayan S.Seyidov universitetdə mövcud olan Tərcümə və Filologiya fakültəsinin əsas istiqamətləri barədə də danışıb. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin fəaliyyətindən söz açıb. H.Tonkin bu konfransın məhz fəlsəfi-sosioloji aspektlərə söykənərək mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını vurğulayıb. O, belə konfransların keçirilməsinin əlaqələrin qurulmasında vacib rol oynadığını bildirib.
    24.11.10 Məqaləni oxumaq
     
    M.Əhmədoğlu: “Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır”
    Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman bu gün keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransında Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Ermənistanın getdikcə bütün dünyada siyasi mövqeyi sıfıra enir. M.Əhmədoğlu söyləyib ki, ilk olaraq Azərbaycanın Ermənistana qarşı uzunmüddətli fəaliyyətinin tərkib hissələri əsasən işğalçı ölkəni regional layihələrdən uzaqlaşdırılması prosesinin davam etdirilməsi, Naxçıvanın regional elektroenerji mərkəzinə çevrilməsi, muxtar respublikanın “mini ermənistana çevrilməsi və digər ermənistan iqtisadiyyatının ağırlıq mərkəzinin formalaşmasına imkan verilməməsi kimi təsvir edirik. “Yaxın müddətli mübarizənin isə iki istiqaməti var. Birinci diplomatik yolla Ermınistanın iflasını başa çatdırmaq. Ermınistanın bütün dünyanı aldatdığını tam olaraq dünyaya sübut etmək. İşğalçı dövlətin iri ölkələrin əlində oyuncaq olmasını hammıya göstərmək. Ermənistanın regional inteqrasiyasiyanın ən böyük maneəçi olmasını beynəlxalq aləmə bildirmək.
    24.11.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ADNA-nın 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib
    Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub. Azərbaycan Prezidenti akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.
    23.11.10 Məqaləni oxumaq
     
    “İKT və iqlim dəyişikliyi” mövzusunda konfrans keçiriləcək
    Noyabrın 24-də “İKT və iqlim dəyişiliyi” mövzusunda konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə verib. Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda “Ekologiya ili”ni nəzərə alaraq 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında bu mövzu da müzakirə olunacaq.
    23.11.10 Məqaləni oxumaq
     
    BŞTİ ümumtəhsil müəssisələrində monitorinqə başlayır
    Bu həftədən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil müəssisələrində monitorinqə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Monitorinq zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir veriləcək. Reyd zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət ediləcək. Reydlər mütəmadi olaraq, bəzən bir məktəbdə bir neçə gün olmaqla keçiriləcək. Qeyd edək ki, BŞTİ-nin keçirəcəyi budəfəki reydlərdə mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
    23.11.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    23.11.10 Məqaləni oxumaq
     
    Sevda Məmmədəliyeva Belarusa səfər edib
    Mədəniyyət və turzm nazirinin müavini Sevda Məmmədəliyeva Belarusun paytaxtı Minskə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfərdə məqsəd Azərbaycanın klassik əsərlərindən olan “Arşın mal alan” tamaşasının Minskdə keçirilən təqdimatında iştirak etməkdir. Səfər çərçivəsində S.Məmmədəliyeva Belarusun mədəniyyət nazirinin müavini Vladimir Karaçeviskiy ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı müzakirə olunub.
    23.11.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Serj Sarkisyan NATO sammitinə qatılmamaqla Qarabağla bağlı gözlənilən danışıqlardan yayındı”
    Serj Sarkisyanın NATO-nun Lissabon sammitində iştirakdan imtina etməsini NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə əlaqələndirməsi düzgün deyil. Ermənistan prezidenti Lissabona səfərdən imtina etməsi onun orada gözlənilən durumdan qorxması ilə xarakterizə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq hesab edir ki, bununla S.Sarkisyan oarada ATƏT Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) prezidentləri ilə dialoqdan yayındı. “Son 2 ildə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT MQ ölkələrinin prezidentləri ilə görüşü yalnız NATO sammitində ola bilərdi. Eləcə də qarşıdan gələn 2 il üçün də bu ehtimalı irəli sürmək olar. Çünki ATƏT-in Astana sammitində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilsə də, ABŞ prezidentinin iştirakı gözlənilmir. S.Sarkisyanın danışıq imutasiyası üçün üç prezidentin birlikdə olması ölümcül təhlükəlidir.
    23.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930