Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramıdır
    Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. KƏLAMİNFO xəbər verir ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Beləliklə, uzun bir tarixi yol qət edən ədliyyə işçilərində və hakimlərdə mə'nəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.
    23.11.10 Məqaləni oxumaq
     
    Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək
    Dekabrın 16-17-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) birgə təşkilatçılığı ilə “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi və yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləridir. Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq.
    22.11.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Portuqaliyaya gedib
    Bu gün Prezident İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. NATO-nun sammiti noyabrın 19-20-si keçirilir. Portuqaliyanın paytaxtında Şimali Atlantika müqaviləsinin yeni strateji konsepsiyası təqdim olunacaq. NATO-ya üzv ölkələrin kollektiv təhlükəsizliyinin təminatı üzrə alyansın strateji məsələlərini ümumiləşdirən bu sənəd növbəti 10 ili əhatə edir. NATO-nun Lissabon sammitində 27 dövlət başçısının iştirakı planlaşdırılır.
    20.11.10 Məqaləni oxumaq
     
    TQDK nəşr etdiyi test kitabçalarının keyfiyyəti haqqında rəy sorğusu keçirir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məktəblilər üçün nəşr etdiyi test kitabçalarının keyfiyyəti haqqında rəy sorğusu keçirməyi qərar alıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sorğu orta məktəb müəllimlərinə ünvanlanıb. Rəy sorğusunun cavablarını TQDK-nın “Abituriyent” jurnalının redaksiyasına şəxsən təqdim edə, yaxud Komissiyanın poçt ya elektron ünvanına göndərə bilərlər. Bütün ünvanlar TQDK-nın portalında göstərilib.
    20.11.10 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejad Təzəpir məscid kompleksində olub
    Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu gün Təzəpir məscid kompleksində olub. KƏLAMİNFO xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qarşılayıb. Prezident Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub. Ona məlumat verilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Planda onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Sonra Prezident Mahmud Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. Prezident Mahmud Əhmədinejad burada nümayiş olunan qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
    20.11.10 Məqaləni oxumaq
     
    Səməd Seyidovun kitabı yenidən nəşr olunub
    Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)” kitabı Rusiyada yenidən nəşr olunub. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda 1000 tirajla nəşr edilib. İki fəsildən ibarət olan kitabda müəllif oxucunu yaradıcılığın təbiəti haqqında müxtəlif fikirləri ilə tanış edir. Xatırladaq ki, kitab ilk dəfə 2009-cu ildə nəşr edilib. Rus dilində nəşr olunan kitab “Psixologiya yaradıcılığının tədqiqi tarixi” və “Şəxsiyyətin fenomenologiyası” fəsillərindən ibarətdir.
    20.11.10 Məqaləni oxumaq
     
    Son üç həftədə ölkə ərazisində 1 milyon 663 min 833 ədəd ağac və kol bitkisi əkilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 08-13 noyabr tarixlərində Respublika ərazisinin 418,89 ha sahəsində 878 739 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Respublika ərazisinin 63,57 ha sahəsində əkilən ağaclardan 76 min 269 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 355,32 ha sahədə 802 470 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib. Ümumiyyətlə, cari ilin payız əkin mövsümünün 01-13 noyabr tarixlərində Respublika ərazisində 1 mln. 663 min 833 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
    20.11.10 Məqaləni oxumaq
     
    Hillari Klinton ATƏT-in Astana sammitində iştirak edəcək
    ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammitində iştirak etmək üçün Qazaxıstana səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Robert Bleyk verib. Qeyd edək ki, ATƏT-in Astana sammiti dekabrın 1-2-də keçiriləcək. Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ATƏT-ə üzv olan 67 ölkədən 61-nin nümayəndəsi sammitdə iştirakını təsdiqləyib.
    20.11.10 Məqaləni oxumaq
     
    BMT-də Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı Qətnamə qəbul edilib
    BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə 3-cü Komitəsinin iclasında Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı Qətnamə layihəsi konsensusla qəbul edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məlumat yayıb.
    19.11.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi bölgələrdə növbəti qanvermə aksiyaları keçirib
    Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Saatlı, Sabirabad və Xızı Mərkəzi Rayon Xəstəxanalarında (MRX) könüllü qanvermə aksiyaları keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Aksiyalar zamanı Saatlı MRX-da 151 nəfər, Sabirabad MRX-da 83 nəfər, Xızı MRX-da isə 128 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    19.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930