Ombudsman E.Süleymanova 4 saylı qadın cəzaçəkmə müəssisəsində olub
|
Azərbaycanda keçirilən parlament seçkiləri mövcud qanunvericiliyə riayət edilməklə təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlanmaı 4 saylı qadın cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova söyləyib.
O ümid etdiyini bildirib ki, seçkilərdə qanun pozuntusu olmayacaq. E.Süleymanova qeyd edib ki, 4 saylı qadın cəzaçəkmə müəssisində seçki prosesini izləyib və saat 11:00-a qədər həmin müəssisələrdə səsvermə prossesi başa çatıb. O, Səbail, Yasamal və Xətai rayonlarında müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusunun qeydə alınmadığını da vurğulayıb.
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev səsvermədə iştirak edib
|
Azərbaycan prezidenti İlham Əliyev səsvermədə iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı ailə üzvləri ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir. 125 deputat yeri uğrunda 690 nəfər mübarizə aparır.
|
08.11.10 Məqaləni oxumaq
|
|
|
Jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb
|
Azərbaycanda keçirilən növbəti parlament seçkisini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının (MŞ) “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər.
Qeyd edək ki, KİV təmsilçilərinin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 14.00-da yayımlanacaq.
Xatırladaq ki, Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 19.00-dək “qaynar xətt” rejimində işləyəcək.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycan parlamentinin spikeri səs verib
|
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, O. Əsədov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
Səfir Karolin Braun Yasamalda səsvermə prosesi ilə tanış olub
|
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bir sıra seçki məntəqələrində səsvermə prosesi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, K. Braun 17 saylı Yasamal üçüncü seçki dairəsinin 24 və 19 saylı seçki məntəqələrinə baş çəkib. Diplomat seçicilərin fəallıq səviyyəsi ilə tanış olub, seçki komissiyasının üzvləri və müşahidəçilərlə söhbət edib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Parlament seçkilərində 690 namizəd mübarizə aparır.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
Baş nazir Artur Rasizadə səs verib
|
Azərbaycanın Baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan hökumətinin başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səs verib.
Qeyd edək ki, bu məntəqədə 1426 seçici qeydiyyata alınıb. Seçkiləri 10-dan artıq yerli və beynəlxalq müşahidəçilər qrupu izləyir.
Xatırladaq ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğurunda 690 namizəd mübarizə aparır.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
MSK saat 10:00-a olan məlumatı açıqlayıb
|
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar saat 10:00-a olan məlumatı açıqlayıb. Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 524 926 nəfəri səsvermədə iştirak edib.
Bu, ölkə üzrə seçicilərin 10,61%-i deməkdir.
Qeyd edək ki, səsvermənin gedişi ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzi mütəmadi məlumatları açıqlayacaq.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
Səsvermə prosesini YAP-ın 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir
|
Bu gün ölkəmizdə keçirilən parlament seçkilərinin səsvermə prosesini Yeni Azərbaycan Partiyasının 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir. Bu barədə məlumatı YAP-ın mətbuat xidmətindən veriblər.
YAP-ın yerlərdəki seçki qərargahlarından verilən məlumatlara görə, noyabrın 7-də səhər saat 8-də seçki məntəqələri tam hazır vəziyyətdə seçicilərin üzünə açılıb, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməkdədir. Bütün namizədlərin səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə məntəqələrdə səsvermə prosesini izləmək üçün tam şərait yaradılıb.
|
07.11.10 Məqaləni oxumaq
|
|
|
“ELS” “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb
|
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzindən verilən məlumata görə, hazırqlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub.
Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib.
Hazırlıq mərhələsi dövründə “Ekzitpol” həyata keçirəcək intervüerlər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb.
|
06.11.10 Məqaləni oxumaq
|
|
|
“Atropatena Dastanı” kitabı çap olunub
|
Azərbaycanda oxucusu üçün maraqlı olacaq “Atropatena Dastanı” kitabı çap olunub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Vahid Məmmədlidir. “Atropatena dastanı” hər birimizin həyatını dəyişəcək bir kitabdır. Kitabda tarixi köklərimizə əsaslanıb, necə qəhrəman babaların nəvələri olduğumuzu dərindən anlayıb mənalı, maraqlı və sağlam həyat yaşamağın vaxtı gəldiyini anlayacayıq. Qorxmaz, ədalətli və zəngin olmağın sirlərini öyrənəcəyik.
Maraqlı magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitab toplanmış üç kitabdan ibarətdir.
Trilogiyanın birinci kitabı “Albaner”, ikinci kitab “Qazaka” və üçüncü kitab isə “Atropat” adlanır.
Kitabda həmçinin əsl cəngavər necə olmalıdır? Cəngavərliyin kitabı nədən ibarətdir? Onlar hansı xüsusiyyətlərə malik olmalıdırlar? Bütün bu suallara da məhz bu kitabda cavab verilir.
|
06.11.10 Məqaləni oxumaq
|
|
|
|