|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
S.Sarkisyan: “Ermənistan Qarabağ probleminin tənzimlənməsində vasitəçilik səylərinə görə Rusiyaya minnətdardır”
|
“Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsində vasitəçilik səylərinə görə Rusiyaya minnətdardır və ümid edir ki, bu problem tezliklə müsbət həllini tapacaq”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarksyan Kremldə rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündən sonra açıqlamasında bildirib.
Erməni lider bildirib ki, göstərdiyi səylərə görə D.Medvedevə təşəkkür edib. “Rusiya həmişə Qafqazda mühüm rol oynayıb. Ümid edirəm ki, bu dəfəki səyləri də tezliklə və müsbət nəticələnəcək”,-deyə Ermənistan prezidenti bəyan edib. S.Sarksyan əmin edib ki, Ermənistan Qafqazda sülhə və sabitliyə çalışır. Onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə və uzun müddətli həlli axtarışlarına səyi də məhz bununla əlaqədardır. Erməni lider xatırladıb ki, avqustda Medvedevin Ermənistana rəsmi səfəri zamanı bir sıra mühüm sazişlərə nail olunub. “Biz o zaman razılığa gəldik ki, payızın sonlarında görüşək və bu sazişlərin həyata keçirilməsini yekunlaşdıraq”,-deyə S.Sarksyan bildirib.
|
19.11.10 Məqaləni oxumaq
|
|
|
İran rəsmisi: “Azərbaycan Prezidentinə təqdim olunan sutəmizləyici qurğu gündəlik 1000 nəfərin suya olan təlabatını təmin edə bilər”
|
İran Prezidentinin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinə təqdim olunan İran istehsalı olan sutəmizləyici qurğu sutkada 10 min litr su filtirasiya edə bilir. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, bunları İranın Prezident Aparatının yeni texnologiyalar mərkəzinin istehsal komitəsinin rəhbəri Əbülfəzl Şəfiyi bildirib.
Onun sözlərinə görə, əgər hər bir şəxsin gündəlik içmək və yemək bişirmək üçün suya tələbatı 10 litr nəzərdə tutulsa bu qurğu 1000 nəfərin suya olan təlabatını təmin edə bilər. “Qurğunun ölçüsü 80X60 sm. və hündürlüyü 1.2 m təşkil edir. Sutəmizləyici qurğu kiçik və böyük ölçülərdə istehsal olunur. Qurğu evin, məhəllənin, rayonun və Bakı qədər əhalisi olan bir şəhərin içməli su təminatını həyata keçirə bilər. İstifadə olunan içməli suyun 80%-i axar çaylardan əldə olunur, sənaye tullantıları, əkinçilik və digər tullantılar vasitəsi ilə çirklənir, həmin sutəmizləyici qurğu bu çirkliliyi təmizəyib içməli su səviyyəsində təhvil verə bilər. Adi qaydada filtirasiya ağır dəmirləri sudan təmizləyə bilmir. Bu qurğu suda mövcud olan 99,9% çirkliliyi təmizləyir”,-deyə Ə.Şəfiyi vurğulayıb.
|
19.11.10 Məqaləni oxumaq
|
|
|
ATİB baş katibi Naxçıvan Özəl Universitetində keçirilən konfransda çıxış edib
|
Naxçıvan Özəl Universitetində “Azərbaycan Türkiyə münasibətlərində iqtisadiyyatın rolu” mövzusunda konfrans keçirilib. Konfransın işində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini, baş katib Rəşad Rəsullu da iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATİB-dən veriblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev Azərbaycan Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin rolunun böyük olduğunu söyləyib: “Xüsusilə Naxçıvanın dünya ilə iqtisadi əlaqələrinin təmin edilməsində Türkiyə əhəmiyyətli mövqeyə malikdir”.
Türkiyə Cumhuriyyətinin Naxçıvandakı baş konsulu Ayhan Enginar konfrans iştirakçıları qarşısında “Türkiyə Naxçıvan münasibətləri bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, Türkiyə xarici siyasətində və qardaş ölkə Azərbaycanla qarşılıqlı əlaqələrində Naxçıvanın mühüm yer tutduğunu iştirakçıların diqqətinə çatdırıb.
|
19.11.10 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Serj Sarkisyanın cəbhə bölgəsində keçirdiyi təlimlərlə bağlı bəyanatı Rusiyanın divara dirənməsidir”
|
Ermənistan prezidenti Serj Sarkisyanın cəbhə bölgəsində keçirdiyi təlimlərlə bağlı bəyanatı Rusiyanın divara dirənməsidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov şərh verib.
Onun sözlərinə görə, Ermənistanın addımları regionda paradoksal vəziyyət yaradıb. “Ermənistan bir tərəfdən, işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirir, digər tərəfdənsə Azərbaycana qarşı əlavə sərt bəyanatlarla çıxış edir. Belə çıxır ki, Ermənistan Azərbaycanın digər torpaqlarına da iddialıdır. S.Sarkisyan həmin bəyanatla Rusiyanın D.Medvedev-V.Putin hakimiyyətinə, erməni müxalifətinə, Azərbaycana, həmçinin beynəlxalq müşahidəçilərə yetərli bir mesaj verdi. Yəni, demək istədi ki, hakimiyyətə gəlmək üçün insanları küçələrdə güllələtdirmişəm, geriyə yolum yoxdur, mənim sabah Haaqa Məhkəməsində durmaq fikrim yoxdur, gedirəmsə bu yolu axıracan gedəcəyəm. Bəyanatın mahiyyəti bundan ibarətdir”,-deyə ekspert fikirini açıqlayıb.
|
18.11.10 Məqaləni oxumaq
|
|
|
|
İran Prezidenti: “Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişin əldə olunacağına ümid edirəm”
|
“Artıq Xəzər sərhəd ölkələr arasında sülh və konstruktiv əlaqələr dənizi olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.
O, bildirib ki, Xəzərin bütün imkanlarından ədalətli istifadə olunmalıdır. İran prezidenti dənizin hüquqi statusu ilə bağlı keçirilmiş 2 sammitdə müəyyən razılıqların əldə olunduğunu xatırladıb. “Bu gün Bakıda keçiriləcək sammitdə də bu istiqamətdə irəliləyişə nail olunacağına ümid edirəm”,-deyə M.Əhmədinejad bəyan edib.
İranın “Nabucco”ya qoşulmaq niyyətinin olub olmaması ilə bağlı prezident vurğulayıb ki, Avropa İran qazını istəsə, Tehran danışıqlara gedər. “Amma biz Avropaya qaz satmaqda israrlı deyilik”,-deyə İran prezidenti fikirini açıqlayıb.
|
18.11.10 Məqaləni oxumaq
|
|
|
Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Bakıya gəlib
|
Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Azərbaycana səfəri başlayıb. KƏLAMİNFO xəbər verir ki, prezidentin səfərində məqsəd Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısında iştirak etməkdir.
Bu gün başlayacaq zirvə toplantısına Türkmənistan prezidenti ilə yanaşı, Rusiya, İran və Qazaxıstan prezidentləri də qatılacaq. Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir. Dövlət başçılarının sonda Birgə Bəyannamə, əməkdaşlıq və təhlükəsizlik haqda iki Saziş imzalayacaqları nəzərdə tutulur.
|
18.11.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Ümümdünya Fəlsəfə Gününə həsr olunan konfrans keçiriləcək
|
Sabah AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
YUNESKO-nun dəstəyi ilə Ümümdünya Fəlsəfə Gününə həsr olunan konfransda Fransa, Böyük Britaniya, Macarıstan, İran, Türkiyə və Mərakeşdən olan görkəmli alimlərin iştirakı da gözlənilir.
|
18.11.10 Məqaləni oxumaq
|
|
|
|
Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
|
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə təbrikdə deyilir: “Dünya müsəlmanlarının əziz günü - mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm. Peygəmbərlər sələfi Həzrət İbrahimin (ə) yadigarı olan Eydül-Əzha – Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbəti, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”,-deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.
|
13.11.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|