Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 900-ə yaxın müraciət daxil olub
    Noyabr ayı ərzində Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 900-ə yaxın müraciət daxil olub. Bu barədə KƏLAMİNFO-a müsahibəsində “qaynar-xətt” xidmətinin koordinatoru, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov məlumat verib. Ə.İmanov bildirib ki, müraciətlər əsasən sorğu xarakterli olub. Onun sözlərinə görə, müracitələr arasında ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi, müəllimlərin dərs saatının az olması, müəllimlərin işə qəbulu, 9-11-ci siniflərdə mərkəzləşdirilmiş qaydada test imtahanlarının keçirilməsi, məktəblərə şagirdlərin hicabla gəlməsi ilə bağlı məsələr var. Ə.İmanov bildirib ki, bütün sorğular operativ olaraq cavblandırılıb, az sayda olan şikayətlər isə araşdırılması üçün Təhsil Nazirliyinə göndərilib. Ə.İmanov “qaynar-xətt” xidmətinə hicabla bağlı daxil olan müraciətələrin çox israr və təkidlə edildiyini söyləyib və bildirib ki, müraciət edən şəxslərə müvafiq cavablar verilib.
    01.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Astanaya yola düşüb
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    01.12.10 Məqaləni oxumaq
     
    Dövlət Miqrasiya Xidməti işçi axtarır
    Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə edan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Müsabiqə DMX-nin Aparatında, DMX-nin strukturuna daxil olan qurumlar - Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Şirvan regional miqrasiya idarəsi, Yevlax regional miqrasiya idarəsi, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Lənkəran regional miqrasiya idarəsi, Xaçmaz regional miqrasiya idarəsində və Tibb müəssisəsində işləmək istəyən Azərbaycan vətəndaşları üçün elan edilib. Müsabiqədə xarici dil biliklərinə malik olan vətəndaşlara üstünlük verilir.
    01.12.10 Məqaləni oxumaq
     
    Corc Buş: “WikiLeaks-də yayımlanan sənədlər ABŞ-ın nüfuzunun itirməsinə səbəb olacaq”
    WikiLeaks internet saytının yaydığı sənədlərdən sonra ABŞ üçün beynəlxalq tərəfdaşların etibarını saxlamaq çətin olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın eks prezidenti Corc Buş deyib. Onun sözlərinə görə, əgər sizin digər dövlətin rəsmi nümayəndələri ilə danışdıqlarınız sonradan açıqlanırsa, bu onların xoşuna gəlməyəcək və əvvəlki kimi etibarları olmayacaq. “Bu cür informasiyalar böyük zərər verir və bu infiormasiyanı ortaya qoyanlar cəzalanmalıdır”,- deyə ABŞ-ın eks prezidenti əlavə edib.
    01.12.10 Məqaləni oxumaq
     
    Bakıda Əmanət Sığortaçılarının Avrasiya Regional Komitəsinin seminarı keçirilir
    Bakıda keçirilən Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin seminarı öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, seminar “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortlanması sistemlərinin rolu” mövzusuna həsr edilib. Seminarda Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələri iştirak edirlər.
    30.11.10 Məqaləni oxumaq
     
    Səfir İlqar Muxtarov etimadnaməsini Kosta Rikanın prezidenti Laura Çinçiya Mirandaya təqdim edib
    Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın prezidenti Laura Çinçiya Miranda (Laura Chinchilla Miranda) və Xarici İşlər və Dini məsələlər Naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
    30.11.10 Məqaləni oxumaq
     
    Tehranda İƏT-ə üzv dövlətlərin gənclər nazirlərinin birinci toplantısı keçirilir
    Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər nazirlərinin birinci toplantısı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, toplantıda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. İki gün davam edəcək tədbirin gündəliyinə gənclərin problemləri, asudə vaxtlarının səmərəli təşkili, yüksək təhsil, gənclər təşkilatları arasında faydalı əməkdaşlıq və s. məsələlər daxil edilib.
    30.11.10 Məqaləni oxumaq
     
    ABŞ-ın dövlət katibi H.Klinton WikiLeaks internet saytının yaydığı sənədlərlə bağlı Türkiyədən üzr istəyib
    ABŞ-ın dövlət katibi Hillari Klinton WikiLeaks internet saytının yaydığı sənədlərlə bağlı Türkiyədən üzr istəyib. KƏLAMİNFO xəbər verir ki, üzürünü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə ifadə edən H.Klinton, 250 min gizli sənədin nəşr olunmasını qınayıb və ABŞ-ın gizli olması lazım olan məlumatların açıqlanmasından dərin kədər duyduqlarını qeyd edib.
    30.11.10 Məqaləni oxumaq
     
    Millət vəkili: “Bu gün Azərbaycanın radikal deyil, konstruktiv müxalifətə ehtiyacı var”
    Bu gün Azərbaycan cəmiyyəti xeyli inkişaf edib və artıq 90-cı illərin əvvəllərindəki kimi deyil ki, onun parlamentində daim radikal müxalifət iştirak etsin. Son seçkilərin nəticələri də göstərdi ki, insanlar daha onları Milli Məclisdə görmək istəmir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.
    30.11.10 Məqaləni oxumaq
     
    “Prezident Administrasiyasından da zəng edənlər oldu ki, filan mollanı attestasiyadan keçirin”
    “Məni sovet dövründə döyüblər, işgəncələr veriblər, inancımdan dönməmişəm, indi gedim İslama xəyanət edim”-deyə attestasiyaya rəhbərlik edən QMİ nümayəndəsi rüşvət alması barədə deylənləri böhtan sayır

    Cənub rayonlarında fəaliyyət göstərən mollaların cəmi 40 faizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) apardığı  attestasiyadan keçə bilib. Bu barədə Modern.az-a QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. 
    Onun sözlərinə görə, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında fəaliyyət göstərən mollaların 80 faizi attestasiyada iştirak edib. Lakin QMİ-nin imtahanlarına qorxaraq gəlməyənlər də olub.
    Attestasiyadan uğurla keçən mollalara 2011-ci ilin yanvar ayında xüsusi vəsiqələr veriləcək. Hazırda bu vəsiqələrin formaları hazırlanır. Mollaların hamısına eyni vəsiqə verilməyəcək. Axundlara ayrı, cənazə işlərinə baxanlara ayrı, Quran oxuyanlara isə başqa vəsiqə veriləcək.
    Haçı Mirəziz bildirib ki, QMİ-nin attestasiyaları gələn ilin yanvarından etibarən digər rayonlarda da davam edəcək.  Yanvar ayında Bakı şəhərində, Bakıətrafı kəndlərdə, Quba, Xaçmaz, Şəki, Zaqatalada da bu proses aparılacaq. Daha sonra attestasiya Naxçıvanda keçriləcək.
    30.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Noy.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930